BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə33/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

82

ən yüksək həddə çatdırmağa yardım edə, onlarla işləyən insanların həyatını yaxşılaşdıra bilər.  



 

İnvestisiyadan  Sosial  Gəlirlər  təşkilatın  fəaliyyətinin  nəticələrini  başa  düşmək,  ölçmək  və  

idarə etmək üçün bir çərçivədir. İSG bütün növ nəticələri (sosial, iqtisadi və ekoloji) əhatə 

edə bilər, amma bu, maraqlı tərəflərin hansı nəticələrin müvafiq olduğunu müəyyənləşdirmə 

prosesinə cəlb edilməsinə əsaslanır.

  

İSG-nin iki növü var. Qiymətləndirici İSG retrospektiv aparılır və artıq baş verən nəticələrə 



əsaslanır. Proqnozlaşdırıcı İSG isə əgər fəaliyyətin nəzərdə tutulmuş nəticələrinə nail olunarsa, 

nə qədər sosial dəyərin yaradılacağını əvvəlcədən proqnozlaşdırır. Proqnozlaşdırıcı İSG bir 

layihənin  planlaşdırma  mərhələsində  qiymətləndirici  İSG  aparmağa  imkan  verən  düzgün 

məlumatları toplamaqda faydalı ola bilər.

İSG sosial mühasibatdan və xərc-mənfəət analizindən yaranıb və digər nəticə yanaşmaları 

ilə bir çox ortaq cəhətləri var. Amma bunun digər yanaşmalardan bir fərqi də var: nəticələr 

üzərinə pul dəyəri qoyur ki, onlar başa düşülsün və qoyulan investisiyalarla müqayisə edilə 

bilinsin. Bu, ümumi investisiyalara nisbətdə ümumi faydaya (bütün nəticələrin cəmi) əsaslanır.  

Məsələn, təşkilatın öz fəaliyyəti üçün xərclənmiş hər £ 1 üçün £ 4 sosial dəyər nisbəti ola bilər. 

Nisbət  vacib  olsa  da,  İSG  bundan  vacibdir.  Yaxşı  İSG  həm  keyfiyyət,  həm  də  kəmiyyət 

nəticələri daxil olmaqla dəyişiklik hekayəsini təqdim edir, həmçinin öz nəticələrini maksimal 

həddə çatdırması üçün təşkilatı məlumatla təmin edir. 

 

Nisbəti həmişə ümumi analiz kontekstində başa düşmək lazımdır. Belə bir anlaşılan qorxu 



var ki, maliyyələşdirmə haqqında qərarların qəbul edilməsi üçün sponsorlar yalnız nisbətdən 

(əmsaldan) istifadə edə bilərlər. Lakin bu, maliyyə qərarlarını sadəcə bir rəqəm əsasında qəbul 

edən çox ağılsız bir sponsor olardı. Bundan başqa, sizin müxtəlif təşkilatların müqayisəsini 

nisbətdən  istifadə  etməklə  aparmağınız  da  tövsiyə  olunmur.  Onlar  hətta  eyni  sektor 

(məsələn, uşaq xidmətləri) üzrə çalışsalar da, müxtəlif ehtiyacları olan müxtəlif istifadəçilərlə 

işləyəcəklər və ola bilsin, nisbəti hesablamaq üçün müxtəlif mülahizələrdən çıxış edəcəklər. 

Hər hansı başqa yanaşmada olduğu kimi, İSG-yə də qərarların qəbul edilməsi daxildir, lakin 

şəffaflıq üçün bu qərarları yaxşı sənədləşdirmək lazımdır.



SROI – an 

Nə üçün İSG?

İSG xidmətləri bir sıra yollarla təkmilləşdirməkdə sizə kömək ola bilər. Bunlar aşağıdakılardır:

•  sizin işiniz hesabına yaradılmış sosial, ətraf mühit və iqtisadi dəyərləri başa düşmək;

•  yaratdığınız müsbət dəyişikliyi gücləndirmək və işiniz nəticəsində meydana çıxan 

istənilən mənfi nəticəni müəyyənləşdirib idarə etmək;

•  hansı təşkilatlar və insanlarla işləməli, nələri təkmilləşdirməli olduğunuzu yenidən 

nəzərdən keçirmək; 

•  öz maraqlı tərəflərinizlə çalışma üsulunu təkmilləşdirmək;

•  daha faydalı, daha keyfiyyətli məlumat toplamağın yolunu tapmaq.

Maneələrin araşdırılması

http://odi.dwp.gov.uk/docs/wor/new/ded-difference.pdf




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

83

Kommunikasiya



Əlçatımlılığın icmalı

Universal Dizayn prinsiplərinin informasiyaya tətbiq olunması onu bir çox insan üçün əlçatımlı 

edir. Universal Dizayn həm də o deməkdir ki, məlumat hər kəsin istifadə edə bilməsi üçün 

müxtəlif yollarla (xüsusi formatlardan istifadə etməklə) təqdim oluna bilər.  

Növbəti məlumat sizə sadə dildən və uyğun məzmundan yararlanmaqla öz kommunikasiyanızı 

necə  daha  əlçatımlı  edə  biləcəyinizdən  xəbər  verir.  Bu,  həmçinin  müəyyən  dizayn 

qaydalarından istifadə etməklə nəşrin necə əlçatımlı edilə biləcəyini təfsilatları ilə göstərir. 

Buna  baxmayaraq,  bəzi  insanların  nəşr  olunmuş  məlumata  əlçatımlılığı,  oxumaq  imkanı 

yoxdur. Bu sıraya ana dili ingilis dili olmayanlar və digərləri, məsələn, oxuma çətinliyi, görmə 

və ya eşitmə qabiliyyətini itirmiş şəxslər daxildir. Bu kütlələrə yetişmək üçün bir çox xüsusi 

formatlar var ki, onlar da ümumi şəkildə təsvir olunub.  

Məhdud  büdcə  ilə  hansı  formatlardan  istifadə  etməyi  qərarlaşdırmaq  böyük  gərginlik 

hesabına başa gəlir. 

Bu barədə qərar verməyin vaxtı kommunikasiya planlaşdırmasının edildiyi zamandır. Özünüzə 

aşağıdakı sualları verməyiniz sizə kömək olacaq. 

•  Hədəf auditoriya kimdir?

•  Bu, hansı növ məlumatdır və nə qədər əhəmiyyətlidir?

•  Məlumat qısamüddətlidir, yoxsa uzunmüddətli?



Sadə dil

•  Öz auditoriyanızı tanıyın.

•  Oxucuların tanış olduğu gündəlik danışıq dilindən istifadə edin. 

•  Qısa, aydın cümlələrlə yazın (15-20 söz).

•  Ən yaxşısı cümlədə bir fikrin olmasıdır.

•  Hər paraqrafda bir mövzu olmaqla paraqrafları qısa edin. 

•  Daha qısası yaradığı halda çoxhecalı sözlər işlətməkdən çəkinin.

•  Jarqon, akronim və texniki sözlərdən, təfsilatların, detalların təsvirindən çəkinin; əgər 

akronimdən istifadə etməlisinizsə, ilk dəfəsində onu tam formada yazın.   

 Feilin məchul yox, məlum növündən istifadə edin; məsələn, “Top Piter tərəfindən 

vuruldu” əvəzinə “Piter topu vurdu”.   

•  “Sİz” və “biz” əvəzliklərindən istifadə edin.

 Birbaşa göstərişlərdən, təlimatlardan istifadə edin: məsələn, “Xahiş edirəm bu məktuba 

cavab verin”. 

•  Xeyirxah, insanpərvər və nəzakətli olun.

•  Uyğun olanda bu kimi siyahıdan istifadə etmək normaldır.



Əlilliyi olan şəxslərlə və onlar haqqında necə danışmaq

Ehtiramlı dil-üslub sadəcə hörməti və adi nəzakəti göstərir. Bu baxımdan qadınlar və yaşlı 

insanlarla davrandığımız zaman olduğu kimi diqqətli, sayğılı olun.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə