İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
76
Bunlar hamısı nəticələr haqqındadır
Qərar qəbulu prosesində iştirak edən əlilliyi olan şəxslər əmin edilməlidirlər ki, fikir bildirdikləri
hansısa fəaliyyət və ya məsələ nəzərə çarpacaq dərəcədə irəli gedib. Beləliklə, hətta siyasət
həyata keçirildikdən sonra belə əlilliyi olan şəxslər onun hansı effekt verdiyi, nəyə nail olduğu
və gələcəkdə hara istiqamətlənəcəyi ilə bağlı məlumatlandırılmalıdırlar.
Uğurlu inklüziv qərar qəbulunun əsas elementləri
İnklüziv qərarvermənin başlıca mahiyyəti daha yaxşı nəticələr əldə etməkdən ibarətdir. Əgər
bu, baş vermirsə, deməli, nə isə yerində deyil.
Yaxşı rəhbərlik yaxşı fəaliyyətə səbəb olur
Təşkilatın başında dayanan rəhbərlik əsl inklüziv qərarverməni reallığa çevirəcək. Təşkilat
daxilində rəhbərlik qərar qəbul edənlərin öz qərarlarına sahib çıxmasını təmin edəcəksə,
uğur şansı çoxalacaq.
Aşkar görünəndən kənar
İnklüziv qərarvermənin təkcə əlilliyin problemləri ilə ənənəvi məşğul olan insan resursları və
ya sosial yardım/dəstək kimi sahələrdə yox, birbaşa siyasət və xidmət sahələrində də baş
tutması lazımdır. Ənənəvi tibbi və sosial xidmətin “rahat” yolundan çıxmamaq əhəmiyyətli
təkmilləşmələrə apara bilməz.
Dəlillərdən başlamaq
Qərarların etibarlı dəlillərə əsaslanmasına ehtiyac var, yəni əlilliyi olan insanlar üçün nə baş
verdiyinin hərtərəfli xəritəsini cızmaq lazımdır. Bəzi təşkilatlar bu dəlil özülünü əvvəlki iş
əsasında qurmalıdır. Xidmət göstərən təşkilatlar üçün bundan əlilliyi olan şəxslərin necə
faydalanması, hansılarının da faydalana bilməməsi haqqında aydın təsəvvürə malik olmaq
həlledicidir. Bütün təşkilatlar üçün aydın icra standartı, boşluqların və qeyri-bərabərlik
modellərinin müəyyənləşdirilməsi mühümdür.
Dəlili harada tapmalı
Dəlil təşkilatdan asılı olaraq fərqli mənbələrdən gələcək: demoqrafik məlumatdan alınan
dəlillər, müvafiq performans məlumatı, insan resursları kimi daxili informasiya mənbələri,
şikayətlər və cavab reaksiyalarından gələn dəlillər. Keyfiyyətlə bağlı məlumat da münasib
araşdırma daxil olmaqla çox mühüm sayılır.
Dəlil boşluqlarının doldurulması
Əgər əlilliyi olan insanların siyasət və ya xidmətdə əhatə olunması ilə bağlı dəlil bazasında
boşluqlar varsa, belə boşluqların təcili doldurulması üçün xüsusi araşdırma aparılmasına,
hədəf qruplara və ya məlumat toplanmasına diqqət verilməlidir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
77
Məqsədlərin seçilməsinin əhəmiyyəti
Növbəti addım aydın məqsədlər toplusunu müəyyənləşdirməkdir. Ehtimal ki, bu, qəbul edilə
biləcək ən mühüm qərardır. Misal üçün, məqsədləri birgə qarşıya qoymaqla əlilliyi olan
şəxslər və sosial xidmət işçiləri müəyyənləşdirməlidirlər ki, siyasət və uyğun xidmətlər əlilliyi
olan şəxslərə seçim və öz həyatlarına nəzarət imkanı verilməsinə, onların dəstək xidmətini
necə əldə etməsinə istiqamətlənəcək.
Fəaliyyəti müəyyənləşdirmək üçün məqsəddən istifadə etmək
İlkin olaraq formalaşdırılmış və razılaşdırılmış məqsədlər planlaşdırma üçün strukturu təmin
etməlidir. Hər bir məqsəd üçün adətən komanda\funksiya tərəfindən bölünən fəaliyyətlər
silsiləsi ortaya qoyula bilər. Fəaliyyətləri yerinə yetirməli olanların onları fikirləşib tapmaqda
yaxından iştirak etməsi mühümdür.
Fəaliyyətin effektli olduğuna əminlik
Hər bir fəaliyyət planında məqsədin aydın göstərilməsi, vaxt çərçivəsi, uyğun mərhələlərin,
uğurun və sahibkarlığın ölçüləri kimi aparıcı elementlər olmalıdır. Hədəflərin və bunları
təşkilatın performansı bünövrəsində qurmağın yaxşı nəticələrə gətirib çıxarmaq ehtimalı var.
İnklüziv qərar qəbulu üçün vasitələr
Qərar qəbulu prosesi ərzində hərtərəfli dəstəyi təmin edən vasitələr var:
1. E-iştirak
Elektron vasitələr demokratik təcrübənin və inklüziv qərar qəbulunun təkmilləşdirilməsi
üçün böyük potensial təklif edir. Onlar müəssisələrin şəffaflığı, hesabatlılığı və
məsuliyyətinə, həmçinin siyasət formalaşdırmağın əlçatımlılıq və inklüzivliyini artırmaqla
əlilliyi olan şəxslərin iştirakına töhfə verə bilər.
Bu potensialdan tam yararlanmaq üçün e-vasitələr əlilliyi olan bütün şəxslərə tam əlçatımlı
olmalıdır.
2. İştirak üçün potensialın artırılması
Yerli, regional və milli vətəndaş cəmiyyəti təşkilatları siyasət formalaşdırma, layihə
təkmilləşdirmə və xidmət təminatında fəal iştirak edə bilmək üçün öz potensial və bacarıqlarını
artırmalıdır. Potensialın artırılması resurslar, təlimçi və mentor liderlərlə təminat hesabına
baş tuta bilər.
3. Vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında əməkdaşlıq üçün
strukturlar
Vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət qurumları və əlilliyi olan şəxslərin təşkilatları
arasında qarşılıqlı əlaqəni irəlilətmək üçün bir çox ölkədə əlaqələndirici qurumlar yaradılıb.