Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə31/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

96

Sənəd № 2



Dindirmə protokolu

1918-ci il. 28 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o, Cinayət Prosessual Məcəllə-

sinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstər-

mişdir:

Əli Əsədullayev

33

, 30 yaşlı, ilk müsəlman süvari polkunun



34

 bölük 


komandiri, daimi yaşayış yerim Bakı şəhəri, Qoqolevskaya küçəsi, 

şəxsi evimdə.

Mən Bakıda Tatar Süvari Diviziyasının

35

 yaradılması ilə məşğul idim 



və bundan sonra yenidən təşkil edilmiş hissəmlə Lənkərana yola düş-

düm, burada mən qayda-qanunu qoruyur və müsəlman və xristian əhalisi 

arasında münasibətləri tənzimləyirdim. Bu ilin mart ayının ortalarında 

mənim xidmət yoldaşlarımdan biri olan Məmməd Tağıyev

36

 silahla ehti-



yatsız davranması nəticəsində həlak olmuşdu. Mən kiçik dəstə ilə onun 

cənazəsini torpağa tapşırıldığı Bakı şəhərinədək müşayiət etdim. Mar-

tın 17-də axşam, mən geriyə, Lənkərana qayıtmaq üçün, öz süvarilərimlə 

birlikdə Petrovskaya meydanında yerləşən Rusiya-Qafqaz Cəmiyyətinin 

limanına gəldim. Limanda mənə dedilər ki, İcraiyyə Komitəsi bizi tərk-

silah etməyə hazırlaşır. Sonra sərnişinlərə elan etdilər ki, gəmidə axtarış 

aparılacaqdır. Mən öz süvarilərimə gəminin göyərtəsində bir yerə toplaş-

mağı əmr etdim. İkinci fitdən sonra mənə dedilər ki, bolşeviklər gəminin 

limandan ayrılmasına icazə vermirlər. Belə olduğu halda mən öz adamla-

rımla gəmidən endim və bizi niyə Lənkərana buraxmadıqlarını öyrənmək 

məqsədilə şəhərə yollandım. Mən Petrovskaya meydanına çıxıb limandan 

30-40 addım aralanan zaman meydanın hər tərəfindən əvvəlcə tüfəng, 

sonra isə pulemyot atəşi açıldı. Mən öz süvarilərimlə yerə yatmalı və bizə 

hücum edənlərə atəşlə cavab verməli oldum. Bizə əsgərlər atəş açırdılar. 

Bir müddət sonra bir neçə yoldaşımla qonşu gəmiyə keçə bildik və bura-

da səhəri gözlədik: sonra mən mülki paltar geyinərək Qalaya yollandım. 

Əksəriyyəti ermənilərdən ibarət olan bolşeviklər mənə və mənim yoldaş-

larıma hücum etməklə, bizi, müsəlmanları hər hansı bir silahlı çıxışa 

sövq etmək istəyirdilər. Belə cəhdlər əvvəllər də baş vermişdi. Məsələn, bu 



97

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

ilin yanvarında bizim yaranmaqda olan müsəlman korpusunun

37

 qərar-



gahı Tiflisdən Bakıya gələrkən, guya qərargahın zabitləri arasında əvvəl-

lər jandarmeriyada xidmət etmiş şəxslərin olması bəhanəsi ilə vağzalda 

saxlanılmışdı. Sonradan hamıya məlum olduğu kimi, erməni hərbi his-

sələrinin müsəlman kəndlərində məzlum qadın, uşaq və qocalara işgəncə 

verdiyi və öldürdüyü çoxlu hallar baş vermişdir. Mən İçəri şəhərdə - Qala-

da bir neçə gün qaldım və ermənilərlə müsəlmanlar arasında barışıq elan 

edildikdən sonra oradan çıxdım. Mənə və mənim süvarilərimə basqın 

edilən günün ertəsi, yəni martın 18-də, bütün küçələrdə erməni silahlı 

patrulları gəzişirdi. Ermənilər müsəlmanlara deyirdilər ki, onlara hücum 

etməyəcəklər, əksinə onlarla birlikdə bolşevikləri Bakıdan qovacaqlar. Bu-

nunla belə, bazar ertəsi, mart ayının 19-da, bolşeviklərlə müsəlmanlar 

arasında barışıq elan edildikdən sonra, erməni hərbi hissələri müsəlman 

məhəllələrinə hücuma keçdilər. Stepan Lalayevin

38

 öz erməni drujinası ilə 



kilsənin

39

 qarşısındakı darvazalar tərəfdən Qalaya necə hücum etdiyini 



öz gözümlə görmüşəm. Ermənilər qaçaraq yer dəyişməklə qala qapılarına 

yaxınlaşırdılar. Barışıq elan edilənədək hər cür mümkün sığınacaqlardan 

bizə hücum edən erməni dəstələrinə atəşlə cavab verməli olmuşduq. Er-

mənilər çərşənbə axşamınadək, yəni martın 21-dək şəhərin müsəlmanlar 

yaşayan hissəsinə hücumlarını davam etdirdilər və bu müddət ərzində 

xeyli köməksiz müsəlmanı qətlə yetirdilər. 

Məsələn, deyəsən Abbas Eyvazovun alman mürəbbiyəsi Serj Melikovun 

başçılıq etdiyi erməni dəstəsinin qonşuluqda olan evlərdən birinə soxul-

duğunu və orada 8 qadın və uşağı necə güllələdiyi görmüşdür. Sonra er-

mənilər “İsmailliyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını yandır-

dılar, “Kaspi” qəzetinin

40

 redaksiyasının binasında saxlanılan 5000 nüsxə 



Qurana od vurdular və kitablar hamısı bina ilə birlikdə yanıb külə dön-

dü. Bala Əhməd Muxtarovun Persidskaya küçəsindəki evinə gələrək, ora-

da olan polkovnik Tabasaranskini, ştab-rotmistr Əmircanovu, polkovnik 

Azad bəy Vəzirovu, həkim Kərim bəy Sultanovu, həkim Tağıyevi (bolşevik), 

andlı iclasçı Məmməd Xan Təkinskini, Muxtarovun Mustafa adlı müha-

sibini və digər şəxsləri ermənilər bir-bir adları ilə çölə çağıraraq, elə evin 

yanında güllələməyə başladılar. Həkim Tağıyev ermənilərə qışqırırdı ki, 

ona toxunmasınlar, çünki o bolşevikdir, lakin bu ona kömək etmədi. Adla-

rı sadalananlardan təsadüf nəticəsində Xan Təkinski, Vəzirov və Cavanşir 

xilas oldular.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

98

Ümumiyyətlə, ermənilər bu müddət ərzində müsəlmanları hər cür ələ 



salır, işgəncə verir, harada bacarırdılarsa, öldürürdülər. Müsəlman qadın-

ları əsir götürərək küçələrdə çadrasız getməyə məcbur edirdilər. Əsirliyə 

aparılan müsəlman qadınlardan biri geri qalanda erməni əsgərləri onu 

tüfəngin qundağı ilə qovmağa başlayırdılar; bir qadını müdafiə edən 

Məşədi Hüseyn Səfərəliyevi boynunun arxasından güllə ilə vurmuşdular 

və güllə onun sağ gözünün altından çıxmışdı. Mənim evimin yanında er-

mənilər iki müsəlmanı: qoca kişi və qadını qılıncla doğramışdılar. Məşədi 

Hüseyn Səfərəliyevin dediyinə görə, əsir götürülənlərin hamısı yalnız ona 

görə öldürülməmişdi ki, təsadüfən yanlarından keçən matroslar onları 

müdafiə etmişdi. Mənim eşitdiyimə görə, mart hadisələri zamanı 3000 

nəfərədək müsəlman qətlə yetirilmişdir. Atışmalar zamanı küçələrdə elə 

də çox müsəlman zərər çəkməmişdi; artıq barışıq elan edildikdən sonra 

ermənilər bir-bir müsəlman evlərini gəzir, xüsusi siyahılar üzrə bu evlə-

rin sakinlərini küçəyə çıxarır və oradaca güllələyirdilər. Onların çoxunu 

əsir götürür, yolda öldürür və quyulara atırdılar. Barışıq elan edildiyini bil-

dirərək, hara aparıldıqlarını soruşan müsəlmanlara isə erməni əsgərləri 

belə cavab verirdilər ki, onlar heç nə bilmirlər və yalnız “Daşnaksütun” 

partiyası onlara əmr etdikdən sonra hərbi əməliyyatlara son qoyacaqlar. 

Şəhərin kənarlarına səpələnmiş erməni dəstələri şəhərdən qaçıb gedən 

müsəlman əhalisini pulemyotlardan və tüfənglərdən atəşə tuturdular. 

Mart hadisələrinin bolşeviklərin nə partiya maraqları, nə də səylə-

ri nəticəsində törədilmədiyi, yalnız milli zəmində və yalnız ermənilərin 

günahından başlandığı bundan bəlli olur ki, erməni ziyalılarının bir çox 

nümayəndələri – Xaçaturovlar, Ambarsum Melikovun oğulları, eləcə də 

Ambarsum Melikovun

41

 özü, Lalayevlər, Hayk Ter-Mikaelyantsın oğlu və 



Baqrat Jxiyants və başqaları tüfənglərlə silahlanmış, patrondaşları üst-

lərinə sarımış halda şəhərin küçələrində dolaşırdılar. Zirzəmisində 5000 

nüsxə Quranın saxlanıldığı “Kaspi” qəzeti redaksiyasının binasının, 

müxtəlif partiyaların bürolarının, o cümlədən bolşeviklərin – Azərbaycan 

müsəlmanlarının “Hümmət” partiyasının

42

 bürosunun da yerləşdiyi “İs-



mailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yandırılması da 

buna sübutdur. 

Adamovlar nəslindən olan tanınmış erməni xeyriyyəçi qadın, adı və 

atasının adı indi yadımda deyil, hansısa xeyriyyə cəmiyyətinə bir kəl-

lə qənd göndərərək, hərəkətini belə izah etmişdir ki, o, hələ əvvəllər söz 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə