© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
89
• pulsuz (imiclər) şəkillər kitabxanasına əlçatımlılıq
• əıçatımlı veb video və podkastlar təqdim etmək.
İnklüziv məlumat vasitələrinin hazırlanması barədə məsləhət
Əlillik Məsələləri üzrə İdarə əlilliyi olan şəxsləri cəlb etmək və onları təmsil etməkdə dövlət
məmurlarına dəstək verir. İdarə strateji məsləhətlər verir, vasitələr paylaşır və yeni bacarıqları
təkmilləşdirməyə kömək edir.
• Əlillik Məsələləri üzrə İdarənin İmic Kitabxanası hökumətin məlumatın yayılması üzrə
mütəxəssislərinə əlilliyi olan şəxslərin müsbət şəkillərini pulsuz təklif edir.
• Əlillik Məsələləri üzrə İdarənin əlçatımlı Media Pleyeri onlayn video və podkastların
göndərilməsinə dəstək verir.
• Əlillik Məsələləri üzrə İdarənin “İnklüziv məlumat vasitələrinin çatdırılması” kitabçası
hökumətin məlumatın yayılması üzrə mütəxəssislərinə bələdçi olur.
• “İnklüziv məlumat vasitələri” bölməsi bu məsələləri daha təfsilatlı tədqiq edir.
Mənbələr
•
Delivering inclusive communications
•
Representing disabled people positively
•
Developing inclusive communications
•
The language of disability
•
Inclusive digital communications
•
Alternative formats
•
Involving disabled people
•
Inclusive policymaking
•
Disability facts and figures
•
The social model of disability
•
Contact the Communications Team at the Office for Disability Issues
Təqdimat
Əlilliyi olan şəxsləri gerçək şəkildə təqdim etmək təsirli dəyişiklik və xidmətləri inkişafa
çatdırmaqda həlledici rol oynayır.
Əlilliyin müsbət təsviri əlilliyi olan bir və ya daha çox şəxsin ədalətli, yaradıcı və təşviqedici
təsviridir. Bu, əlilliyin tibbi modelinə yox, sosial modelinə əsaslanacaq. Bu, şəkil, qrafik və ya
hərfdən tutmuş görüntülü və ya akustik işarəyə qədər hər şey ola bilər.
Müsbət təqdimat ictimai münasibətin dəyişməsinə və əlilliyi olan şəxslərin daha çox
dəyişikliyə nail olacağına ümidləri artıracaq. Bu, həm də əlilliyi olan şəxslərə özləri ilə bağlı
kampaniyalara qoşulmaqda kömək edəcək.
Gözləntilərin artması
Hökumətin planlarının çoxu əlilliyi olan şəxslər və onların ailələri ilə ünsiyyət saxlamaqdan
asılıdır. Hazırda əlilliyi olan şəxslər üçün tibbi xidmət, təhsil və iş imkanları baxımından qeyri-
bərabərlik var, hökumət özü də dəyişikliyə ehtiyac olduğunu danmır.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
90
Hökumət BK-da reklam xərclərinin əhəmiyyətli ölçüsünə görə hesabat verir, buna görə də
əlilliyi olan şəxsləri əhatə edən məhsulların sayını və keyfiyyətini təkmilləşdirməkdə mərkəzi
rol oynayır.
Əlilliyi olan şəxsləri öz yaradıcı işlərinin hasilə gəlməsinə cəlb etməklə hökumətin reklamı
əlilliyin kiçik azlığa təsir göstərən faciə olduğu fikrində dəyişiklik yarada bilər. Əvəzində biz
bunun normal həyatın bir parçası olduğunu və əlilliyi olan şəxslərin bir sıra rollarda uğur
qazandığını göstərə bilərik.
Əlilliyi olan şəxslərin daha müsbət təqdimatları hazırlandıqca münasibəti dəyişmək də daha
asan başa gəlir. Müsbət əlillik ismarıcları, müsbət təqdimat ehtiva edən hər kampaniya buna
nail olmaqda irəliyə doğru atılan daha bir addımdır.
Auditoriyanın diqqətini cəlb etmək
Əlilliyi olan şəxslərin iştirakı və onların hökumətin məlumat vasitələrində təqdimat üsulu da
əlilliyi olan şəxslərin və onların ailələrinin sizin ismarıclarınıza necə diqqət yetirməsinə təsir
göstərəcək.
Məsələn, insanları sosial qayğıda işləməyə cəsarətləndirən kommunikasiya kampaniyaları
əlilliyi olan şəxslərin həm baxımı qəbul etməsi, həm də qayğı göstərməsi kimi fikri, məzmunu
ehtiva etməlidir.
Siz nə edə bilərsiniz
Yeri gəldikcə mümkün qədər:
•
öz məlumat vasitələrinizdə əlilliyi olan şəxslərin müsbət görüntülərini paylaşın;
•
əlilliyi olan şəxslərin müsbət təqdimatı verilən məhsullar sifariş edin.
Əlilliyi olan şəxsləri aşağıdakı kimi təsvir etməkdən çəkinin:
•
öz məhdudiyyətinin və ya sağlamlıq vəziyyətinin qurbanı kimi;
•
qəhrəman kimi;
•
başqalarından asılı olan adam kimi;
•
cəmiyyətə və iqtisadiyyata nə isə verməkdən çox alan biri kimi;
•
yalnız əlil arabası və əl ağacı istifadəçisi kimi.
Mənbələr
Office for Disability Issues image gallery
Ssenari – əlilliyi olan şəxsləri təsvir etmək üçün direktiv
Geniş əhatə dairəsi
Görünməz sağlamlıq məhdudiyyətləri də daxil olmaqla bütün məhdudiyyətləri geniş
təqdim etmək əhəmiyyətlidir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
91
Qəhrəman xarakterləri
Qəhrəman rollarından az-az istifadə edin. Bu, əlilliyi olan şəxslərin gündəlik reallıqlarını əks
etdirmir. Yadınızda saxlayın ki:
•
qızıl medal qazanmış atletin əlilliyi olan şəxsləri təmsil etməyi Devid Bekhemın əlilliyi
olmayan şəxsləri təmsil etməyi kimidir;
•
yüksək nailiyyətlərin daimi təsviri əlilliyi olan bəzi şəxslərin özünə inamını azalda bilər;
•
bəzi izləyicilər qəhrəmancasına göstərilən nailiyyətləri əlilliyin kompensasiya olunması
kimi başa düşə bilərlər.
Qurban xarakterləri
Əlilliyi olan şəxsləri qurbanlıq və ya passiv kimi təqdim etməkdən çəkinin.
Həqiqəti əks etdirmək lazımdır - məsələn, əlilliyi olan şəxslərə qarşı əlilliyi olmayanlardan
daha çox cinayət törədilməsi riski ola bilər. Buna baxmayaraq hər kəsin cinayətə qarşı
immuniteti zəif ola, hər kəs qorxu keçirə bilər.
Baxıcılar
Bir çox baxıcılar əlilliyi olan şəxslərin ailə üzvləridir. Baxıcıları əzabkeş, ya mələk kimi təsvir
etməkdən ehtiyatlanın, amma onların əhəmiyyətini də azaltmayın. Onları əlilliyi olan ailə
üzvləri ilə bərabər göstərin.
Mənbələr
•
Addressing criticism and complaints
•
Representation
•
Inclusive communications
Yumor – əlillik sarıdan inamlı olmaq
Yumor çox güclü yaradıcı vasitə ola bilər. Reklam agentlikləri ondan sərhədləri aradan
qaldırmaq, məhsulları satmaq məqsədi güdən qeyri-adi əlaqələr qurmaq üçün istifadə edirlər.
Yumor passiv şəkildə oxuyub, izləyib qulaq asmaqdansa iştiraka çağırır. Bu, fərqli eynilikləri
eyni cərgədə yerləşdirə və sizi iki təzadlı fikir arasında var-gəl etməyə vadar edə bilər.
Aktyorlar və modellər – əlilliyi olan şəxslərdən istifadə edin
Əlilliyi olan aktyor və modellərin rollarının bölüşdürülməsi
•
Əlil rolları üçün həmişə əlilliyi olan aktyorlardan istifadə edin.
•
Çevik dəyişməyə hazır olun. Ssenaridə əlilliyi, yaşı və cinsi dəqiq göstərilən şəxs faktiki
mövcud olmaya bilər.
•
Əlilliyi olan şəxsləri xüsusilə kastinq agentliklərindən soruşun. Kastinq agentliyi
tələbdən xəbər tutanda öz kitablarına əlilliyi olan daha çox aktyor əlavə edəcək.
•
Lazım olan şəxs üçün mümkün qədər çox yerə baxın, axtarın.
•
Əlilliyi olan aktyorunuzun sağlamlıq məhdudiyyətindən, vəziyyətindən yaradıcı şəkildə
Dostları ilə paylaş: |