BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə36/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

89

•  pulsuz (imiclər) şəkillər kitabxanasına əlçatımlılıq



•  əıçatımlı veb video və podkastlar təqdim etmək.

İnklüziv məlumat vasitələrinin hazırlanması barədə məsləhət

Əlillik Məsələləri üzrə İdarə əlilliyi olan şəxsləri cəlb etmək və onları təmsil etməkdə dövlət 

məmurlarına dəstək verir. İdarə strateji məsləhətlər verir, vasitələr paylaşır və yeni bacarıqları 

təkmilləşdirməyə kömək edir. 

•  Əlillik Məsələləri üzrə İdarənin İmic Kitabxanası hökumətin məlumatın yayılması üzrə 

mütəxəssislərinə əlilliyi olan şəxslərin müsbət şəkillərini pulsuz təklif edir.

•  Əlillik Məsələləri üzrə İdarənin əlçatımlı Media Pleyeri onlayn video və podkastların 

göndərilməsinə dəstək verir.

•  Əlillik Məsələləri üzrə İdarənin “İnklüziv məlumat vasitələrinin çatdırılması” kitabçası 

hökumətin məlumatın yayılması üzrə mütəxəssislərinə bələdçi olur.

•  “İnklüziv məlumat vasitələri” bölməsi bu məsələləri daha təfsilatlı tədqiq edir.

Mənbələr

Delivering inclusive communications 



Representing disabled people positively

Developing inclusive communications



The language of disability

Inclusive digital communications



Alternative formats

Involving disabled people



Inclusive policymaking

Disability facts and figures



The social model of disability

Contact the Communications Team at the Office for Disability Issues



Təqdimat

Əlilliyi  olan  şəxsləri  gerçək  şəkildə  təqdim  etmək  təsirli  dəyişiklik  və  xidmətləri  inkişafa 

çatdırmaqda həlledici rol oynayır.

Əlilliyin müsbət təsviri əlilliyi olan bir və ya daha çox şəxsin ədalətli, yaradıcı və təşviqedici 

təsviridir. Bu, əlilliyin tibbi modelinə yox, sosial modelinə əsaslanacaq. Bu, şəkil, qrafik və ya 

hərfdən tutmuş görüntülü və ya akustik işarəyə qədər hər şey ola bilər. 

Müsbət  təqdimat  ictimai  münasibətin  dəyişməsinə  və  əlilliyi  olan  şəxslərin  daha  çox 

dəyişikliyə nail olacağına ümidləri artıracaq. Bu, həm də əlilliyi olan şəxslərə özləri ilə bağlı 

kampaniyalara qoşulmaqda kömək edəcək.

Gözləntilərin artması

Hökumətin planlarının çoxu əlilliyi olan şəxslər və onların ailələri ilə ünsiyyət saxlamaqdan 

asılıdır. Hazırda əlilliyi olan şəxslər üçün tibbi xidmət, təhsil və iş imkanları baxımından qeyri-

bərabərlik var, hökumət özü də dəyişikliyə ehtiyac olduğunu danmır.




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

90

Hökumət BK-da reklam xərclərinin əhəmiyyətli ölçüsünə görə hesabat verir, buna görə də 



əlilliyi olan şəxsləri əhatə edən məhsulların sayını və keyfiyyətini təkmilləşdirməkdə mərkəzi 

rol oynayır.

Əlilliyi olan şəxsləri öz yaradıcı işlərinin hasilə gəlməsinə cəlb etməklə hökumətin reklamı 

əlilliyin kiçik azlığa təsir göstərən faciə olduğu fikrində dəyişiklik yarada bilər. Əvəzində biz 

bunun normal həyatın bir parçası olduğunu və əlilliyi olan şəxslərin bir sıra rollarda uğur 

qazandığını göstərə bilərik.

Əlilliyi olan şəxslərin daha müsbət təqdimatları hazırlandıqca münasibəti dəyişmək də daha 

asan başa gəlir. Müsbət əlillik ismarıcları, müsbət təqdimat ehtiva edən hər kampaniya buna 

nail olmaqda irəliyə doğru atılan daha bir addımdır.

Auditoriyanın diqqətini cəlb etmək

Əlilliyi olan şəxslərin iştirakı və onların hökumətin məlumat vasitələrində təqdimat üsulu da 

əlilliyi olan şəxslərin və onların ailələrinin sizin ismarıclarınıza necə diqqət yetirməsinə təsir 

göstərəcək.

Məsələn,  insanları  sosial  qayğıda  işləməyə  cəsarətləndirən  kommunikasiya  kampaniyaları 

əlilliyi olan şəxslərin həm baxımı qəbul etməsi, həm də qayğı göstərməsi kimi fikri, məzmunu 

ehtiva etməlidir.

Siz nə edə bilərsiniz

Yeri gəldikcə mümkün qədər:

öz məlumat vasitələrinizdə əlilliyi olan şəxslərin müsbət görüntülərini paylaşın;



əlilliyi olan şəxslərin müsbət təqdimatı verilən məhsullar sifariş edin.

Əlilliyi olan şəxsləri aşağıdakı kimi təsvir etməkdən çəkinin:

öz məhdudiyyətinin və ya sağlamlıq vəziyyətinin qurbanı kimi;



qəhrəman kimi;

başqalarından asılı olan adam kimi;



cəmiyyətə və iqtisadiyyata nə isə verməkdən çox alan biri kimi;

yalnız əlil arabası və əl ağacı istifadəçisi kimi.



Mənbələr

Office for Disability Issues image gallery



Ssenari – əlilliyi olan şəxsləri təsvir etmək üçün direktiv

 

Geniş əhatə dairəsi

Görünməz sağlamlıq məhdudiyyətləri də daxil olmaqla bütün məhdudiyyətləri geniş 

təqdim etmək əhəmiyyətlidir.




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

91

Qəhrəman xarakterləri

Qəhrəman rollarından az-az istifadə edin. Bu, əlilliyi olan şəxslərin gündəlik reallıqlarını əks 

etdirmir. Yadınızda saxlayın ki:

qızıl medal qazanmış atletin əlilliyi olan şəxsləri təmsil etməyi Devid Bekhemın əlilliyi 



olmayan şəxsləri təmsil etməyi kimidir;

yüksək nailiyyətlərin daimi təsviri əlilliyi olan bəzi şəxslərin özünə inamını azalda bilər;  



bəzi izləyicilər qəhrəmancasına göstərilən nailiyyətləri əlilliyin kompensasiya olunması 

kimi başa düşə bilərlər.

Qurban xarakterləri

Əlilliyi olan şəxsləri qurbanlıq və ya passiv kimi təqdim etməkdən çəkinin. 

Həqiqəti əks etdirmək lazımdır - məsələn, əlilliyi olan şəxslərə qarşı əlilliyi olmayanlardan 

daha  çox  cinayət  törədilməsi  riski  ola  bilər.  Buna  baxmayaraq  hər  kəsin  cinayətə  qarşı 

immuniteti zəif ola, hər kəs qorxu keçirə bilər.

Baxıcılar

Bir çox baxıcılar əlilliyi olan şəxslərin ailə üzvləridir. Baxıcıları əzabkeş, ya mələk kimi təsvir 

etməkdən ehtiyatlanın, amma onların əhəmiyyətini də azaltmayın. Onları əlilliyi olan ailə 

üzvləri ilə bərabər göstərin.



Mənbələr

Addressing criticism and complaints



Representation

Inclusive communications



Yumor – əlillik sarıdan inamlı olmaq

 

Yumor  çox  güclü  yaradıcı  vasitə  ola  bilər.  Reklam  agentlikləri  ondan  sərhədləri  aradan 

qaldırmaq, məhsulları satmaq məqsədi güdən qeyri-adi əlaqələr qurmaq üçün istifadə edirlər. 

Yumor passiv şəkildə oxuyub, izləyib qulaq asmaqdansa iştiraka çağırır. Bu, fərqli eynilikləri 

eyni cərgədə yerləşdirə və sizi iki təzadlı fikir arasında var-gəl etməyə vadar edə bilər.

Aktyorlar və modellər – əlilliyi olan şəxslərdən istifadə edin

 

Əlilliyi olan aktyor və modellərin rollarının bölüşdürülməsi

Əlil rolları üçün həmişə əlilliyi olan aktyorlardan istifadə edin. 



Çevik dəyişməyə hazır olun. Ssenaridə əlilliyi, yaşı və cinsi dəqiq göstərilən şəxs faktiki 

mövcud olmaya bilər. 

Əlilliyi olan şəxsləri xüsusilə kastinq agentliklərindən soruşun. Kastinq agentliyi 



tələbdən xəbər tutanda öz kitablarına əlilliyi olan daha çox aktyor əlavə edəcək. 

Lazım olan şəxs üçün mümkün qədər çox yerə baxın, axtarın. 



Əlilliyi olan aktyorunuzun sağlamlıq məhdudiyyətindən, vəziyyətindən yaradıcı şəkildə 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə