BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə45/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

112


Miflər və faktlar

İştirakın təşviqi üçün mediaya məsləhətlər

Əlilliyi  olan  şəxslər  haqqında  yazı,  material  hazırlayan  jurnalistin  əlillik  barədə  kifayət  qədər 

biliyi və məlumatı olmalıdır. Təlim bunda əsasdır. Onlarda həmçinin özündə müvafiq qanunları, 

davranış kodekslərini və ən yaxşı təcrübələri əks etdirən media üçün soraq kitabı olmalıdır. 

Media təşkilatları əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarına, nəqliyyat və infrastrukturun 

yaradılmasına, onların səhiyyə və təhsildə, yaşadıqları mühitdə, asudə vaxt və siyasi həyatda 

təmsil olunma ilə bağlı üzləşdiyi problemlərə diqqət verməlidir. Əlilliyi olan uşaqların öz yaşıdları 

ilə birgə böyüməsi və təhsil alması çox ölkələrdə həlli vacib bir məsələ kimi qarşıda durur.



Media iştirakı necə təşviq edə bilər?

Medianın əlilliyin təsvirini necə verməsi cəmiyyətdə əlilliyi olan şəxslərin üzləşdiyi 

çətinliklər barədə maarifləndirmə aparmağa, stereotipləri, zərərli yanaşma və davranışları 

azaltmağa, əlilliyi olan şəxslərin töhfələri və potensialları barədə bilgiləri artırmağa kömək 

edə bilər.

 

Məsələ burasındadır ki, əlillik nə zaman (pik və ya qeyri-pik vaxtlarda), necə və nə 



müddətdən bir təqdim olunur; istifadə edilən dil, leksikon müsbət anlamlar yarada bilərmi; 

bu üsullar əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmət aşılaya, inklüziv cəmiyyəti 

təşviq edə bilərmi.

 

Media təşkilatlarının əlillik barədə dəqiq reportajlar vermək, əlilliyi olan şəxslərin müsbət 



portretini çəkmək üçün aşağıdakılar qarışıq çox yolları var:

  

•  Əlilliyi olan şəxslərin üzləşdiyi çətinliklər barədə maarifləndirmə aparmaq.



•  Tabu mövzu olması ideyasına qarşı çıxmaq üçün əlillik barədə müzakirəni ictimai 

arenaya gətirmək.

•  Əlilliklə bağlı olan bir sıra məsələlər üzrə ekspert şərhçilərdən istifadə etmək də daxil 

Mif

Faktlar

Əlilliyi olan şəxslər müftəxor və 

cəmiyyətin üzərində yükdürlər.

Bəzi ölkələr sosial müavinətlərin ödənməsndə saxtakarlığa yol 

verilməsindən çox narahatlıq keçirir. Bəzən media və siyasətçilər 

belə bir fikri təşviq edirlər ki, əlilliyə görə müavinət alan insanlar çox 

zaman saxtakarlıq edirlər. Əslində, dəlillər bunun əksini göstərir - 

əlilliklə bağlı müavinətlərdə saxtakarlığın səviyyəsi çox aşağıdır və 

onlar tərəfindən iddiaların, tələblərin aşağı olması daha böyük prob-

lemdir. Əlbəttə, həyatın çox sahələrində olduğu kimi bəzən burada 

da saxtakarlığa yol veriləcək. Ancaq saxtakarlıq etmiş əlilliyi olan 

şəxsin portreti geniş yayılmış bir problemin təmsilçisi kimi təqdim 

olunmamalı, eləcə də, əlilliyi olan şəxsləri saxtakar kimi stereoti-

pləşdirməyə bəhanə verməməlidir. Əslində, əlilliyi olan şəxslərin çoxu 

öz ailəsinə çalışmaqla və başqa yollarla mühüm töhfələr verir. Bir 

çoxu işləyir, əgər onların iştirakına daha az maneə törədilsəydi, daha 

çox əlillyi olan şəxs işləyər, yaxud da başqa formada cəmiyyətə töhfə 

verə bilərdi.   




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

113


olmaqla, əlilliyi olan şəxsləri ekspertiza, xidmət və ailələrinə dəstək təminatçıları kimi 

nümunələrdə göstərmək.

•  Əlilliyi olan şəxslərin işdə, məktəbdə, siyasətdə və s.-də təmsil olunmaqdan 

kənarlaşdırılması məsələlərini araşdırmaqla onların həllinə daha yaxşı resursları cəlb etmək.

•  Əlilliyi olan şəxslərin tam iştirakını dəstəkləyən siyasət, istehsal, xidmət və mühitin 

təşviqi.


•  Dəstək xidmətlərinin əlaqə məlumatlarını yaymaq.

•  Əlilliyi olan şəxslərin onlara lazım olan məlumatı almasını təmin etmək üçün məqalənin 

və ya proqramın sonunda müvafiq yerli və milli dəstək mənbələrini göstərmək.

•  Əlilliyi olan şəxslərin bütün dünyada hər bir icmada olması, onların əhalinin digər 

hissələri ilə eyni emosiyalara, maraq, istedad, bacarıq və davranışa malik olması, 

onların eyni yaşda və situasiyada olan digər insanlarla eyni şəxsiyyət kompleksinə və 

təcrübəyə yiyələnməsi kimi fikirlərin təşviqi.

Əlilliyə dair hekayə ideyaları

•  Əlilliyi olan şəxslər üçün dövlət və özəl sektorda məşğulluq vəziyyəti necədir?

•  Əlilliyi olan işçilərin çətin iqtisadi vaxtlarda işlərini itirmə riski varmı?

•  Əlilliyi olan şəxslərin iş tapmasını və işdə qalmasını dəstəkləmək üçün məşğulluq 

proqramları nə dərəcədə effektlidir?

•  Daha müəsər mühit yaratmaq üçün hansı səylər göstərilir?

•  Ölkənizdə əlilliyi olan şəxslər üçün proqram və xidmətlərin maliyyələşdirilməsi 

sahəsində vəziyyət başqa ölkələrlə müqayisədə necədir?

•  Milli inkişafla bağlı siyasi proqramlarda əlilliyi olan şəxslərin daha perspektivli əhatə 

edilməsi üçün ölkənizdə hansı tədbirlər görülüb?

•  Əlilliyi olan şəxslər ictimaiyyət arasında sıxışdırmaya məruz qalırmı? Bu, məsələn, 

qavrama və ya ruhi sağlamlıq kimi məhdudiyyətləri olan müəyyən qruplara 

digərlərindən daha çoxmu təsir edir?

•  Parlamentə seçilməyi və ya digər hökumət işində olmağı planlaşdıran hər hansı əlilliyi 

olan şəxs varmı? 

Məlumat (reportaj) vermə üzrə məsləhətlər

•  İnsanı bir xüsusiyyətlə məhdudlaşdıran və bütövlükdə şəxsiyyətə kölgə salan sözlərdən 

(etiketlərdən) çəkinin. “Əlil” və ya “ruhi xəstə” kimi yarlıqlar insanlar və ya insanlar 

qrupu haqqında mənfi imic yaradır.  

•  Əlilliyi olan şəxslərə özləri adından danışmağa imkan verin. Təcrübə göstərir ki, 

əlilliyi olan şəxs müəyyən situasiya barədə inam və arxayınlıqla danışanda qeyri-əlil 

auditoriyanın əlilliyi olan şəxslərin bilgili və bacarıqlı olmasına inanma ehtimalı daha da 

artır.


•  Əlilliyi olan şəxslərin üzləşdiyi problemlərin ictimaiyyət tərəfindən anlaşılmasına çağırın.

•  Əlillik barədə ümumi mifləri aşkarlayın – onları passiv şəkildə möhkəmləndirməkdənsə, 

aktiv şəkildə onlara qarşı çıxın.

•  Praktik məlumatlar verin. Məsələn, praktik məsləhət “mən eşitmə qabiliyyəti olmayan 

şəxslə necə danışım?” qədər sadə ola bilər (Cavab: Mən normal və aydın şəkildə danışa 

bilərəm ki, onlar mənim fikrimi dodaqlarımdan oxuya bilsinlər. Mən onların işarələrindən 

istifadə etməklə fikrimi anlada bilərəm).

•  Əlilliyi olan şəxslərin təşkilatları və həmin şəxslərin özləri ilə müntəzəm ünsiyyət 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə