BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə39/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

97

İSG-lər nəticəsində Fab Pad proqram üçün əlavə maliyyə vəsaiti əldə edib, əsas tərəfdaşları 



və  sponsorları  ilə  daha  yüksək  profil  hazırlayıb  və  İSG-ni  strateji  idarəetmə  aləti  kimi  öz 

fəaliyyətinin digər sahələrinə də tətbiq etməyə başlayıb. 



Vasitə: Yerli xidmətlərə necə təsir etməli

 

Bu bölmədə biz yerli xidmətlərə təsir üçün Konvensiyadan necə istifadə etmək lazım olduğunu 

nümayiş etdirəcəyik. Konvensiya yerli qurumlar üzərində qanuni baxımdan məcburi qüvvəyə 

malik olmasa belə bu qurumların Bərabərlik Vəzifəsi də daxil olmaqla İnsan Hüquqları Aktı və 

Əlilliyi olan Şəxslər əleyhinə Ayrı-seçkilik Aktına uyğun hərəkət etmək vəzifəsi var.

 

Bu məsələni izah etmək üçün Konvensiyadan yararlanmaq olar. İnsan Hüquqları Aktı əlilliyi 



olan şəxslər tərəfindən həm məhkəmə işləri vasitəsilə, həm də məhkəmə zalından kənarda 

ədalətsizliyə  etiraz  üçün  istifadə  olunub.  Nümunələr  üçün  aşağıdakı  internet  səhifəsinə 

baxın: www.ourhumanrightsstories.org.uk

Konvensiya  İnsan  Hüquqları  üzrə  Aktda  fərdi  müdafiə  üçün  ekvivalent  hüquq,  məsələn, 

sağlamlıq hüququ olmadıqda çox güclü vasitə ola bilər, çünki bu sənəd dövlət qurumlarının 

insanlarla necə rəftar etməli olduğu ilə bağlı aydın standartlar ortaya qoyur.

Nəhayət, Konvensiya əlilliyi olan şəxslərin insan hüquqlarına hörmət etmək, onu müdafiə və 

təbliğ etmək üçün beynəlxalq səviyyədə razılaşdırılıb qəbul olunmuş standartlar toplusudur. 

Bu səbəbdən yerli hakimiyyət qurumları Konvensiyaya böyük diqqət verməlidir.

Konvensiyadan aşağıdakı kimi istifadə etmək olar:

•  Əgər yerli xidmətlərdən (məsələn, kifayət qədər parkinq yerinin olmaması, işçilərin 

davranışı, psixi sağlamlıq vəziyyətinə görə müalicə üçün uzun-uzadı gözləmək) 

narazısınıza, siz müsbət dəyişikliklərin təbliği üçün Konvensiyadan istifadə edə bilərsiniz. 

Bunun üçün Konvensiyanın hansı maddələrinin münasib olduğunu müəyyənləşdirin. 

Yerli xidmətlərin Konvensiyada nəzərdə tutulan standartlara nə qədər uyğun 

gəlmədiyini və problemin həlli üçün dövlət qurumlarının hansı əməli dəyişikliklər etməli 

olduğunu göstərin.

•  Yerli bələdiyyə qurumunda və ya səhiyyə idarəsində bərabər hüquqlara məsul 

əməkdaşdan, ya seçilmiş üzvdən gəlib sizin əlilliyi olan insanlar üzrə yerli qrupunuzda 

İnsan Hüquqları Aktını həyata keçirmək üçün nə etdikləri, Konvensiyadan necə istifadə 

etdikləri haqqında danışmağı xahiş edin. Siz özünüz ona Konvensiya barəsində birinci 

məlumat verməli ola bilərsiniz.

•  Sizin dairədən seçilmiş parlament üzvünə və ya Şotlandiya parlamenti üzvünə, yaxud da 

Uels parlamenti üzvünə yazın, onlarla söhbət edin - onlar sizi təmsil etmək üçün oradadırlar.

•  Unutmayın ki, Konvensiyaya görə, ölkələrin əlilliyi olan şəxslərə əsas köməyi azaltması 

məqbul sayılmır. Əgər siz yerli xidmətlərin azalma ehtimalı ilə üzləşmisinizsə, bu 

məsələni güclü şəkildə vurğulamaqdan qorxmayın. Xidmətdə olan ixtisarlara etiraz 

üçün Konvensiyadan İnsan Hüquqları Aktı və Bərabərlik Vəzifəsi ilə birlikdə necə 

istifadə etmək lazım olduğuna dair 4-cü hissədə sadalanan təşkilatların birindən 

məsləhət alın. 




