İnklüziv təhsil layihəsi



Yüklə 470,82 Kb.
səhifə1/4
tarix26.05.2023
ölçüsü470,82 Kb.
#113356
  1   2   3   4
Dünya təcrübəsində və Azərbaycanda inklüziv təhsilin təşkili


Dünya təcrübəsində və Azərbaycanda inklüziv təhsilin təşkili
Ölkəmizdə "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)" təsdiq olunub.
Respublika prezidenti İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nda məhz, bu yönümdən həyatımızda humanist münasibətlərə daha nəcib keyfiyətlərlə alışmağın inkişaf strategiyaları öz əksini tapıb. 
Rəsmi direktivlər zəminində zamanla səsləşən inklüziv təhsilin hamı üçün aydın və anlaşıqlı olması ilə yanaşı, müəssərliyi də onun prioritetliyinin yeniləşən, modern inkişafa güclü təsiri olduğuna da bəraət verir. 
Təhsil sferasında inklüziv yanaşmanın tətbiqinə keçən əsrin 70-80-ci illərində "Xüsusi pedaqogika"nın tədqiqat sahəsi kimi baxılsa da, bu işin əsl metodoloji prinsipləri ölkəmizin müstəqillik tarixinə (1991-ci il) təsadüf edir. Pedaqoji elmlər sistemində "Xüsusi pedaqogika" "Sağlamlıq məhdudiyyətləri olan şəxslərin (uşaq və böyüklərin)" tərbiyəsinin vasitə və formalarının, metod və prinsiplərinin nəzəri əsaslarını işləyib hazırlayan əlahiddə pedaqogika kimi, eşitmə və nitq qabiliyyətindən məhrumların tərbiyəsi və təhsili ilə məşğul olan surdopedaqogika; pis, yaxud da zəif görmə qabiliyyəti olanların tərbiyəsi və təhsili ilə məşğul olan tiflopedaqogika; əqli cəhətdən qüsurlu olanların tərbiyəsi və təhsili ilə məşğul olan oliqofrenopedaqogika; uşaq və böyüklərin nitq qüsurlarını öyrənən loqopediya kimi sahələri ehtiva edən defektologiyanın xüsusiyyətlərini açıqlayır.
Hazırda cəmiyyətdə və onun ayrılmaz tərkib hissəsi olan təhsildə inklüziv yanaşma modeli pedaqoji prosesin səmərəliliyinin yüksəldilməsi vasitəsi olub, dünya təhsil məkanında pedaqoji fəaliyyətin stimullaşdırılmasının əsas prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. Yəni, inklüziv cəmiyyət üçün xas olan mədəni-sosial tədbirlərin səmərəlilik dərəcəsi dünya miqyasında təhsilin bütün strukturlarında cərəyan etdiyi kimi, ölkəmizdə də fiziki cəhətdən sağlamlığı məhdud olan uşaqlarla aparılan aktiv fəaliyyət üçün zəruri imkanlara yol açmaqla, hətta, bu sahədə mədəni vərdişlərə qovuşan yolların birmənalı olaraq vahid məcraya yönləndirilməsinə rəvac verir.

Yüklə 470,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə