205
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.
Sənəd № 491
Dindirmə protokolu
1918-ci il, 8 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Umu Cəhnə Bəyəli qızı, 40 yaşım var, Bakıda, Melniçnaya küçəsin-
də, şəxsi evimdə yaşayıram.
Bakıda 1918-ci il mart qırğınları zamanı biz ermənilər tərəfindən öl-
dürülməkdən yalnız ona görə xilas olduq ki, ərlərimiz evin arxa divarı-
nı yardılar və biz təhlükəsiz yerə qaçmağa macal tapdıq. Mənim evim və
əmlakım qarət olunmuşdur. Mən oğurlanmış əmlakın siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim oğurlanmış əmla-
kımın ümumi qiyməti 24.000 rubl idi, indiki qiymətlərlə mənim əmla-
kımın dəyəri 72.000 rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini
xahiş edirəm.
Oxundu. Savadsızdır. Onun yerinə imzaladılar: İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.
Sənəd № 493
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
206
Xanım Atakişi qızı Vəlixanova, 35 yaşım var, Bakı
şəhərinin sakini,
Bolşaya Morskaya küçəsində, 12 №-li evdə yaşayıram.
Mart ayında ermənilər mənim gözümün qabağında mənim ərim Əlağanı
və qaynım Balağanı öldürdülər. Məni ona görə öldürmədilər ki, ruslar məni
müdafiə etdi və öldürməyə qoymadılar. Qətldən sonra həmin bu ermənilər,
mən onları tanımıram, bizim evimizi qarət etdilər və təqdim etdiyim siyahı-
da göstərilən əşyalarımızı apardılar. Onların siyahısının işə əlavə olunmasını
xahiş edirəm. Mənə vurulan zərərin miqdarı – 10.900 rubldur.
İfadə oxundu. Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 96.
Sənəd № 494
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Asiya Mikayıl qızı, 60 yaşım var, Bakı şəhərinin sakini, Bakıda, Bol-
şaya Morskaya küçəsi, 84 №-li evdə yaşayıram.
1918-ci il martın 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular,
mənim ərimi, 70 yaşlı Əsəd Qəhrəman oğlunu və əmim oğlu, 30 yaşlı Qədəş
Heybət oğlunu öldürdülər. Sonuncunu erməni əsgərləri xəncərlə qətlə yetir-
dilər. Demək olar ki, bütün qonşularımızı, müsəlman kişi, qadın və uşaqları er-
mənilər öldürürdülər. Məni əsir apardılar və mənzilimi qarət etdilər. Ermənilər
bütün qonşuların mənzillərini qarət edirdilər və əşyaları avtomobillərdə aparır-
dılar. Apara bilmədikləri hər şeyi ermənilər sındırır və dağıdırdılar. Mənə 15.250
rubl məbləğində zərər vurulmuşdur. Ermənilər tərəfindən oğurlanan əşyaların
siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151
207
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 495
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nursəba Novruz qızı, 40 yaşım var, Qala kəndinin sakiniyəm, Bakı-
da, Bolşaya Morskaya küçəsi, 165\62 №-li evdə yaşayıram, savadsızam.
Bu il martın 19-da səhər tezdən erməni əsgərləri yuxarıda göstərilən
evə soxuldular, mənim ərimi, 60 yaşlı Baqi Qəhrəman oğlunu və mənim
oğlumu, 22 yaşlı Heydəri öldürdülər. Ermənilər onları küçəyə çıxardılar və
evin qabağında öldürdülər. Məni və mənim azyaşlı uşaqlarımı əsir apardı-
lar, amma ondan əvvəl evimi qarət etdilər. Ermənilər əşyaları avtomobil-
lərdə aparırdılar. Mənim evimdən ermənilər 17.000 rubl nağd pul, 20.000
rubl məbləğində qızıl əşyaları və 20.000 rubl məbləğində paltar, kostyum
və s. apardılar. Oğurlanmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə
olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Sənəd № 496
Dindirmə protokolu
1918-ci il, 7 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məsmə Xanım Xanı qızı, Bakıda, Bolşaya Morskaya küçəsi, 89 №-li
evdə yaşayıram, 47 yaşım var, savadsızam.
1918-ci ilin mart ayında bizə əvvəlcə 9 silahlı erməni gəldi və tüfənglə
anam Seyid xanımı, yaşlı qadını, qoca atamı - Xanı kişini, qardaşım Xə-