BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə38/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

95

həyata keçiriləcəyini anlamağı asanlaşdırmaqdır. Dəyişiklik yavaş-yavaş getsə də, əlilliyi olan 



şəxslərin təşkilatlarının cəlb edilməsi irəliləyiş yolları və vəzifələri haqqında fikir ayrılıqlarının  

aradan qaldırılmasına şərait yaradır.



Örnəklərin öyrənilməsi: BK– nəqliyyat siyasətində iştirak 

“London üçün nəqliyyat” əlilliyi olan şəxslərin bərabərliyi işlərinin tərkib hissəsi kimi 2009-cu 

ilin əvvəlində yeni Müstəqil Əlil Məşvərətçi Qrupunu topladı. Bu əlilliyi olan insanlar qrupu 

ictimaiyyətə açıq şəkildə seçildi, özü də “London üçün nəqliyyat”a bərabərlik məsələləri üzrə 

məsləhət verir. Hər qrup üzvü London üçün nəqliyyat biznesinin xüsusi sahəsi ilə bağlıdır.

Əlilliyi  olan  şəxslərin  bərabərliyi  üzrə  yeni  layihə  hazırlığını  nəzərdən  keçirərkən  “London 

üçün  nəqliyyat”  Müstəqil  Əlil  Məşvərətçi  Qrupunu  cəlb  etdi,  amma  onlar  da  əlilliyi  olan 

insanları prosesə qoşmaq üçün başqa meyarları nəzərdən keçirdilər. 

Bunların ən əhəmiyyətlisi Əlilliyi olan insanların Münsifi idi. Əlilliyi olan insanların Londondakı 

əsas təşkilatının köməyilə “London üçün nəqliyyat” 14 münsif cəlb etdi. Onlar “London üçün 

nəqliyyat”ın idarə heyəti ilə birlikdə istiqamətləndirici maneələrdən tutmuş bütöv səyahət 

yanaşmalarına qədər müxtəlif mövzularda bir neçə iclas keçirdilər. Münsiflər heyəti növbəti 

üç ildə əlilliyi olan insanların bərabərliyi ilə əlaqəli iş üzrə təkliflər silsiləsini bir yerə toplamaq 

üçün daha iki gün görüşlər təşkil etdi.

Bu təkliflər Müstəqil Məşvərətçi Qrupu, həmçinin Londondakı əlilliyi olan insanlardan ibarət 

maraqlı  tərəflərlə  birlikdə  əlavə  iştirak  vasitəsilə  yoxlandı.  Bu,  əlilliyi  olan  londonlulara 

göstərilən xidmətlərin növbəti üç ildə inkişaf etdirilməsi üçün əsas məqsədlər, prioritetlər 

və fəaliyyətlər toplusunun meydana gəlməsinə gətirib çıxardı. 



Örnəklərin öyrənilməsi: BK– inklüziv təhsil

Əlilliyi olan tələbələr üçün inklüziv təhsil çox mühümdür, çünki :

•  başlanğıcdan iştirak ailəmizin və cəmiyyətimizin bir parçası olduğumuzu bizə hiss 

etdirir;


•  iştirak insanların fərqliliyini daha yaxşı anlayıb qiymətləndirməyə həvəsləndirir;

•  ayrı-seçkilik xürafat və qeyri-bərabərlik yaradır;

•  uşaqlıqda yaşanan ayrı-seçkilik bir çox hallarda yetkinlik yaşlarında da ayrı-seçkiliyə 

gətirib çıxarır. 

İnklüziv Təhsil üçün Alyans (ALLFIE) kimi təşkilatların keçirdiyi BK-da inklüziv təhsil kampaniyası 

Xüsusi Təhsil Ehtiyacları və Əlillik Aktının yaranmasına gətirib çıxardı. Həmin akt əsas təhsil 

sistemində iştirak üçün mütləq hüququ, eləcə də, əlilliyi olan uşaq və gənclərin ehtiyaclarının 

qarşılanması üçün məktəblərin üzərinə qoyulan yeni öhdəlikləri meydana çıxardı.

ALLFIE  Nyu-Yorkda  ƏOŞHDBMTK-a dair müzakirələrin tərkib hissəsi idi. Konvensiyanın təhsil 

barədə  bildirdikləri  əlilliyi  olan  şəxslərin  təşkilatlarının  iştirakı  səbəbindən  çox  güclüdür. 

