BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə48/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

119


Media  ekspertlərinin  fikrincə,  media  əlilliyi  olan  şəxslər  üçün  platforma  yaratmalı,  onları 

görüntüyə  gətirməli  və  onlara  danışmağa  imkan  verməlidir  –  ancaq  onların  ləyaqətini 

müdafiə etmək şərtilə.

Belə işıqlandırma əlilliyi olan şəxsin görünən cəhətlərinə (travma, yara, nəzarət olunmayan 

hərəkətlər,  nitq  məhdudiyyəti,  yemək  və  hərəkət  çətinlikləri  və  s.)  lazımsız  vurğular 

etməməlidir.

Vizual işıqlandırma əlilliyi olan şəxs üçün alçaldıcı olmamalıdır, xüsusilə də, əgər o, yetkinlik 

yaşına çatmayıbsa.



Gürcüstan: yaxşı təcrübə – əlilliyi olan şəxslər 

Tbilisi dənizi üzərindən uçurlar

Əlilliyi  olan  şəxslər  haqqında  və  belə  şəxslər  üçün  onların  təşkilatları  ilə  birgə  hazırlanan 

media  məhsulları  daha  etik  və  professional  olur.  Bu  zaman  uyğun  dildən,  leksikondan  və 

imiclərən istifadə edilir. 

2013-cü ilin mayında “İmedi” telekompaniyası əlilliyi olan şəxslərin Tbilisi dənizi üzərindən paraplan 

ilə  uçmasını  işıqlandırmışdı.  Bu,  müsbət  nümunədir,  çünki  jurnalist  əlilliyi  olan  şəxslər  üçün 

imkanları, həm də əlil arabası istifadəçilərinin şəhərdə hərəkət edərkən rastlaşdıqları maneələri 

qabartmışdı. Müsahibə götürülən əlilliyi olan şəxslər onların şəhərdə gəzməsinə çətinlik törədən, 

onların iştirakının qarşısını alan uyğunlaşdırılmamış bina və küçələrdən danışırdılar.

Bu,  əlilliklə  bağlı  təşkilatların  nümayəndələri  tərəfindən  müzakirə  edilən  əsas  məsələdir. 

Əlilliyi olan insanların şikayətlərinə dövlət orqanlarının cavabı da materialda yer almışdı.

Bu material bir tərəfdən paraplanla uçan əlilliyi olan şəxslər haqqındadır, digər tərəfdən də 

əlilliyi  olan  insanlar  bizə  üzləşdikləri  problemlərdən  danışırlar.  Nəticə  müsbətdir,  material 

tamaşaçıya xatırladır ki, əlilliyi olan insanların potensialı məhdudlaşdırılmamalıdır. 



Gürcüstan: yaxşı təcrübə - maneə olmayanda 

məhdudiyyət də olmur

"Rustavi 2" telekanalında verilmiş bir əhvalatın bir hissəsi əlil arabası istifadəçilərinin müstəqil 

hərəkət etdiyini və sosial mühitdə öz yerini tamamilə təbii olaraq dərk etdiyini göstərir. Eyni 

yanaşma xüsusi təhsil tələbi ilə çıxış edən əlilliyi olan şagird barədə "Rustavi-2"-nin digər bir 

materialına da aiddir, burada bizə məktəbdə təhsil prosesi zamanı maneələrin olmamasından 

danışılır. Bu səhnə həm də əlilliyi olan şagirdlərin təhsil prosesində müstəqil iştirakını göstərir.

 

Belə portretlər əlilliyə sosial yanaşma modelini nümayiş etdirir - maneələri etiraf etmək, lakin 



əlilliyi olan şəxslərin bacarıqları və potensialı üzərində diqqəti cəmləmək.


© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

120


Gürcüstan: yaxşı təcrübə – 

hər bir kəs autizmli ola bilər

“Praym taym”dakı (Prime Time) məqalələrdən birində respondent bildirir ki, “autizm xəstəlik 

deyil. Autizm böyüyə də, uşağa da təsir edən bir vəziyyətdir. Yalnız bu təsirlər fərqli olur. 

Bütün autizmli uşaqların bilik qazanmaq və məktəb həyatına müsbət dəyişikliklər gətirmək 

potensialı var. Autizmin geniş spektrı var – istənilən şəxs autizmə mübtəla ola bilər. "

Ekspertlər tərəfindən mövzuya dair belə şərhlər verilməsi vəziyyətin anlaşılmasının təşviqi 

üçün vacibdir. Müsahibənin qalan hissəsində psixoloq özünün konkret bir tələbəsinin sosial 

fəaliyyətdə qazandığı uğurlardan danışır ki, bu da müsbət amildir və əlilliyin dəqiq təsvirinə 

imkan verir.

 

Azərbaycan: pis təcrübə  – əlillik faciəsi

1.  2014-cü ildə yerli mətbuat kəskin sağlamlıq problemləri olan əsgərin anasının sözlərini 

yaydı. O deyirdi ki, oğlu əlilliyi olan insan olsa, özünə od vuracaq. 

2.  Oğlan öz toy günü dostlarının zarafatı nəticəsində yatağa məhkum olunmuşdu. Yerli 

media bu əhvalatı faciə kimi təqdim edirdi. Bu yanaşma əlillik qorxusunu artırır və onu 

ölümdən betər qismət kimi göstərir. O, həmçinin əlilliyi olan şəxsləri “yazıq və zavallı” 

kimi təqdim edir. 



Ukrayna: yaxşı təcrübə – maneəsiz ədliyyə

2013-cü  ilin  may-noyabr  aylarında  məhkəmə  binalarına  əlçatımlılığa  dair  ümumölkə  

kampaniyası başlanmışdı. 

Ukraynanın  16  vilayətində  72  məhkəmə  binasının  əlilliyi  olan  şəxslər  üçün  əlçatımlılığı 

yoxlandı. Bu monitorinqi media da izlədi. 

Jurnalistlər kampaniyada iştirakdan faydalandılar, çünki:

•  Media nümayəndələri sadəcə hadisələri müşahidəyə deyil, bütün prosesə cəlb 

edilmişdi. Buna görə də əlilliyi olan şəxslərin məhkəmə binalarına daxil olma imkanı 

və ədliyyəyə əlçatımlılıq sahəsində hüquqpozmalarla bağlı hekayələr daha balanslı və 

keyfiyyətli idi.

•  Uğurlu informasiya kampaniyası nəticəsində jurnalistlər nəinki ictimai məlumatlılığı 

artırdılar, eləcə də məhkəmə binaları barədə statistik məlumat toplamaqla, tövsiyələr 

verməklə dövlət orqanlarının (xüsusilə məhkəmə inzibatçılığının) diqqətini məhkəmə 

binalarına əlçatımlılığın olmaması probleminə yönəldə bildilər. 

•  Maneəsiz Ədalət kampaniyasının iştirakçıları yəqin ki, Ukraynada məhkəmə binalarına 

əlçatımlılıq məsələsini qaldıran ilk şəxslər idilər.

•  Kampaniya Rusiya və Belarusun vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrində 

maraq oyatdı. Kampaniya koordinatorları onları kampaniyanın gedişi haqqında vasitələr 

toplusu və məsləhətlə təmin etdilər.

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə