BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə35/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

87

Brail

Məlumatı  daha  əıçatımlı  edən  elektron  avadanlığa  görə  Brail  indi  daha  az  istifadə  olunur. 

Yaşlı görmə qabiliyyətini itirmiş insanlar buna bel bağlaya bilərlər, başqaları da sənədə tez-

tez istinad edəndə və real zamanda (məsələn, görüş icmalı və ya gündəliyi, məsləhətləşmə 

sənədləri) bundan istifadə etmək istəyə bilərlər. Həm eşitmə, həm görmə qabiliyyətini itirmiş 

şəxslər  daxil  olmaqla  bəzi  insanlar  nəşri  Brail  kimi  çıxardan  kompüterlərdən  istifadə  edə 

bilərlər. 

Brail:

•  bəzi digər xüsusi formatlardan bahadır;



•  bəzi insanlar üçün birinci dərəcəli məlumat mənbəyidir;

•  bəzi başqaları (məsələn, həm eşitmə, həm də görmə qabiliyyətini itirmiş şəxslər) üçün 

yeganə yazılı məlumat mənbəyidir. 

Eşitmə qabiliyyətini tam və ya qismən itirmiş auditoriya üçün formatlar

Video titrləri 

Titr vasitəsilə bütün səs ünsürləri ekrandakı altyazıya tərcümə olunur ki, tamaşaçılar dialoqu 

və hərəkəti eyni zamanda izləyə bilsinlər.

Titr xidməti göstərən ixtisaslaşmış kommersial video istehsalı kompaniyaları var. Amma onların 

eşitmə əlilliyi olan izləyicilər üçün altyazı hazırlanması işini bilib-bilmədiklərini yoxlayın.

Titr növləri

•  Auditoriyanın mətni danışan şəxsin nitqi ilə əlaqələndirdiyinə əminlik hasil edin.

•  Digər mühüm məlumatın üstünü örtməmək şərtilə titrləri ekranın aşağısında ortada 

yerləşdirin. Mətnin ətrafında boş yer buraxın.

•  Mətn ekranın qırağına getməli deyil. 

•  Başdan-başa qara fonda sans-serif şriftli (Arial kimi) böyük ağ mətndən istifadə edin.

•  Ekranda bir və ya iki sətir mətn olmalıdır. 

•  Tez-tez dəyişən ekranda daha az sözün olması münasibdir. 

•  Ekranda insanların adlarını və vəzifələrini titrdən yuxarıda qısaca təqdim edin. 

•  Titrlər yenidən dialoq yaratmalı, deyilənləri şərh və tərcümə etməli deyil. 

•  Əgər çox adam danışırsa və ya müxtəlif insanların danışdıqları göstərilirsə, ya onların 

adını titrlərdə mötərizədə verin, ya da ayrı-ayrı natiqləri göstərmək üçün müxtəlif 

rənglərdən istifadə edin.

 

•  Altyazı əlavə etmənin ən yaxşı nümunəsi televiziyada verilən teletekstlərdir. 



•  Televiziyada istənilən reklam titrlə verilməlidir. TVNZ-də olan Altyazı Mərkəzi bunu edə bilər.

İşarə dili

(Britaniya) İşarə Dili eşitmə qabiliyyəti olmadan doğulan və ya danışıq dilini öyrənə bilmədən 

eşitmə qabiliyyətini itirən şəxslərin ilk (ana) dilidir. 

Nəşr bu icma üçün ən yaxşı vasitə deyil.

Ən yaxşı vasitələr aşağıdakılardır:



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

88

•  tərcüməçidən istifadə etmək; 



•  işarə dili DVD-ləri və ya vebsaytlarda videolar;

•  tekstinq, xüsusilə eşitmə qabiliyyəti olmayan olan gənc insanlar üçün. 



İşarə dili videolarını hazırlamaq

İşarə  dili  və  ingilis  dili  üzrə  yüksək  savadı  olan,  eşitmə  qabiliyyəti  olmayan  tamaşaçılara 

məlumatı necə ötürməyi bilən eşitmə qabiliyyəti olmayan auditoriya ilə işləyin. 

Siz  videoları  təşkilatınızda  hazırlaya  bilərsiniz,  çünki  vebsaytlarda  yerləşdirmək  yüksək 

bacarıq tələb etmir.

•  Bacara bildiyiniz ən yaxşı avadanlıqdan istifadə edin.

•  Ziddiyyətli fondan istifadə edin ki, işarə dili tərcüməçisinin əlləri və üz ifadələri aydın 

görünsün. Onu yaxşı işıqlandırın.

•  Pəncərə qabağında çəkiliş etməyin.

•  Kameranın silkələnməsinin qarşısını almaq üçün həmişə üçayaqlıdan istifadə edin.

•  Çəkiliş üçün sakit mühit olmalıdır.

•  Kameranı hərəkət etdirməyə və ya görüntünü böyütməyə ehtiyac yoxdur. 

•  Çərçivəyə salma həlledici əhəmiyyət daşıyır. Çərçivə işarə dili tərcüməçisinin əllərinin 

arasındakı məsafədən bir azca geniş olmalıdır. Ən yaxşı qayda qurşaqdan başa qədər 

və hər iki çiynin aşağı hissəsini çərçivəyə salmaqdır. Hər bir işarə dili tərcüməçisinin bir 

az fərqli işarə sahəsi var. İşarə dili videolarında iri plan olmur.

•  Sifəti çəkməkdən başlayın və sonra yuxarıda təsvir olunmuş şəkildə çərçivənizi qurun. 

Bu, işarə dili tərcüməçisinin fokusda olmasını təmin edəcək.

•  İşarə dili tərcüməçisi zolaqlı və ya naxışlı paltar geyinməməlidir. 

•  İşarə dilinin qrammatikası əsasən üz ifadələrindən yaranır, ona görə də tərcüməçinin 

üz cizgiləri yaxşı görünməlidir. Əgər vebsayta nəsə yerləşdirirsinizsə, video qutusunun 

kifayət qədər böyük olmağına çalışın və videonun tərcüməçinin üz ifadələrini görməyə 

imkan verəcək qədər keyfiyyətli olduğuna əminlik hasil edin.

İşarə dili tərcüməçiləri

Üz-üzə kommunikasiyadan istifadə edən işarə dili tərcüməçiləri bəzi vəziyyətlərdə məsələnin 

aktiv, operativ həllinə yol aça bilərlər (məsələn, əgər məlumatı bir yerdə görüşmək imkanı 

olan bir neçə eşitmə əlilliyi olan insana çatdırmaq istəyirsinizsə). 

İşarə dili agentliklərini internet axtarışı vasitəsilə tapmaq olar.

İnklüziv kommunikasiyalardan kim faydalanır?

Britaniyada təxminən 10 milyondan çox əlilliyi olan şəxs var. Hökumətin məlumatın yayılması 

üzrə mütəxəssisləri onların ismarıcının hər kəsə çatdığına əmin olmalıdırlar. Bunun öhdəsindən 

bütün məlumat vasitələrinin inklüziv və əlçatan olmağını təmin etmək olar.

Əlillik Məsələləri üzrə İdarə hökumətin məlumatın yayılması üzrə mütəxəssislərinə bu 

köməkləri göstərə bilər:

•  əlilliyi olan şəxsləri layihənin başlanğıcından cəlb etmək 

•  əlilliyi olan şəxsləri müsbət şəkildə təqdim etmək

•  əıçatımlılıqı məlumat vasitəsi yaratmaq 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə