BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə34/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

84

•  Danışığınızın sadə, dəqiq və neytral tonunu qoruyun.



•  Şəxsin məhdudiyyətinin adını çəkmək çox da münasib deyil.

•  Kimisə məhdudiyyətinə və ya istifadə etdiyi vasitəyə görə təqdim etməyin.

•  Neytral dildən, leksikondan istifadə edin – ləyaqəti və qarşılıqlı hörməti saxlamaqla 

çətin problemləri müzakirə etmək məharəti.

•  İnklüziv dildən, leksikondan istifadə edin – mənfi sosial stereotiplər yaratmaqdan 

çəkinin. Məsələn, “əlil arabasına məhkum olunmuş və ya bağlanmış” əvəzinə “şəxs əlil 

arabasından istifadə edir” deyin. Və ya: kiminsə sağlamlıq məhdudiyyəti ola bilər, amma 

bəlkə də bundan nə “əziyyət çəkir”, nə də ona “yoluxub”.  



İmiclərdən istifadə etmək

•  Əlilliyi olan şəxslər haqqında məlumat onları cəmiyyətdə adi insanlar kimi göstərməli, 

ayrıcalıq və ya xüsusilik təəssüratı yaratmamalıdır.

•  Əlilliyi olan şəxslər ümumi təsvirlərə onların da hər kəs kimi cəmiyyətin bir hissəsi 

olduğunu göstərmək üçün daxil edilə bilərlər.  

•  Onları gündəlik ictimai vəziyyətdə, iş mühitində göstərin. Yalnız tibbi və ya asılı 

münasibətlərə diqqəti cəmləməyin (məsələn, görmə qabiliyəti olmayan şəxsə yolu 

keçməyə kömək edilməsi kimi).  

•  Sağlamlıq məhdudiyyəti üzərində diqqəti cəmləməyin və ya təcrid olunma barədə 

yanlış təəssürat yaratmayın. 

•  Əlilliyi olan şəxs nə qədər az tanınırsa, bir o qədər yaxşıdır - bəzi sağlamlıq 

məhdudiyyətləri elə də gözə çarpmır.



Çapı istifadəyə yararlı, əlçatımlı edin

Şriftlər

•  Əsas mətni 12-lik və ya daha böyük şriftlə verin.

•  Arial kimi nişansız (sans-serif) şriftdən istifadə edin.

•  Yüksək üslublu və ya modelləşdirilmiş əl yazısından, xüsusi dizaynlı şriftlərdən istifadə 

etməkdən çəkinin.

•  Müxtəlif çəkilərdə şriftlər var. Yüngül sayılan seçimlərdən çəkinin, çünki kağızla mətn 

arasında çaları təmin etmək üçün az mürəkkəb var.

•  Mətni bəzi insanların oxumağı üçün çətinləşdirən kursivlərdən istifadə etməkdən çəkinin.

•  Yağlı şrift növü müəyyən mətni vurğulamaq üçün istifadə oluna bilər.

•  Sözləri böyük hərflərlə yazmaqdan çəkinin. İnsan gözü sözləri formasından tanımaqla 

oxuyur və sözün tamamilə böyük hərflərlə yazılması onu tanımağa mane olur.

Digər dizayn xüsusiyyətləri

•  Rəqəmləri oxumaq sözləri oxumaqdan çətindir.

•  Nömrələri fərqli göstərən şriftlərdən və ya sözlərdən istifadə edin. 

•  Sözün altından xətt çəkməkdən çəkinin.

•  Sətrin uzunluğu 60-70 işarə olmalıdır. 

•  Mətni sol kənarda yerləşdirin. 

•  Sağ kənarda mətn yerləşdirməkdən çəkinin. 

•  Sətirlər arasında məsafə 1.5, sözlər arasında məsafə iki dəfə çox olmalıdır. 




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

85

•  Sözlər bərabər yerləşdirilməlidir.



•  Mətnlə arxa fon arasında güclü ziddiyyət olduğuna əminlik hasil edin. 

•  Mətn və şəkillər ətrafında çoxlu ağ boşluqdan, məsafədən istifadə edin və səhifənin 

müxtəlif elementlərini seçib ayırın. 

•  Şəkillər və şəkilli fon üzərində mətn yerləşdirməkdən çəkinin.

•  Mətnlə fon arasında ziddiyyəti azaldan rəng çaları və ekranlardan istifadə etməkdən 

çəkinin. 

•  Mətnin müəyyən hissələrini vurğulamaq üçün ağ boşluqlardan və ya çərçivələrdən 

istifadə edin.

•  Oxumağı asanlaşdırmaq üçün paraqraflar arasında boşluq qoyun.

•  Əgər buna görə sətirlər müxtəlif yerlərdən başlanır və tapılması çətinləşirsə, mətni 

şəkillər arasına yerləşdirməkdən çəkinin.