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

98

•  Siz Konvensiyanı qəbul etməyi bələdiyyə idarəsindən xahiş edə bilərsiniz, prezident 



administrasiyasına yaza bilərsiniz.

Vasitə: Milli siyasətə və ya Böyük Britaniya siyasətinə təsir göstərilməsi 

İstər müstəqil şəxs, istərsə də əlilliyi olan şəxslərin kiçik və ya böyük təşkilatı Konvensiyadan 

istifadə etməklə milli siyasətə və ya Böyük Britaniya siyasətinə təsir göstərə bilər. Başqalarına, 

yaxud başqa təşkilata qoşulmaq da olar, çünki bu zaman eşidilmə ehtimalı da artıq olur. 

•  Əgər siz hökumət məsləhətləşməsinə cavab verirsinizsə, öz fikirlərinizi dəstəkləmək 

üçün Konvensiyanın müvafiq hissələrindən istifadə edin.

•  Əgər siz əlilliyi olan şəxslər üçün daha yaxşı saziş bağlanması məqsədilə qanunda 

dəyişiklik edilməsi üzrə kampaniya aparırsınızsa, Konvensiyada bu məsələlərlə bağlı nə 

nəzərdə tutulduğunu yoxlayın. Parlament üzvləri ilə birgə brifinqlərinizdə Konvensiyada 

deyilənlər haqqında danışın və bundan dəyişikliklə bağlı öz arqumentinizi gücləndirmək 

üçün istifadə edin. 

•  İctimai Qanun layihəsi Komitəsinə və ya Xüsusi Komitə Sorğusuna təqdimat üçün 

təklif yazarkən qanun layihəsinin əlilliyi olan şəxslərin Konvensiya hüquqları üçün 

əhəmiyyətinə diqqəti cəlb edin. Orada Şotlandiya parlamenti komitələri də var ki, onlar 

da Komitə sorğularının (araşdırmasının) bir hissəsi kimi qanun layihəsini araşdırmaq 

üçün sübutlar tələb edirlər.

•  Şotlandiya İnsan Hüquqları Komissiyası parlamentə məsləhətlər, eləcə də, qanunverici 

məclisdə həll edilməsi vacib olan məsələlər barəsində qısa məlumat verir.  



Nümunə: Konvensiya parlamentdə

 

Surbitondan olan müstəqil Lord Baronessa Kempbel yeni təklif olunan pulsuz şəxsi qayğı 

hüququnu “səyyar” etmək üçün apardığı uğurlu kampaniyada Konvensiyadan istifadə etdi. 

Yeni siyasət həyata keçirilərsə, pulsuz şəxsi qayğıdan bəhrələnmə hüququ olan şəxslər heç 

bir maliyyə və xidmət kəsintisi olmadan bir yerli qurumdan digərinə hərəkət edə biləcəklər. 

O,  dəlillərlə  sübuta  yetirməyə  çalışırdı  ki,  hökumət  bunu  əlilliyi  olan  şəxslərə  Konvensiya 

əsasında verilmiş hüquqlara, xüsusilə onların başqaları ilə bərabər əsasda yaşadıqları yeri 

seçmək, işləmək və öz icmalarında iştirak etmək hüququna, istismardan, zorakılıqdan və pis 

rəftardan azad olmaq hüququna hörmət naminə etməlidir. Baronessa Kempbel sübut etmək 

istəyirdi ki, insanlar dəstəyin davamlılığına, fasiləsizliyinə əmin olmasalar, bütün bu hüquqlar 

risk altında qala bilər.

Örnəklərin öyrənilməsi: Böyük Britaniya – 

qərar qəbulunda iştirak və Britaniya qanunu 

•  Əlilliyi olan şəxslərin Bərabərliyi Vəzifəsinə (2006-2011-ci illər) onların ictimai həyatda 

iştirakını təbliğ etmək və  əlilliyi olan şəxsləri onların bərabərliyinə dair proqramların 

hazırlanmasına cəlb etmək kimi vəzifələr daxildir.    

•  Bu, 2011-ci ildən dövlət sektorunun bərabərliyi vəzifəsi ilə əvəz olunub ki, buraya 

da  “müdafiə olunan xarakterik xüsusiyyətləri bölüşən şəxslərin [bu halda əlilliyi olan 

şəxslərin] ictimai həyatda və ya belə şəxslər tərəfindən iştirakın qeyri-proporsional 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə