79
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
ifadələrini bir daha təsdiq etməkdən boyun qaçırırdılar. (sənəd №№
372 və s.) Müqəssir olmadıqlarını inadla təkid edən və bəzən axtarıb
tapılması çətin olan əlavə şahidlərin dindirilməsini tələb edən ermə-
nilər də müstəntiqlərə az problem yaratmır, müttəhimlərin və onların
qohumlarının adından respublikanın istintaq-məhkəmə orqanlarına,
Azərbaycan Hökumətinə, Parlamentə və İngilis komandanlığına say-
sız müraciətlər, ərizələr, şikayətlər göndərməklə istintaqın gedişinə
təsir etməyə çalışırdılar. Bu xahişlərin hamısını nəzərdən keçirən
müstəntiqlər onların bir hissəsinin təmin olunmasını, xüsusilə də,
müttəhimlərinin bəzilərinin pullu girovla və ya polis nəzarəti altında
məhkəməyə qədər azad edilməsini mümkün sayırdılar.
VI fəsil FTK-nın icraatında olmuş bütün istintaq işlərinə xitam veril-
məsini şərtləndirmiş sənədlərlə yekunlaşır. (sənəd №№ 1137, 1138)
Sənədlərin dili və üslubu rus dilində (orijinalda) olduğuna yaxın saxla-
nılmışdır.
Sənədlərdə Bakı küçələrinin adları 1918-ci ildə işlənildiyi qaydada, rus
dilində, latın qrafikası ilə verilmişdir.
Sənədlərin sıra sayı həmin toplunun 2009-cu ildə nəşr edilmiş və 1138
sənəddən ibarət olan tam versiyası əsasında göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Fövqəladə Təhqiqat Ko-
missiyasının yaradılması haqqında 15 iyul 1918-ci il tarixli rəsmi sənəd-
ləri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbay-
canlıların soyqırımı haqqında” 26 mart 1998-ci il Fərmanı kitabda ayrıca
təqdim edilmişdir.
Topluya, həmçinin mart faciələrinin nəticələrini əks etdirən foto-sənəd-
lər də daxil edilmişdir. Onların əksəriyyəti FTK üzvlərinin özləri tərəfindən
çəkilmiş və müvafiq aktlarla təsbit edilmişdir. (sənəd №№ 621-624)
1918-ci ilin mart-iyul aylarında Bakıda və respublikanın qəzalarında
Qafqazın məhz türk-müsəlman əhalisinin bolşevik-erməni qüvvələrinin
zorakılığının qurbanı olması nəticəsində yaranmış vəziyyətlə Avropa ic-
timaiyyətini tanış etmək məqsədilə 1919-cu ildə AXC XİN tərəfindən FTK-
nın 6 cilddə materialları və 95 şəkil (Bakı, Şamaxı və Göyçay qəzalarında
çəkilmiş) Fransaya - Paris Sülh Konfransında iştirak edən Azərbaycan nü-
mayəndə heyətinə göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, FTK üzvlə-
ri tərəfindən çəkilmiş fotoşəkillər respublikada qalmamışdır və yalnız 94
ildən sonra müəllif tərəfindən xarici arxivlərdən tapılmış və ayrıca nəş-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
80
rdə çap olunmuşdur. FTK-nın bu silsilədən olan və 1918-ci ilin martında
Bakıda baş vermiş faciəli hadisələrin nəticələrini
əks etdirən fotoşəkilləri
məcmuəyə daxil edilmişdir.
Mənbələrdən aydın olduğu kimi, mart günlərində müxtəlif adamlar
tərəfindən də şəhərdə onlarla fotoşəkillər çəkilmişdir. Lakin respublika
arxivlərində onların cəmi bir neçəsi qalmışdır. (143)
FTK sənədləri arasında Kazım Ələsgər oğlu Axundovun verdiyi şahid
ifadəsində Bakıda isti izlərlə çəkilmiş üç fotoşəkil təsvir edilir (sənəd №
1). Maraqlıdır ki, Məmməd Əmin Rəsulzadənin Münhendə nəşr etdiyi
“İstiqlal” qəzetinin mart hadisələrinin 15 illiyinə həsr olunmuş sayında,
onun öz məqaləsində həmin fotoşəkillərin təsviri verilir. (144) M.Ə.Rə-
sulzadə qeyd edirdi ki, o, həmin günlərin faciəli hadisələrini fotoşəkil-
lərdə həkk etmiş bir çox iranlı, polyak, gürcü və hətta M.Kulqe soyadlı
bir nəfər “əcnəbini” tanıyır. Təəssüf ki, bu fotoşəkillərin taleyi hələ də
məlum deyildir.
Qeyd edilməlidir ki, həmin günlər İranın Bakıdakı konsulu M.S.Ma-
rağayinin küçə və həyətlərdən cəsədlərin toplanması və dəfn edilməsi
məqsədilə yaratdığı xüsusi komissiya tərəfindən də fotoşəkillər çəkilmiş-
dir. Onların biri - qətlə yetirilmiş insanların cəsədi üzərində duran konsu-
lun özünün təsvir edildiyi şəkil sonralar mətbəə üsulu ilə “Bakı şəhərin-
də müsəlmanların kütləvi qırğını” adlı “poçt-kart” şəklində çap edilmiş,
Bakı şəhərində müsəlmanlara qarşı törədilmiş cinayətlərin sübutu kimi
İranda və digər ölkələrdə geniş yayılmışdır. Həmin şəkil topluya daxil
edilmişdir.
Topluda FTK materiallarından foto-nümunələr də, o cümlədən Ko-
missiyaya ifadə vermiş bəzi şahidlərin foto-şəkilləri əlavə edilməklə,
təqdim edilir.
Sənədlərdə mətn üzrə qeydlər rəqəmlərlə işarə edilmiş və toplunun so-
nuna çıxarılmışdır.
Coğrafi adların göstəricisi Bakı şəhərinin küçə, meydan, şəhər məhəl-
lələrinin və bağlarının, habelə sənədlərdə adı çəkilən kənd, şəhər və
ölkələrin tarixi və müasir adlarından ibarətdir.
“Bakı şəhərinin və Bakı qəzasının əhalisinin 1916-cı ilə olan milli-dini
tərkibi” adlı əlavə Bakı şəhərində 1918-ci ilin mart hadisələri ərəfəsində
şəhər və qəza əhalisinin ayrı-ayrı qruplarının say nisbəti haqqında dəqiq
təsəvvür yaradır.
81
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Sənədlər toplusuna Bakı şəhərinin 1918-ci ilə olan xüsusi məzmunlu
xəritəsi əlavə edilmişdir.
* * *
Müəllif öz iştirakı, köməyi və məsləhətləri ilə bu sənədlər toplusunun
hazırlanmasına və nəşrinə yardım etmiş hər kəsə öz dərin minnətdarlığı-
nı bildirir.
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi