99
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
veribmiş ki, müsəlmanlar qılıncdan keçirilən gün bu kəlləni qurban edə-
cəkdir. İndi həmin gün artıq gəlmişdir. Mart qırğınlarından sonra bir çox
erməni evlərində ballar təşkil edilirdi.
Oxundu. Poruçik Əli Əsədullayev (imza).
Komissiya üzvü: Prokuror köməkçisi А.Kluge (imza).
Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 44-47.
Sənəd № 4
Dindirmə protokolu
1918-ci il. 24 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-
nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-
dir:
Məmməd Əliyev, 29 yaşım var, Bakı şəhəri, Serkovnaya küçəsi, ev
№ 189 ünvanda yaşayıram.
Bu il mart ayının ortalarında mən bizim komandirimiz Əli Əsə-
dullayevlə və Milli Tatar polkunun
43
digər süvariləri ilə birlikdə bizim
polkun zabiti Məmməd Tağıyevin cəsədini Lənkərandan Bakıya gətir-
dik. Martın 17-də axşam Lənkərana geri qayıtmaq üçün hamımız Ru-
siya-Qafqaz cəmiyyətinin gəmisinə gəldik. İkinci fitdən sonra bizə bil-
dirdilər ki, İcraiyyə Komitəsi gəminin dənizə buraxılmamağı haqqında
sərəncam verib. Onda Əsədullayev və mən bir neçə nəfər digər süva-
rilərlə birlikdə gəmidən endik və Petrovskaya meydanına yollandıq.
Limandan 30-40 addım aralanmağa macal tapmamışdıq ki, meydana
çıxan bütün küçələrdən, evlərin damlarından bizim qrupu tüfəng və
pulemyotlardan atəşə tutdular. Güllə atan Erməni polkunun əsgərləri
və digər əsgərlər idi. Bu atışma zamanı mən hər iki ayağımdan yara-
landım. Məni əvvəlcə gəmiyə keçirdilər və sarğı qoydular, ertəsi gün
isə Qlaz və Kaqanın
44
xəstəxanasına apardılar və burada həkim Fin-
kelşteyn
45
mənim sağ ayağımı kəsdi. Xəstəxanada yatdığım müddətdə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
100
oraya üç erməni gəldi və mənimlə bir palatada yatan iki müsəlmanı
özləri ilə apardılar.
Qabaqcadan onlardan birindən 1000 rubl aldılar. Tibb bacısı və həkim-
lərin xahişi ilə ayağım olmadığı üçün mənə toxunmadılar. Həmin vaxtda
mənim mənzilimi qarət etmişdilər, amma arvadıma və anama toxunma-
mışdılar, çünki arvadım karaim idi, anamı isə dağ yəhudisi kimi təqdim
etmişdilər. Pul və əşyalarla birgə məni yetmiş min rubl dəyərində qarət
etmişlər. Artıq sonralar çəkməçi İsaak Baqdasarov mənə danışırdı ki, mən
yaralandığım gecə bütün ermənilər, onun özü də, “Daşnaksütun” partiya-
sının əvvəlcədən verdiyi əmrə əsasən şəhəri mühasirəyə almışdılar və si-
lahlanaraq küçələrə çıxmışdılar.
Sonradan mən arvadımla birlikdə gəmidə qalmış əşyalarımın geri qay-
tarılmasına sərəncam verməsi xahişi ilə Fövqəladə Qafqaz Komissarı Şa-
umyanın
46
qəbuluna getmişdik. O mənə dedi: “İndi siz bizə lazım deyil-
siniz. Hara istəyirsiniz çıxın gedin. Sizin hamınızı qabaqcadan öldürmək
lazım idi”.
Oxundu. Məmməd Əliyev (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: А.Kluge,
Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 26-27.
Sənəd № 5
Dindirmə protokolu
1918-ci il. 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Mir Əbdül Əziz Seyidov
47
, 21 yaşlı, Bakı şəhərində, Zavedenskaya
küçəsi, 13 №-li evdə yaşayıram.
Bu ilin mart ayında, ermənilərin müsəlmanlar üzərində zorakılıqlar
törətdiyi zaman, mən Tatar süvari polkunda könüllü zabit kimi xidmət
edirdim. Polkumuz Lənkəranda yerləşirdi, lakin mən Bakıda ezamiyyət-
101
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
də idim. Bazar günü, martın 18-də, axşama yaxın atışma başladı, mən
tüfəngimi götürdüm və Nikolayevskaya küçəsində, Müsəlman Xeyriyyə
Cəmiyyəti “İsmailiyyə”nin yanında olan səngərlərə getdim. Erməni əs-
gərləri qaçaraq yer dəyişməklə bizə hücum edirdilər. Səngərlərdə mən
2 gün oturdum, üçüncü gün Sadovaya və Nikolayevskaya küçələrinin
kəsişdiyi yerdə qazılmış başqa bir səngərə keçdim. Bu səngər Naberej-
naya küçəsindən atəşə tutulurdu; kimin atdığını mən görmürdüm. Son-
ra mən Zavedenskaya və Kladbişenskaya küçələrinin tinindəki səngərə
keçdim; burada Tarayevin evinin damından məni pulemyot atəşinə tu-
turdular. Nikolayevskaya küçəsində bizə hücum edənlər arasında mən
tələbə Papovyanı gördüm. Barışıq elan olunandan sonra mən öldürül-
müş qohumlarımı axtararaq şəhəri gəzirdim. Bu zaman mən çoxlu say-
da eybəcər hala salınmış müsəlman meyitlərinə rast gəlirdim. Görünür-
dü ki, müsəlmanları vəhşicəsinə incitmiş, işgəncələr vermiş və hər cür
təhqir etmişlər. Məsələn, mən “Fantaziya”
48
hamamında qaynar suya
atılmış müsəlman meyitləri görmüşdüm, onların sümükləri və əzələləri
yanmış, yumşaq hissələri isə tökülmüşdü. Qarnı yırtılmış uçaq cəsədlə-
ri, qucağında qarnı yarılmış körpə uşaq olan qadın meyiti görmüşdüm.
Əlləri və ayaqları kəsilmiş meyitlərə rast gəlirdim. Bir meyitin sifəti
göm-göy idi və başı olduqca şişmişdi; məndə belə fikir yarandı, mərhu-
mu diri-diri ayaqlarından asıblar. Üç meyiti boğazlarında kəndirlə gör-
düm. Cəsədlərin çoxu çılpaq idi.
Martın 27-də mən Bakıdan getdim. Mən burada olmayanda Axundo-
vun qarajından matroslar mənim 2 motosikletimi və onların tam təkər
və şin dəstini aparıblar (müsadirə ediblər). Onların ümumi dəyəri o vaxt
4000 rubl, indiki qiymətlərlə isə 24.000 rubl təşkil edir.
Oxundu. Seyidov. (imza).
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 24.
Dostları ilə paylaş: |