•  Formalarda imzalar üçün əlavə boşluq qoyun. 

•  Ardıcıllıq əhəmiyyətlidir; məsələn, səhifə nömrələrinin eyni yerdə olmasına fikir verin.

Kağız

•  Parlaq kağız əvəzinə tutqun və ya atlas kağızdan istifadə edin. 

•  Lazımi ağırlıqda olan kağızdan istifadə edin ki, çap materialı səhifənin o biri üzündən 

görünməsin.



Cild

•  Çap sənədləri düz şəkildə açılmalıdır.



E-mail

Əgər siz e-mail məktubları göndərirsinizsə:

•  Məktubun üzərinə orijinal vörd sənədləri, eləcə də PDF faylları “tikin”.

•  Sənəd qısadırsa, onu orijinal email-ə daxil edin.

•  Mətnin sonunda veb keçidi qeyd edin.

•  Müvafiq olarsa, titrlı video və Yeni Zelandiya İşarə Dili videosu hazırlayın.

•  PDF faylından yeganə məlumat vermə vasitəsi kimi istifadə etməyin.

İnternet

İnternetdəki məlumat aşağıdakı kimi olmalıdır:

•  İstifadəsi mümkün, əlçatımlı HTML.

•  İstifadə imkanları, əlçatımlılığı artırılmış, əlavə olunmuş PDF fayllar. Adi PDF fayllarından 

yeganə məlumat vermə vasitəsi kimi istifadə etməyin. Onlar ekran oxucuları tərəfindən 

oxunmaya və sağlamlıq məhdudiyyətləri olan digər insanlara əlçatımlı olmaya bilər. 

•  Audio, Yeni Zelandiya İşarə Dili videoları, titrlı videolar və transkriptlər kimi mütəxəssis 

formatları vebsaytlara yerləşdirilə bilər.  



Xüsusi formatlar 

Məlumat hətta

 

sadə dildə yazılsa və aşağıda təsvir olunmuş universal dizayn qaydalarından 




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

86

istifadə olunmaqla hazırlansa belə, istifadə imkanı, əlçatımlı olmayan insanlar üçün materialı 



xüsusi formatlarda hazırlamalı olacaqsınız.

İntellektual və ya öyrənmə məhdudiyyətli insanlar üçün asan oxunuş

Oxuma-yazma problemi olanlar və ana dili ingilis dili olmayanlar asan oxunuşları faydalı hesab 

edirlər. Bu, uşaqcasına bir tərz deyil. Burada sözdən az, diaqramdan çox istifadə olunur.

Asan oxunan səhifələrdə olmalıdır:

•  asan sözlər

•  böyük şrift

•  şəkillər

 hər səhifədə bir fikir

•  vebdə səsləndirilən audiolu sözlər

•  istədiyiniz səhifəni asan tapmağın üsulları.



Eşitmə qabiliyyətini itirmiş insanlar üçün yayımlanan mətn

Mətn  Yayımı  xidməti  BK  telefon  şəbəkəsinin  bir  hissəsini  təşkil  edir.  Bu,  standart  səsli 

telefondan istifadə edə bilməyən insanları 

kommunikasiya xidməti ilə təmin edir. 



Böyük ölçülü çap

 

Böyük ölçülü çap tövsiyə olunan Universal Dizayn çap ölçüsündə (12 ölçülü şrift) oxuya 

bilməyən insanlar üçün yararlıdır.

  

•  Qrafiksiz sadə sənədlər asan hazırlana bilər. 



•  Şriftin ölçüsü 16 ilə 22 arasında olmalıdır.

•  Oxucunun səhifədə qeyd aparması üçün kənarlarda və ya abzasların arasında boşluqlar 

qoyun.

•  Səhifənin ölçüsü əllə asan şəkildə idarə oluna biləcək qədər münasib olmalıdır. 



•  Başlıqlar və səhifə nömrələri kimi təkrarlanan elementlər həmişə eyni yerdə olmalıdır.

•  Asan oxunmaq üçün paraqraflar arasında boşluq qoyulmalıdır.



Audio

 

Rəqəmsal audio fayllar CD-ROM və ya DVD-lərlə paylana, yaxud da vebdən köçürülə bilər. 

Rəqəmsal  səsli  fayl  hazırlamaq  nisbətən  sadədir.  Sizə  bunun  üçün  səs  kartı  olan  şəxsi 

kompüter, keyfiyyətli mikrofon və səs yazan proqram lazımdır. Son məhsulda ortaya çıxan 

hər hansı səhvi düzəltmək üçün peşəkar redaktor cəlb edə bilərsiniz. Görmə qabiliyyətini 

itirmiş insanlar yüksək keyfiyyətli səs gözləyirlər.



DVD-lər də daxil olmaqla videolar üçün audio təsvir

Audio təsvir sizə görə bilməyəcəyiniz şeylər haqqında məlumat verir. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə