BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə43/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

107


Bölmə 4

Media və İnklüziv qərar qəbulu


© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

108


Xülasə

Azərbaycanda  ilk  baxışda  media  bolluğu  var:  qəzetdən  tutmuş  TV-yə  qədər,  üstəlik,  yeni 

media vasitələri də informasiya zənginliyi yaradır. Amma bu media bolluğunda əlilliyi olan 

şəxsləri media menecerliyində görmək çox çətindir. 

Üstəlik, eşitmə-görmə problemləri olan şəxslərin informasiya əldə etmək çətinliyi var. Gözdən 

əlilliyi olan şəxslərin qəzetlərə əli çatmır, çünki onlarda  Brayl əlifbası ilə çap olunan səhifələr 

və ya Brayl əlifbası ilə çap edilən qəzet yoxdur.  

Yalnız dövlət televiziyası və İctimai TV-də xəbərlər və bəzi verilişlər eşitmə-danışma əlilliyi 

olan şəxslər üçün tərcümə edilir, özəl TV-lərdən bunu yalnız bir-ikisində görmək olar, yəni bu 

sahədə sistemli yanaşma müşahidə olunmur. 

Veb-saytlar  da  bəzi  əlilliyi  kateqoriyası  olan  şəxslər  üçün  izlənmək  baxımından  əlçatımlı 

görünmür. Amma əlilliyi olan insanlarin problemlərini, həyat tərzlərini onlardan yaxşı bilənlər 

olmaz. Buna görə də media əlilliyi olan şəxsləri  özləri haqqında və ümumilikdə cəmiyyət 

haqqında nə düşündüklərini yazmağa, çatdırmağa sövq etməlidir. 

Media üçün bu tədris vəsaitində siz əlilliyi olan şəxslərə tibbi və və sosial yanaşmalar arasındakı 

fərqləri öyrəndiniz. Bir daha təkrarlayaq ki, tibbi yanaşma əlilliyə xəstə kimi yanaşmaq, yəni 

onu daim kömək və qayğıya ehtiyac duyan biri kimi görməkdir. Sosial yanaşma isə əlilliyi, 

sadəcə, insan müxtəlifliyinin bir forması kimi qəbul edir. Yəni əlillik xəstəlik deyil, sadəcə, 

hər hansı bir xəstəliyin izi, nəticəsidir. Sosial yanaşma əlilliyi olan şəxslərə bərabərhüquqlu 

davranış tələb edir.

Cəmiyyətdə  əlilliyi  olan  şəxslərə  sosial  yanaşmanın  təbliği,  bu  barədə  maarifləndirmənin 

yükü isə medianın çiyninə düşür. 

Bu tədris vəsaiti bu ağır yükü qaldırmaqda media təmsilçilərinə dayaq ola biləcək. 



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

109


Medianın rolu barədə

Media inklüziv qərarvermədə mühümdür, çünki o, əlilliyi olan şəxslərə müsbət münasibəti 

və əlilliyə sosial model yanaşmasını təşviq edə bilər. Media adətən hökumətə böyük təsir 

göstərir, odur ki, onu daha demokratik olmağa və inklüziv qərar qəbulundan faydalanmağa 

həvəsləndirə bilər.  

Bu  məsələ  media  üçün  mühümdür,  çünki  əlilliyi  olan  şəxslər  də  medianın  məzmununun 

istifadəçiləridir.  Məzmunun  əlilliyi  olan  şəxslər  üçün  əlçatımlı  və  inklüziv  olmasının  təmin 

edilməsi  yalnız  əxlaq  qaydası  deyil,  çox  zaman  hüquqi  tələbdir,  bu,  həm  də  yaxşı  biznes 

mənasını verir.

Biz  siyasətin  formalaşdırılması  ardıcıllığını  nəzərdən  keçirdikdə  medianın  həlledici  töhfəsi 

barədə düşünməliyik. Ardıcıllıqdakı fəaliyyətlərin çoxunun effektivliyi medianın qəbul etdiyi 

yanaşma ilə artırılıb-azaldıla bilər. İctimai rəyin yaradılmasında aparıcı olanlar - istər siyasət 

formalaşdıranlar,  istərsə  vətəndaş  cəmiyyəti  nümayəndələri,  istərsə  də  media  şərhçiləri 

rəyləri, fikirləri dəyişə və hökumətin qərarlarına təsir edə bilərlər.

Əlilliyi  olan  şəxslər  istənilən  cəmiyyətin  bir  parçasıdırlar,  digər  vətəndaşlarla  bərabər 

hüquqlara malikdirlər. Ancaq ötən tarixdən miras qalmış çoxlu maneələr onların təmsilçiliyinin 

- səs və seçim imkanlarının qarşısını ala bilər. 

Televiziya, radio, qəzetlər, jurnallar, internet, sosial media, eləcə də medianın digər formaları 

ictimai rəyə təsir göstərməkdə mühüm rol oynayır. 

Sözlərin,  imiclərin  və  ismarıcların  seçimi  fikirləri,  münasibət  və  davranışları  müəyyən  edə 

bilər.  Bu, həmçinin fərdlər və onların ətraf dünyaları üçün nəyin əhəmiyyətli olub-olmamasını 

da müəyyənləşdirə bilər. 

Əlilliyi  olan  şəxslərin  necə  təsvir  edilməsi,  mediada  hansı  tezliklə  görünməsi  də  onların 

cəmiyyətdə  necə  qavranmasına  böyük  təsir  göstərir.  Əlilliyi  olan  şəxslər  üçün  nəzərdə 

tutulmuş  media  proqramları,  məsələn,  sənədli  televiziya  filmləri  olduğu  halda  onlar  hələ 

də əsas proqramlarda az-az görünürlər. Görünəndə də çox zaman stiqma və ya stereotip 

yanaşma sərgilənir, yaxud da onlar mərhəmət obyekti və ya dözümlü super-qəhrəmanlar 

kimi təqdim olunurlar. Digər media növləri ilə yanaşı onları müntəzəm qaydada televiziya 

və radio proqramlarına daxil etmək ədalətli və balanslı təmsilçiliyə kömək göstərə bilər və 

əlilliyi olan şəxslər barədə mənfi fikirlər, anlamlar yaradan ümumi stereotiplərə qarşı çıxmağa 

yardım edər.

Əlilliyi olan şəxslərin mediada ləyaqət və hörmətlə təsvir edilməsi daha inklüziv və tolerant 

cəmiyyətin təşviqinə yardım göstərər. Bu, nə üçün mühümdür? Birincisi, əlilliyi olan şəxslər 

bir çox ölkə əhalisinin 20%-ni təşkil edir. 

Qrup olaraq onlar çox zaman səhiyyə, təhsil, təlim və iş imkanları kimi əsas xidmətlərdən ya 

kənarlaşdırılır, ya da ayrı-seçkiliyə məruz qalırlar. Bu, əlilliyi olan şəxslərin çoxunu və onların 

ailələrini dünyada ən kasıb və ən çox kənarlaşdırılanlar sırasına daxil edir.

İkincisi, bir çox ölkədə əlilliyi olan şəxslərin onlara birbaşa təsir edən siyasətlər, qanunlar, 

proqram  və  xidmətlərdə  olan  təkmilləşmələr  barədə  məlumata  müəssər  olmur.  Bu  bilgi 

boşluğu onların ümumi sosial, iqtisadi və siyasi həyatdan kənarlaşmasını daimi edir. Əlilliyi 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə