BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə44/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

110


olan şəxslərin iştirakının təşviqi bütün insanların cəmiyyətin tam üzvü kimi tanınmasına və 

onların bütün hüquqlarına hörmət tələb edir.   

İştirak həmçinin ümumilikdə əhali üçün nəzərdə tutulan bütün əsas xidmətlərdə əlilliyi olan 

şəxslərin iştirakını və onların cəmiyyətdə tam iştirakının qarşısını alan fiziki, münasibət, fikir, 

hüquqi,  tənzimləyici,  siyasət,  kommunikasiya  xarakterli  maneələrin  aradan  qaldırılmasını 

təmin edir. 

Əlilliyi olan şəxslərin media təşkilatları daxilində planlaşdırma və qərar qəbulu proseslərinə 

aktiv şəkildə cəlb olunması iştirakın həlledici komponentidir.



Əlilliyi olan şəxslərin iştirakının təşviqi üçün media təşkilatları 

nə edə bilər? 

Əlilliyi olan şəxslərin cəmiyyətdə iştirakı media təşkilatlarının fəaliyyəti vasitəsilə sürətləndirilə 

bilər. Təşkilatlar bunu aşağıdakılar daxil olmaqla bir çox yollarla həyata keçirə bilər:

  

•  Nailiyyət qazanmağa yardım göstərən modelləri təşviq etmək, əlilliyi olan liderlərin uğur 



hekayələrini yaymaq. 

•  Jurnalistlər üçün dil-leksikon, imic və təsvir istifadəsinə dair direktivlər hazırlamaq  

– bəzən jurnalistlər bilməyərəkdən stereotiplərdən istifadə edir, əlilliyi zəiflik, 

qabiliyyətsizlik və ya bəla, bədbəxtlik kimi qələmə verirlər.   

•  Aşırı mərhəmət, rəhm nümayiş etdirməkdən çəkinmək üçün jurnalistlərə əlilliyi olan 

şəxslərdən müsahibə almaq üzrə qısa təlim kursları keçmək.

•  Hər hansı davranış kodeksi və ya təcrübənin əlilliyə dair müsbət praktikanı da əhatə 

etməsini təmin etmək.

•  Jurnalistlərin istifadəsi üçün ekspert və təşkilatların məlumat bazalarını yaratmaq.

•  Layihələrin və press-relizlərin yazılması üzrə vətəndaş cəmiyyəti təşkilatlarına təlim 

keçmək. 

Media əlilliyi olan şəxslərin özlərinə dair qərar qəbulunda 

iştirakını necə təmin edə bilər?

Jurnalistlər  əlilliyi  olan  şəxslərin  yaşadığı,  sağlamlıq  məhdudiyyəti  təcrübəsini,  eləcə  də 

iştirak maneələrini əhatə edən təcrübə və perspektivləri əks etdirən dəqiq məzmunu yarada 

bilərlər.  

Media təşkilatı çap, audio və video materialları, sosial media vasitəsilə, eləcə də, əlilliyi olan 

şəxslərin maraqlarını güdən bloq və bölmələr yaratmaqla dialoqa kömək edə bilər.

Əlilliyi olan şəxslər haqda stereotipləri qıran, onların mərhəmət və xeyriyyə predmeti kimi 

yox,  digərləri  ilə  bərabər  hüquqa  malik  vətəndaş  imicini  yaradan  materialların  yayılması 

mühümdür.  Bununla  yanaşı,  media  təşkilatları  dialoq  və  birgə  istehsal  yolu  ilə  əlilliyi  olan 

şəxsləri iştiraka cəlb etməlidir.

Əlilliyi olan şəxslərin prodüser, jurnalist, aparıcı və digər bu kimi işlərə götürülməsi media 

təşkilatları çərçivəsində iştirakçılığı da əhatə edən daha dərin mədəniyyət yaradılması üçün 

vacibdir. 



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

111


Spesifik  təcrübəyə  malik  əlilliyi  olan  şəxslər  istehlakçı  panelləri,  şuraları  və  məşvərət 

qruplarında iştiraka da cəlb oluna bilərlər.



Mif

Əlilliyi olan şəxslər sayca çox 

deyillər, ona görə də bu məsələ 

heç problem də deyil.

Əlillik sağlamlıq məsələsidir.

Əlilliyi olan şəxslər əlil olmayan 

şəxslər kimi bacarıqlı deyil – 

onları işə götürməyin mənası 

yoxdur.

Əlçatımlıq ramplar, əlil arabaları 



və tualetlər sarıdan mühümdür.

İş yerində müvafiq dəyişikliklərin 

edilməsi baha başa gəlir.

Ruhi sağlamlıq problemi olan 

insanlar təhlükəlidir.

Əlilliyi olan şəxslərin sayı bütün cəmiyyətlərdə az deyil. Çoxları ya 

evlərində, ya da təşkilatlarda cəmiyyətdən gizlədilir, yaxud da təcrid 

olunur. Onların müxtəlif fəaliyyətlərdə iştirakını məhdudlaşdıran fiziki, 

münasibət, hüquqi, tənzimləyici, siyasət, kommunikasiya xarakterli 

maneələr ola bilər. Qavrama məhdudiyyətləri, depressiya, xərçəng, 

dağınıq skleroz, diabet və İİV kimi bir çox məhdudiyyətlər görünməzdir. 

Məhdudiyyəti olan insanların çoxu özünü əlil kimi təsəvvür etmir.

Sağlamlıq, əlilliyi oldu-olmadı, hər kəsə vacibdir. Ancaq sağlamlıq çox 

hallarda yeganə mühüm məsələ deyil. Kiminsə işləməsi, yaxud ailədə

ictimai həyatda daha yaxından iştirak etməsi yolunda ortaya çıxan, 

lakin aradan qaldırılması mümkün olan maneələr çox zaman əlilliyi 

olan şəxslərin iştirakının qarşısını alır.

Amerikanın kimya və xidmətlər korporasiyası DuPont əlilliyi olan 

işçilərinin performansını ölçən ilk kompaniyalardan biridir. Şirkət 

bu işi 1970-ci illərin əvvəllərindən başlayaraq 30 ildən çox həyata 

keçirib. Nəticəyə görə, əlilliyi olan işçilər təhlükəsizlik, vəzifələrin 

yerinə yetirilməsi, davamiyyət və iş əmsalı ilə bağlı göstəriclər üzrə 

digər işçilərlə bərabər, ya da onlardan üstün olublar. Oxşar nəticələr 

Avstraliya, Niderland və Birləşmiş Krallıqda işəgötürənlər arasında 

aparılan araşdırma zamanı da qeydə alınıb.

Əlçatımlığın təşviqi dizaynla, əlilliyi olub-olmamasından asılı olmaya-

raq hər kəsin istəyini nəzərə almaqla sıx bağlıdır. Buraya rəng, piyada 

keçidlərində olan audio siqnallar, tonal kontrast, səthlər, eşitmənin 

artırılması sistemləri (“qapalı sistemlər” kimi), məlumatın təqdimatı, 

insanlara yolu tapmağa kömək edən işarələr kimi detallar daxildir. 

Əlçatımlığın yaxşı səviyyədə olmasından hər kəs faydalanır. 

İş yerində müvafiq dəyişikliklərin edilməsi əlilliyi olan şəxslərin əlil 

olmayan şəxslərlə eyni əsaslarda işləməsi və təlim keçməsi üçün 

işəgötürənin gördüyü tədbir deməkdir. Əlilliyi olan işçilərin çoxu heç 

bir xüsusi dəyişikliyin, uyğunlaşdırmanın aparılmasını tələb etmir, 

tələb olunanlar isə çox vaxt işəgötürənin düşündüyündən qat-qat 

ucuz başa gəlir. Bəzi ölkələrdə işəgötürənlərə bu məqsədlə maliyyə 

dəstəyi də verilir. ABŞ-dakı İş Yeri Şəbəkəsinin apardığı araşdırmalar 

göstərib ki, uyğunlaşdırmaların 15%-i üçün heç xərc çıxmır, 51%-nin 

xərci $1 - $500 arası, 12%-nin xərci $501 - $1000 arası, 22%-nin 

xərci isə $1000-dan yuxarı olur.

Ruhi sağlamlıqla bağlı problemi olan insanların digər şəxslər tərəfind-

ən ziyana uğradılma, başqalarından çox özlərinə ziyan vurma ehtimalı 

daha çoxdur. Çox zaman ruhi sağlamlıqla bağlı problemi olmayanlar 

kiməsə ziyan vurur və ya kimisə öldürür.

Faktlar



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə