BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə32/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

80

İstifadə etməli və istifadəsindən çəkinməli olduğumuz sözlər 



İmiclər

Əlilliyi olan şəxsləri müxtəlif rollarda göstərin. Mümkün olduqca onları tək göstərmək əvəzinə 

başqaları  ilə  qarşılıqlı  əlaqədə  təsvir  edin.  Onlara  qayğı  göstərilməsi  əvəzinə  başqalarına 

töhfə verdiklərini qabardın.     



Təsvir

 

Vaxtın  çoxunu  kiminsə  məhdudiyyəti  xüsusiyyətlərinə  ayırmaq  lazım  deyil.  Əgər  istinad 

edirsinizsə,  onu  böyük  təfsilatla  verməyin  ki,  insanın  çəkdiyi  əziyyətin  onun  qüsurunun 

nəticəsi olduğu mənasına gəlməsin

.   

Əlilliyi olan şəxsləri ağlayarkən göstərmək və ya onlara qarşı şəfqət hissi oyatmağa çalışmaq 



onların cəmiyyətə qaynayıb-qarışmasına heç bir kömək etməyəcək.

Ümumilikdə  jurnalistlər  yalnız  insanların  qüsurlarına  əsaslanan  məzmun  və  ya  proqramlar 

yaratmamalıdırlar. Onlar faydaları vurğulamaqla, maneələri aradan qaldırmağın və əlilliyi olan 

şəxslərin ehtiyaclarını ödəməyin bütün cəmiyyətin maraqlarına necə xidmət etdiyini göstərməklə 

əlilliyi olan şəxsləri həm ailədə, həm də ictimai-siyasi həyatda fəal iştirakçı kimi təqdim etməlidirlər.  

Çəkin

qüsurlu, əlil, şikəst, çolaq, invalid

... əziyyət çəkir, ...qurbanıdır 

əlil arabasına məhkum olunmuş, əlil ara-

basına bağlanmış

əqli  məhdudiyyətli, əqli çatışmazlıq, 

əqli cəhətdən geri qalmış, anormal, ruhi 

xəstə, ağılsız, dəli 

iflic 

normal, sağlam 



kar və lal; lal-kar 

kor 


epilepsiya, diabet, depressiv və s. 

liliput; balacaboy 

tutmalar 

İstifadə et

əlilliyi olan insanlar/şəxslər

var [vəziyyətin və ya  məhdudiyyətin adı]

əlil arabası istifadəçisi 

əqli inkişafda özünəməxsusluğu olan in-

san/şəxs, ruhi və emosional inkişafda 

özünəməxsusluğu olan insan/şəxs

serebral iflici olan insan/şəxs 

əlilliyi olmayan insan/şəxs

işarə dilinin (Britaniya) istifadəçisi, eşitmə 

qabiliyyəti zəif və ya itirmiş olan insan/şəxs,

eşitmə əlilliyi olan insan/şəxs  

görmə qabiliyyəti zəif və ya itirmiş 

olan insan/şəxs, görmə əlilliyi 

olan insan/şəxs  

epilepsiyası, diabeti, depressiyası olan 

insan/ şəxs 

boy ölçüsündə özünəməxsusluğu olan 

insan/şəxs 

qıcolma, ürəkkeçmə 




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

81

Əlilliyi olan şəxslərlə ünsiyyətə dair bəzi məsləhətlər

Normal səs tonundan istifadə edin. Təkəbbürlə və ya başqasını susdurmağa çalışacaq 



şəkildə danışmayın. 

Əlilliyi olan şəxsləri onların məhdudiyyətinə görə müəyyənləşdirməyin. Bu, tibbi etiket 



vurmaq kimi incikliyə səbəb olur. 

Çox da mükəmməl, yaxud siyasi cəhətdən həddən artıq qüsursuz olmayın – sözlərdən 



səhv və düz istifadəyə aludəlik, təsvirlərə həddən artıq həssaslıq sizin nə isə etməyinizə 

mane olacaq  

İstifadə etdiyiniz dilin mənfi stereotipləri qüvvətləndirmədiyinə əmin olmağa çalışın.  



Şəxs haqqında heç nə deməyən və əlilliyi olan şəxsin xəstə, yaxud asılı olduğu 

təəssüratını qüvvətləndirən etiketlərdən çəkinin. 

Qeyri-insaniləşdirən istinadlardan qaçın. Bunun əvəzinə “...-li (-lı, -lu, -lü) şəxs, insan” 



deyin. Heç vaxt  “... qurbanı”, “... əziyyət çəkir” deməyin. “Əlillər” kimi ümumi isimlər 

işlətməkdən çəkinin. Bir istisna hal budur ki, ilk dilləri Britaniya işarə dili olan bir çox 

eşitmə qabiliyyətini itirmiş insanlar özlərini “karlar icması” hesab edirlər. Onlar karlıq 

xüsusiyyətlərini vurğulamaq üçün özlərini böyük “K” hərfi ilə “Kar” kimi təsvir edə bilərlər. 

“Görüşənədək” və s. kimi gündəlik ifadələrdən istifadə etmək məqbuldur. 



Heç vaxt danışdığınız şəxs üçün cümlə qurmağa və ya onun cümləsini tamamlamağa 

cəhd göstərməyin. 

Əlilliyi olan şəxslərə başqaları ilə danışdığınız kimi müraciət edin. 



Əlilliyi olan şəxslə - əgər o, tərcüməçi və ya yoldaşla müşayiət olunsa belə - birbaşa 

əlaqə qurun. 

Əlilliyi olan şəxsin başqaları ilə bərabər rola sahib olduğuna əminlik hasil edin. 



Məhdud resurslarla idarə etmək

Bir çox ölkədə böyük problem maliyyə, məlumat, ekspertiza resurslarının yoxluğudur. 

Mövcud resurslarla müqayisədə vəzifələrin miqyasını anlamaq qorxuducu ola və 

fəaliyyətsizliyə gətirib çıxara bilər.



Monitorinq və qiymətləndirmə

Yeni yanaşmaları həyata keçirən təşkilatların keçilmiş təcrübədən öyrənmə üsullarını 

təkmilləşdirməsi əhəmiyyətlidir.

 

İnvestisiyadan sosial gəlirlər

İnvestisiyadan Sosial Gəlirlər (İSG) sizin işinizlə yaratdığınız dəyəri ölçmək və  izah etmək 

üçün innovativ yoldur. 

Metodologiya nisbətən yenidir, amma çox maraqlı dəyişikliklərə rəvac verməsi səbəbindən 

üçüncü  sektorun,  hökumətin,  sponsorların,  investorların,  komissiya  üzvlərinin  marağını 

nəzərə çarpan dərəcədə cəlb edir. 

Təşkilatlara öz nailiyyətləri ilə bağlı hesabat verməkdə kömək göstərməklə, onlara maliyyə 

cəlb etməklə İnvestisiyadan Sosial Gəlirlər həm də təşkilatlara öz sosial təsirlərini mümkün olan 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə