© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
71
“bağışlayın, biz həmin qərarı vermədik, ancaq biz hələ də məlumat gözləyirik.” Geniş
məlumatların əldə edilməsinin nəticəni ləngitməməsi üçün kifayət qədər tez qərar verilməsi
lazımdır. Buna nail olmaq demək olar ki, həmişə mümkündür. İnklüziv qərar qəbulu ləng
qərar verilməsi üçün bəhanə olmamalıdır.
Effektivliyin müqayisəsi (bençmarkinq)
Effektivliyin müqayisəsi həm siyasət və xidmətləri əhatə edən məhsullarla, həm də həmin
məhsulların yaradılması və çatdırılması prosesləri ilə əlaqəli ən yaxşı təcrübənin müəyyən
olunma prosesidir. “Ən yaxşı təcrübə” axtarışı həm müəyyən sektor daxilində, həm də digər
sektorlarda baş verə bilər (məsələn, inklüziv qərarla bağlı digər sektorlardan alınmalı dərslər
varmı?).
Effektivliyin müqayisəsinin məqsədi təşkilatın ən yaxşı təcrübə ilə müqayisədə hazırkı
vəziyyətini başa düşmək, qiymətləndirmək və performansın təkmilləşdirmə sahələrini,
vasitələrini müəyyənləşdirməkdir.
Effektivliyin müqayisəsinə başqalarının öz performans səviyyələrinə necə nail olduqlarını
yoxlamaq və apardıqları prosesləri başa düşmək üçün xarici aləmə (müəyyən təşkilat, sektor,
region və ya ölkədən kənara) nəzər yetirmək aiddir.
Effektivliyin müqayisəsi tapşırıqlarından öyrənilən dərslər uyğun şəkildə tətbiq olunsa,
təşkilat daxilində həlledici funksiyalarda təkmilləşdirilmiş performansa kömək etmiş olar.
Effektivliyin müqayisəsinin tətbiqi dörd həlledici mərhələdən ibarətdir:
1.
Mövcud prosesləri təfsilatı ilə başa düşmək.
2.
Başqalarının keçdiyi prosesi analiz etmək.
3.
Öz performansını başqalarının təhlil olunmuş performansları ilə müqayisə etmək.
4.
Performansdakı boşluqları doldurmaq üçün lazımi mərhələləri həyata keçirmək.
Prosesi
müayən
etmək
Başlanğıc
Məlumatın toplanması
Məlumatın müqayisəsi
Fəaliyyət
Təkrar etmək
Bençmarkinq
Təhlil
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
72
Effektivliyin müqayisəsi birdəfəlik tapşırıq kimi nəzərdən keçirilməməlidir. Effektiv olması
üçün bu proses ardıcıl aparılmalı, ən yaxşı təcrübədən xəbər tutmaq məqsədilə davamlı
təkmilləşmə prosesinin ayrılmaz hissəsi olmalıdır.
Razılaşma
Bəziləri hesab edirlər ki, inklüziv qərar qəbulu prosesləri təcrübə (“təhlil durğunluğu”)
baxımından həddən artıq yararsızdır. Amma bunun əksini göstərən kifayət qədər dəlil
var. Əgər siz prosesi doğru şəkildə idarə edirsinizsə, onda qərar verərkən razılaşma əldə
olunmasa, yaxud insanlar ən azından onunla tam razılaşmasalar belə, qərarın arxasında
duran səbəbləri həmişə başa düşəcəklər. Razılıqla gəlinmiş qərar razılaşmasız qərardan
daha dəyərlidir: onun doğru olma ehtimalı daha çox, effektiv həyata keçirilmə imkanı daha
artıqdır, çünki hər kəs ona inanır.
Razılaşma imkanını artırmaq məqsədilə müzakirələr diqqətlə idarə oluna bilər:
•
Seçimləri qiymətləndirmə kriteriyaları ilə yanaşı problemi aydın şəkildə qoyun. Əgər
insanlar problemin qoyuluşu və ya məqsədlə razılaşmırlarsa, çətin ki, onun həlli yolu ilə
də razılaşsınlar.
•
Hər bir seçimin lehinə və əleyhinə olan arqumentləri hər kəsin başa düşə biləcəyi
şəkildə göstərin.
•
İnklüziv və hörmətcil olun. Əsas qaydaları müəyyənləşdirin və müzakirəni elə aparın
ki, insanların məsələləri şəxsiləşdirmədən bir-birinə əks-arqument gətirməklə
razılaşmamaq imkanı olsun.
İnklüziv qərar qəbulu nə zaman işləyir, nə zaman işləmir
İnklüziv qərar qəbulu aşağıdakı mühitlərdə daha yaxşı işləyir:
•
Səmərəli razılaşmamanı cəsarətləndirən mədəni mühitdə; belə ki, insanlar fikirlərini
rahat söyləyirlər, liderlər isə onları dinləməyə dəyər verirlər.
•
Ümumi məqsədlərə dair ümumi razılaşma mühitində; belə ki, insanlar bir neçə alternativ
arasından birini seçmək üzrə razılaşa bilsinlər.
Kiçik təşkilatların bu keyfiyyətlərə malik olma ehtimalı böyüklərdən daha çoxdur. Ancaq yerli
və milli hökumətlər, media təşkilatları və vətəndaş cəmiyyəti təşkilatları yəqin ki, inklüziv
qərar qəbulundan daha çox faydalanır.
İnklüziv qərarverməyə kömək üçün aşağıdakılar lazımdır:
• qərar vermək üçün insanları dəstəkləmək və səlahiyyət vermək
• aydın məqsədlər, kontekst, limitlər və mövzular
• hətta birbaşa və ya dərhal dəyişiklik olmasa belə fikir söyləmək, reaksiya vermək -
insanların iştirakın dəyərini hiss etmələri üçün
• insanların bilgilərinə, təcrübəsinə və fikirlərinə hörmət
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
73
İnklüziv qərar qəbulu üçün model
Əlilliyi olan şəxsləri inklüziv qərar qəbuluna qabil etmək üçün model iştirak strategiyası
aşağıdakılar ola bilər:
• məsələlərin müəyyən olunması və təhlili (məsələn, tədqiqat dəlillərini nəzərdən
keçirmək, dəyirmi masa müzakirələri, ictimai və ya özəl dəlil dinləmələri, işçi qrupların
idarə edilməsi)
• strategiya və fəaliyyət planının işlənib hazırlanması (məqsəd və nəticələri
müəyyən etməli; hansı mexanizmlərdən istifadə etməli; insan və maliyyə resursları;
agentliklərarası əməkdaşlıq; monitorinq və qiymətləndirmə göstəriciləri)
• fəaliyyət planını həyata keçirmək (həyata keçirmənin müntəzəm monitorinqi və lazım
olarsa, planın yenilənməsi)
• öyrənmə və davamlı təkmilləşmə daxil olmaqla monitorinq və qiymətləndirmə
İnklüziv qərar qəbulunda əsas elementlər - insanlar
Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı planlaşdırılmalı və təşkilati yanaşma
olmalıdır
Müxtəlif komandalarda və ya müxtəlif şöbələrdə əlilliyi olan şəxslərin iştirakını (cəlb olunmasını)
müxtəlif tərzdə reallaşdırmağın mənası yoxdur. Bunun təşkilat səviyyəsində planlaşdırılıb
əlaqələndirilməsi lazımdır. Əks halda insanlar çoxlu vaxt və enerji itirmiş olacaqlar.
Əlilliyi olan şəxsləri cəlb etməyin bir sıra yolları olmalıdır
Əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etmək üçün yalnız bir fəaliyyətin olması insanların
sayını və təcrübələrin diapozonunu məhdudlaşdıracaq. Faktiki fəaliyyətlər təşkilatdan və
müəyyən məsələdən asılı olacaq. Təşkilatlar əlilliyi olan şəxslərin «jüriləri», əlilliyi olan
sakinlərin paneli, hədəf qruplar, geniş miqyaslı konfranslar, təşkil olunmuş görüşlər, əlil və ya
könüllü sektor təşkilatlarının iclaslarında iştirak, anketlər, rəy sorğusu, incəsənət fəaliyyətləri,
əlillik üzrə rəsmi məşvərət qrupları, ictimai şəkildə təyin olunmuş panellər və s. kimi bir çox
metodlardan istifadə ediblər.
Əlilliyi olan şəxsləri cəlb etmək - qutunun üzərində yazıldığı kimidir - əlilliyi olan
şəxsləri cəlb etmək
Baxıcıları, valideynləri, professionalları və digər iştirakçıları cəlb etmək dəyərli olsa da, əgər
bu, məhdud qabiliyyəti olanlar üçün dəstəkli qərarvermənin bir hissəsinə çevrilməzsə, bu
insanlar əlilliyi olan şəxslərin əvəzinə, onların adından danışa bilməzlər.
Əsas axına salınma və iştirak yaddan çıxmamalıdır
Əlilliyi olan şəxsləri əsas qərarlara cəlb etmək üçün bəzi spesifik fəaliyyətlərin olması o
demək deyil ki, təşkilatın aparıcı məsləhətləşmə mexanizmləri əlilliyi olan şəxsləri əhatə
etməməlidir. Təşkilatın yürütdüyü əsas axına cəlb etmə xətti əlilliyi olan şəxsləri də əhatə
etməlidir, ancaq spesifik iştirak fəaliyyətlərindən əldə olunmuş bilik bunu təkmilləşdirə bilər.
Dostları ilə paylaş: |