Amma  BK Konvensiyanı ratifikasiya edərkən inklüziv təhsillə əlaqəli 24-cü maddəni qəbul 



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

96

etmədi. Mühüm sistematik dəyişikləri ehtiva edən kampaniyaların məqsədə çatması üçün uzun 



illər və çoxlu taktika tələb olunur. Reallıqda, əlilliyi olan şəxsləri qərar qəbulu prosesinə cəlb 

etmək əlilliyi olan bir qrup şəxsdən nə istədiyini soruşub sonra həmin şeyi etməklə eyni deyil.



Örnəklərin öyrənilməsi: BK– inklüziv ali təhsil yaratmaq

Açıq Universitet heyət və tələbə sayını müxtəlif fərqlilik elementlərinə görə monitorinq edir, 

sonra da illik Bərabərlik və Fərqlilik icmalında bu barədə müntəzəm məlumat verir. Məlumatı 

nəzərdən keçirərkən onlar aşkar etdilər ki, əlilliyi olan bakalavr tələbələrin sayında bir qədər 

azalma olub. 

 

Bunun həllinə yönəlmək üçün Açıq Universitet aşağıdakı addımları atdı :



•  əlilliyi olan şəxsləri ərizə verməyə cəsarətləndirmək üçün onlayn kampaniya başlanıldı;

•  yeni əlillik marketinq vərəqəsi buraxıldı;

•  bildirişi genişləndirmək üçün “Ehtiyaclarınıza açıq” pilot layihə həyata keçirildi

•  suala cavab verməyən bildiriş tələb edən vərəqlə qeydiyyatdan keçən tələbələrin 

nisbətini müəyyənləşdirmək üçün araşdırma planlaşdırıldı.

Məlumatın effektli monitorinqi bunu da aşkarladı ki, əlilliyi olan tələbələr arasında narazılıq 

hissi yüksəkdir. Bunun aradan qaldırılması üçün Açıq Universitet tələbə xidmət strategiyasına 

dair bərabərliyin təsirinin tam qiymətləndirilməsi üzrə fəaliyyət planlaşdırdı ki, bu da kurs 

səviyyəsində dəyişikliklərin müəyyənləşdirilib sənədləşdirilməsinə daha uyğun yanaşmaya 

kömək edəcək.



Örnəklərin öyrənilməsi: BK – inklüziv təhsildə iştirak

Bərabərlik  Aktı  dövlət  qurumlarına  əlilliyi  olan  şəxslərlə  münasib  rəftar  üçün  tədbirlər 

görməyə  imkan  verir.  Autizm  xəstəliyi  olan  tələbələrinə  davamlı  təhsil  almaqda  dəstək 

vermək üçün Noric Səhər Kolleci bu işə həsr olunmuş “RUG (Really Useful Group – Həqiqətən 

Faydalı Qrup) otağı” kimi tanınan mərkəzi tikdi. 

Tələbələrlə birlikdə dizayn edilmiş “RUG otağı” autizmli tələbələr üçün sosial öyrənmə sahəsi 

olduğu kimi həm də etibarlı sığınacaqdır. Bu kiçik, bağlı yerlər autizmli tələbələri sakitləşdirir, 

kompüterlərin “üzmələri” var, bu da tələbələrin özlərini təhlükəsiz hiss etməsinə kömək olur. 

Ərazi də açıq olur. Burada tələbələrə oturmaq üçün nəzərdə tutulmuş ərazini dizayn etməyə 

də imkan verilib.

Autizmli bir çox tələbə üçün sosiallaşma (qaynayıb-qarışma) çətindir, amma onlar yeri elə 

dizayn etdilər ki, həm bir-biriləri, həm də heyətlə rahat danışa bilsinlər. 



Örnəklərin öyrənilməsi: BK – Fab Pad

Fab  Pad  –  İmpact  Arts  təşkilatının  idarə  etdiyi  layihədir.  Bu  layihə  yeni  mənzillər  icarəyə 

götürməkdə  evi  olmayan  gənclərə  maddi  yardım  göstərir.  Fab  Pad  ilə  bağlı  aparılmış  İSG 

dəyərləndirilməsində aşkar olunub ki, hökumət tərəfindən kömək üçün sərmayə qoyulan hər £1 

müqabilində azaldılmış səhiyyə xidməti xərclərində, azaldılmış sosial yardım (xeyriyyə fondları 

hesabına yardım) xərclərində və təkrar evsizlik xərclərində £8.38 sosial gəlir əldə edilib. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə