BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə46/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

114


qurmaq. Cari məsələlər barədə öyrənmək üçün əlilliyi olan şəxslərin birləşdiyi 

təşkilatların nümayəndələri ilə danışmaq.

•  Əlillik mövzusunun təqdimatı üçün hər il dekabrın 3-də keçirilən “Look beyond” (kənara 

bax) Beynəlxalq Əlilliyi olan Şəxslər Günündən istifadə edin.

•  Digər beynəlxalq günləri nəzərdən keçirin – məsələn, Beynəlxalq Qadınlar günü (8 

mart), Uşaq Əməyinə qarşı Beynəlxalq Mübarizə günü (12 iyun), Dünya HİV günü (1 

dekabr) – və əlaqələndirmə barədə düşünün.

•  Əlilliyi olan şəxslərin təsvirinin autentikliyi (real, həyati olması) üçün özündə və ya hər 

hansı ailə üzvündə əlillik olan jurnalistlərlə işləyin.

•  Əlilliyi olan “qəhrəmanları” həddindən çox şişirtməyin. İctimaiyyət “super-

qəhrəmanlara” heyran olsa belə, onların supermen kimi təsvir edilməsi əlilliyi olan 

bütün şəxslərin bu səviyyəyə çatması barədə reallıqdan uzaq gözləntilər yarada bilər. 



Lentə alanda hansı səhnələrdən istifadə etməli?

Əlilliyi olan şəxslərin vizual göstərilməsi, lentə alınması ilə bağlı heç bir razılaşdırılmış media 

standartı  yoxdur.  Bütövlükdə  media  məhsulunun  vizual  tərəfi  təsvir  olunan  şəxs  üçün 

alçaldıcı olmamalıdır. Ancaq bəzən jurnalistlər ifrata varır və hesab edirlər ki, ya əlilliyi olan 

şəxsləri heç göstərməsələr yaxşıdır, ya da müsahibə alarkən onların üzünü texniki vasitələrlə 

qapamaq lazımdır. Medianın bu cür yanaşması əlilliyi olan şəxsləri “görünməz” edir, onlarla 

bağlı stereotipləri və mənfi münasibəti gücləndirir. Bu, ona işarə vurur ki, əlilliyi olan şəxs 

üçün həyat məşəqqətdir, efirdə görünmək onlara utanc, tamaşaçılara isə məyusluq gətirir. 




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

115


Stereotiplərin dəf edilməsi

Media çox zaman asanlıqla başa düşülən və qabaqcadan söylənməsi mümkün olan ideyalar 

vasitəsilə işləyir – istehlakçıların diqqəti üçün rəqabəti nəzərə alaraq. Ancaq bəzən media 

böyük yaradıcılıq nümayiş etdirir, adamların düşüncələrinə müsbət mənada təsir göstərir.

Stereotiplərdən çəkinmək və ya onları fəal şəkildə dəf etmək əlilliyi olan şəxslərin iştirakının 

təşviqində media təşkilatlarının verə biləcəyi əsas töhfədir. Bəzi stereotiplər aşağıda verilib:

•  Əlilliyi olan şəxs bədbəxtdir, acınacaqlı, xəstə, qabiliyyətsiz və ya uğursuzdur. 

•  Əlilliyi olan şəxsin gələcəyi yoxdur, o, ailəsinə yükdür.

•  Əlilliyi olan şəxsə ya qəhrəman kimi (məsələn, “öz əlilliyinə üstün gəlmək” və ya sadəcə 

“əzablara mətinliklə dözmək” üslubunda), ya da qəribə insan (az rast gəlinən qəribə 

sağlamlıq məhdudiyyətinə görə maraq obyekti) kimi yanaşılır.

•  Əlilliyi olan şəxs heç bir şeylə maraqlanmır və ya əlillikdən başqa heç bir sahə üzrə 

ekspert ola bilməz. 

•  Əlilliyi olan şəxs hisslərlə oynamaq üçün yaxşı vasitədir.




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

116


Örnəklər

Örnəyin öyrənilməsi: Xəbərin sadə şəkildə 

çatdırılması

British  Council  Bolqarıstan  insanların  əlilliyi  olan  şəxslərə  münasibətinin  bəzən  necə 

amansız və duyğusuz olduğunu çatdırmaq məqsədilə animasiya komandası ilə sadə və şən 

bir animasiya filmi yaratmaq üçün işlədi. Animasiya British Council təşkilatının 2009-cu ildə 

müxtəlifliklə bağlı apardığı “Biz öncə insan, sonra fərqliyik” adlı daha geniş maarifləndirmə 

kampaniyasının  tərkib  hissəsi  idi.  Bu  kampaniya  Bolqarıstan  Nazirlər  Şurasının  Etnik  və 

Demoqrafik Məsələlər üzrə Direktorluğu ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdi.

https://www.youtube.com/watch?v=vpP-z0-H7zI 



BK – Əlilliyi Olan Şəxslərin Yayım və Yaradıcı 

Sənaye üzrə Şəbəkəsi (the Broadcasting and 

Creative Industries Disabilities Network (BCIDN))

Bu şəbəkə əlilliklə bağlı problemləri öyrənmək və onlara media sənayesi ilə əlaqəli yanaşmaq 

üçün  BK-dakı  əsas  yayımçıları  bir  araya  gətirdi.  İllər  sonra  bu  qurum  Yaradıcı  Müxtəliflik 

Şəbəkəsi  yaratmaq  üçün  müxtəlifliyin  bütün  aspektlərini  əhatə  edərək  Mədəni  Müxtəliflik 

Şəbəkəsi ilə birləşdi.

BCIDN üzvü olaraq, BBC (Britaniya Yayım Şirkəti - British Broadcasting Corporation) bərabər 

imkanlar  və  müxtəliflik  yanaşması  əsasında  fəaliyyət  göstərir,  bu  da  xidmət  göstərdiyi 

çoxdiapazonlu auditoriyaları əks etdirir. Əlilliklə əlaqəli şirkət əlilliyi olan şəxslərin efirdə və 

ekranda  görünmə  tezliyini  artırmağı;  bütün  sahələr  üzrə  işçi  qüvvəsinin  tərkibində  əlilliyi 

olan  şəxslərin  sayını  artırmağı;  efirdə  və  efirdən  kənarda  xidmətlərə  çatımı  artırmağı;  öz 

binalarına  çatımı  təmin  etməyi  qarşısına  məqsəd  qoyub.  BBC-nin  əlilliyi  olan  işçilər  üçün 

“BBC Ability” (bacarıq) adlanan forumu var.



Çin – One Plus One (Bir üstəgəl bir)

Pekində “One Plus One” Mədəni Mübadilə Mərkəzi tamamilə əlilliyi olan jurnalistlər tərəfindən 

idarə edilən media sahəsidir. 2008-ci ildə şirkətin iki işçisi olimpiya oyunları tarixində ilk dəfə 

tam akreditasiyadan keçmiş əlilliyi olan çinli jurnalist oldu. İndi onların radio verilişləri Çinin 

çox hissəsində yayımlanır.

Azərbaycan – yaxşı təcrübə (Əlilliyi olan şəxslər 

üçün xüsusi veriliş)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə İctimai TV 

2014-cü ilin aprel ayından etibarən əlilliyi olan şəxslərlə bağlı silsilə verilişlər  hazırlayır. 

Məqsəd:  əlillik  problemləri  və  bu  problemlərin  həlli  sahəsində  dövlət  siyasəti,  əlilliyi  olan 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə