89
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN HÖKUMƏTİNİN QƏRARLARI
Azərbaycan Respublikası Hökumətinin qərar jurnalından
ÇIXARIŞ
15 iyul 1918-ci il
Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zo-
rakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyası-
nın təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi.
Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırıl-
sın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdud-
larında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq halla-
rının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.
Əsli ilə düzdür:
Katibin köməkçisi (imza).
AR DA, f. 1061, s.1, iş. 95, v.2.
QƏRAR
31 avqust 1918-ci il, Gəncə şəhəri.
Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr
– andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan
3
və aşağıdakı üzvlərdən
ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə
Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev
4
və Andrey Fomiç
Novatski
5
, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəd-
din bəy Səfikürdski
6
, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç
Mixaylov
7
və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki
müşavir V.V.Qudvillo
8
və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik
maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xid-
mətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50
rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Ko-
missiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək im-
kanı verilsin.
Xarici İşlər Naziri əvəzinə F. Xoyski
9
Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza).
AR DA, f. 1061, s. 1, i. 105, v. 2.
FƏSİL I
AZƏRBAYCANLI
SAKİNLƏRİN
ŞAHİD İFADƏLƏRİ
91
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 1
Dindirmə protokolu
1918-ci il. 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Kazım Ələsgər oğlu Axundov, 35 yaşım var, “Nikolay Bünyadov” gə-
misində Komandir köməkçisi (Bakı şəhəri, Verxnyaya Tazapirskaya
küçəsi 17).
Bu il mart ayının 17-də
10
axşam saat səkkiz radələrində mən bolşevik-
lərin Musa Nağıyevin
11
Birjevaya və Krasnovodskaya küçələrinin kəsişmə-
sində yerləşən evində
12
keçirilən yığıncağına getdim. Məni bolşeviklərin
yığıncağına buraxmadılar, çünki bu zaman orada sırf partiya iclası keçi-
rilirdi, mən isə Sosialist-inqilabçılar
13
partiyasının üzvü idim və bununla
belə Fəhlə, Əsgər və Matros Deputatların Bakı Sovetinin
14
də üzvü idim.
O zaman mən Musa Nağıyevin həmin evində, “Astoriya” mehmanxana-
sında
15
yerləşən Hərbi-İnqilab Komitəsinə
16
baş çəkdim. Bu vaxt Petrov-
skaya meydanı tərəfdə atışma başlandı. Ermənilərin və Avakyanın
17
söz-
lərinə görə müsəlman diviziyasının
18
süvariləri qırmızı qvardiyaçılara və
Nəzarət rotasına atəş açıblar. Avakyan Hərbi-İnqilab Komitəsində onun
yanına gələn bütün ermənilərə vəziyyətindən və peşəsindən asılı olma-
yaraq tüfəng və patron paylayırdı. Mən küçəyə çıxdım. Bütün evlərdən
ermənilər - hərbçi və mülki - əllərində silah küçəyə çıxırdılar. Mən, er-
mənilərin izdihamının içindən keçərək və Krasnovodskaya, Qoqolevskaya
və Mariinskaya küçələrini adlayaraq Molokanskaya küçəsi ilə getdim. Adı
çəkilən bütün küçələr silahlı ermənilərlə dolu idi və erməni kütlələrinin
izdihamı səbəbindən konkaların hərəkəti dayanmışdı. Mən Hərbi-İnqilab
Komitəsinə qayıtdım. Mənim xatırladığıma görə, təxminən gecə saat 12 ½
radələrində Hərbi-İnqilab Komitəsinə Abbas Qulu Kazımzadə
19
, Qasım Qa-
sımov, həkim Tağıyev, Behbud xan Cavanşir
20
, Ter-Mikaelyan və digərlərin-
dən ibarət olan nümayəndə heyəti gəldi. Az sonra həkim Leon Atabekyan
gəldi və Arakelyandan – İcraiyyə Komitəsi sədrinin köməkçisindən xahiş
etdi ki, hadisələr sülh yolu ilə yoluna qoyulsun, yoxsa ermənilərlə müsəl-
manlar arasında milli qırğın baş verəcəkdir. Atışma getdikcə güclənirdi və
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
92
güllələr vıyıldayırdı. Sonradan müsəlman diviziyasının süvarilərindən öy-
rəndim ki, Lənkərana yola düşmək üçün onlar “Evelina” gəmisinə minən
zaman erməni əsgərlərinin dəstəsi gəlmiş və süvarilərə silahlarını təhvil
verməyi təklif etmişdir. Süvarilər imtina etdikdə, erməni dəstəsi atəş aç-
mışdır. Süvarilər də öz növbəsində onlara tüfəng atəşi ilə cavab vermişlər.
Ermənilər “Evelina” gəmisinin durduğu Rusiya-Qafqaz Gəmiçilik Birliyi-
nin
21
limanını dörd tərəfdən, Merkuryevskaya və Mariinskaya küçələrinin
tinlərindən, Bolşaya Morskaya küçəsindən və 19 №-li limandan güllə atə-
şinə tutmuşlar. Süvarilərə 1500 nəfərdən ibarət ermənilər də atəş açırdılar.
Hərbi-İnqilab Komitəsində nümayəndə heyəti süvarilərin silahları təhvil
verməsinin şərtlərini hazırladı və nümayəndə heyətinin oraya gələcəyi
barədə süvariləri əvvəlcədən telefon vasitəsilə xəbərdar edərək, limana
yollandı. Nümayəndə heyəti gələn kimi hər iki tərəfdən atışma dayan-
dırıldı. Nümayəndə heyəti divizionun süvariləri ilə danışıqlar apararaq,
süvarilərin silahlarını təhvil verəcəyi təqdirdə, onların özlərinin sağ-sa-
lamat buraxılacağına zəmanət almaq üçün Hərbi-İnqilab Komitəsinə qa-
yıtdı. Yalnız martın 18-i səhər saat 6-da nümayəndə heyəti süvarilərdən
silah, patron və yəhərləri təhvil aldı. Mən səhər saat yeddidə evə gəldim
və günorta saat üçə qədər yatdım. Nümayəndə heyəti mənimlə birgə da-
ğılışdı və işin həll olunduğuna görə müsəlmanlar razı qaldılar. Martın
18-də günorta saat üçdə arvadım məni oyatdı və xəbər verdi ki, şəhərdə
hadisələr gözlənilir. Mən həyəcanlandım, çünki bilirdim ki, ermənilər ar-
tıq bir neçə ay idi ki, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə
və kəndlərə tüfənglər, pulemyotlar, patronlar daşıyaraq sürətlə silahla-
nırdılar. Mən şəhərdə öyrəndim ki, “İsmailiyyə”
22
Xeyriyyə cəmiyyətinin
binasında müsəlmanların iclası keçirilmişdir və Ter-Mikaelyan bu iclasa
gələrək Erməni Milli Şurasının
23
və “Daşnaksütun”
24
partiyasının adından
rəsmi şəkildə bildirmişdir ki, əgər müsəlmanlar çıxış edərsə, ermənilər də
müsəlmanlara qoşulacaq və bolşeviklərin qovulmasına kömək edəcəklər.
Müsəlmanlar minnətdarlıqlarını bildirmiş, lakin cavab vermişlər ki, çıxış
etmək fikirləri yoxdur. Şəhərdə müsəlmanlar nədənsə narahat idilər, la-
kin nə baş verdiyini heç cür anlamırdılar. Mən İcraiyyə Komitəsinə yol-
landım və yalnız Parapetə
25
kimi gedə bildim, çünki burada xeyli silah-
lı erməni var idi, onların yanından keçib getməyə risk etmədim. Mənim
saatımla saat 4.40 dəqiqədə Parapetin qarşısında olan erməni kilsəsinin
26
yaxınlığında, Erməni Milli Komitəsinin döyüşçü drujinası adlandırılan
Dostları ilə paylaş: |