BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə47/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

117


şəxslərlə  əlaqədar  qanunvericilik  barədə  cəmiyyətin  məlumatlandırılmasında  televiziya 

kanallarının imkanlarından istifadə etmək . 

 “Gerçəkliklər” adı altında ayda bir dəfə efirə çıxan bu verilişlərdə aidiyyəti  dövlət qurumlarının, 

millət vəkillərinin, QHT-lərin, xüsusən əlil ictimai birliklərinin nümayəndələri, əlilliyi olan ayrı-

ayrı şəxslər iştirak edirlər. 

Verilişlərdə  əlilliyi  olan  şəxslərin  sosial  müdafiəsinin  gücləndirilməsi  istiqamətində 

aparılan  dövlət  siyasəti,  əlilliyi  olan  şəxslərlə  bağlı  qanunvericilik  bazası,  onların  tibbi-

sosial  reabilitasiyası,  əmək  bazarına  çıxışının  asanlaşdırılması  və  məşğulluğunun  təminatı  

sahəsində  görülən  işlər  və  qarşıda  duran  vəzifələr,  əlilliyi  olan  şəxslərə  cəmiyyətin  digər 

üzvləri ilə bərabər imkanların yaradılması və digər mövzular işıqlandırılır. 



Gürcüstan: pis təcrübə – əlilliyi olan şəxs xeyriyyə 

obyekti kimi təsvir edilir

2013-cü ilin iyulunda Palitra TV öz vebsaytında “Serebral iflici olan qız və hamamda yaşayan 

beş nəfərlik ailə” adlı film yerləşdirdi. Filmə aid mətndə pul keçirmək istəyənlər üçün bank 

hesabının nömrəsi verilmişdi. 

 

 

 



Gürcüstan: pis t

əcrübə – əlilliyi olan şəxs xeyriyyə obyekti kimi təsvir 

edilir 

2013-cü ilin iyulunda Palitra TV öz vebsaytında “Beyin iflici olan qız v

ə hamamda yaşayan 

beş n


əfərlik ailə” adlı film yerləşdirdi. Filmə aid mətndə pul keçirmək istəyənlər üçün bank 

hesabının nömr

əsi verilmişdi.  

 

M



ətn sosial cəhətdən imkansız ailə barədədir, filmin qəhrəmanı beyin iflicinə mübtəla 

olmuş 15 yaşlı kor qızdır. Geniş planda onun m

əhdudiyyətləri göstərilir: qız çətinliklə yeyir 

v

ə paltarlarını geyməyə çalışır. Anası qızın keçirdiyi 10 əməliyyatdan danışanda geniş 



planda onun 

əməliyyat olunmuş yerləri, çapıqları göstərilir – uşaq hüquqlarının pozulması. 

 

Ana uşağın sağlamlıq probleml



əri barədə jurnalistə elə qızın yanındaca danışır. Deyir: “O 

da insandır. O, çox 

əziyyət çəkir.” Sonra biz ananın xəstə övladına rəğbət oyatmaq üçün 

dediyini eşidirik: “O, h

ər gün soruşur ki, indi gecədir, yoxsa gündüz”. Bu münvalla uşağın 

korluğu onun öz yanında vurğulanır. Hekay

ənin sonunda öyrənirik ki, ana hər gün onu 

küç


əyə dilənməyə aparır. 

 

Arxa fonda q



əmli musiqidən istifadə edilib ki, bu da filmi daha dramatik və seyrçi üçün 

daha t


əsirli edir. Uşağın şəxsiyyətinin bildirilməsi, geniş plandan istifadə, video-effektlər və 

sentimental musiqi biz

ə deyir ki, material seyrçilərin emosiyalarına təsir göstərməyə 

yön


əlib. Film boyu müəllif əlilliyi olan uşağın qayğısına qalmaq məsuliyyəti olan hökumətin 

 



© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

118


Mətn sosial cəhətdən imkansız ailə barədədir, filmin qəhrəmanı serebral iflici ilə yaşayan 15 

yaşlı görmə əlilliyi olan qızdır. Geniş planda onun məhdudiyyətləri göstərilir: qız çətinliklə 

yeyir və paltarlarını geyməyə çalışır. Anası qızın keçirdiyi 10 əməliyyatdan danışanda geniş 

planda onun əməliyyat olunmuş yerləri, çapıqları göstərilir – uşaq hüquqlarının pozulması.

Ana uşağın sağlamlıq problemləri barədə jurnalistə elə qızın yanındaca danışır. Deyir: “O da insandır. 

O, çox əziyyət çəkir.” Sonra biz ananın xəstə övladına rəğbət oyatmaq üçün dediyini eşidirik: “O, 

hər gün soruşur ki, indi gecədir, yoxsa gündüz”. Bu münvalla uşağın görmə əlilliyi onun öz yanında 

vurğulanır. Hekayənin sonunda öyrənirik ki, ana hər gün onu küçəyə dilənməyə aparır.

Arxa  fonda  qəmli  musiqidən  istifadə  edilib  ki,  bu  da  filmi  daha  dramatik  və  seyrçi  üçün 

daha  təsirli  edir.  Uşağın  şəxsiyyətinin  bildirilməsi,  geniş  plandan  istifadə,  video-effektlər 

və  sentimental  musiqi  bizə  deyir  ki,  material  seyrçilərin  emosiyalarına  təsir  göstərməyə 

yönəlib. Film boyu müəllif əlilliyi olan uşağın qayğısına qalmaq məsuliyyəti olan hökumətin 

və səlahiyyətli qurumların bu uşaq üçün nə etdiyini öyrənməyə cəhd göstərmir. Yanaşma 

tamamilə tibbi model üzərində qurulub və əlilliyi təsvir tərzinə görə sosial model deyil.

Redaksiya  heyəti  əhvalatın  bu  tərzdə  təqdim  olunmasının  səbəbini  belə  izah  etdi:  film 

televiziyada  göstərildikdən  sonra  ictimaiyyət  ailəyə  pul  yardımı  göstərdi.  Gürcüstanda  və 

bir çox başqa ölkədə fərdi hekayətlərin bu tərzdə göstərilməsi hesabına xeyriyyə məqsədli 

pul yığılmasını təşviq etmək media standartlarının pozulması sayılmır. Bununla belə, bu iş 

ehtiyatla görülməlidir.

Media insan talelərini, onların şərait və çətinliklərini görməzliyə vurmamalıdır. Ancaq hətta 

vurğu  kiminsə  məhdudiyyətləri  üzərindədirsə,  media  qanun,  siyasət  və  xidmətlər  daxil 

olmaqla şəxsin həyatına təsir edən daha geniş konteksti nəzərdə tutmalıdır. 



Gürcüstan: pis təcrübə - keçmiş futbolçu

TV 3-də göstərilən 15 yaşlı əlilliyi olan gənc haqqındakı əhvalat ailə faciəsi kimi təqdim edilir. 

Jurnalist izah edir ki, 15 yaşlı Nik ‘Barselona’ istedad müsabiqəsinin qalibi olub: “Bu günsə o, 

yataq xəstəsidir, ailənin ona dərman almaq üçün gündəlik 20 lariyə ehtiyacı var.”

Jurnalistin dediyinə görə, Nikin reabilitasiyasına 17 000 lari lazımdır. Jurnalist belə fakt və 

rəqəmlərdən  elə  tərzdə  istifadə  edir  ki,  oğlanın  faciəli  situasiyada  olduğunu  vurğulasın. 

Məsələn, filmdə göstərilir ki, Nik televizorda futbola baxır. Bu zaman jurnalist deyir: 

“15 yaşlı oğlan indi futbola ancaq televizorda baxa bilir. Bu gün o nə məşq, nə də müstəqil 

hərəkət edə bilər. Qəza onun gələcəyini tamamilə dəyişib.”

Nikin problemlərindən danışılarkən filmdə bizə onun başındakı zədə yerləri göstərilir. Bunun 

ardınca eyni vaxtda onun dedikləri verilir. Nik güclə danışır, sözlərini başa düşmək çətindir. 

Film yetkinlik yaşına çatmamış bu oğlanı son dərəcə bədbəxt təqdim edir. Bütün əhvalat 

faciə  üzərində  qurulub.  Müəllif  keçmişdəki  və  indiki  Niki  göstərir  –  dostları,  valideynləri 

və  məşqçisi  tərəfindən  xatırlanan  köməksiz  oğlan;  məşqçi  Nik  haqqında  keçmiş  zamanda 

danışır, onu gözləyən parlaq gələcəyin itirilməsinə təəssüf edir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə