İnklüziv təhsil layihəsi



Yüklə 470,82 Kb.
səhifə4/4
tarix26.05.2023
ölçüsü470,82 Kb.
#113356
1   2   3   4
Dünya təcrübəsində və Azərbaycanda inklüziv təhsilin təşkili

DANİMARKAda inklüziv təhsil hüququ nəinki qanuniləşdirilib, paralel olaraq inklüziv təhsilin reallaşdırılması üçün milli strategiya da hazırlanıb. Milli Resurs Mərkəzi bu prosesə nəzarət edir. İnklüziv təhsil sahəsində araşdırmalar aparan universitetlərin əməkdaşları tərəfindən formalaşdırılmış xüsusi qrup isə bələdiyyələrin bu sahədəki fəaliyyəti ilə maraqlanır və hesabatlar hazırlayır.
Pedaqoqların hazırlanması bakalavr və magistr sistemi ilə həyata keçirilir. İnklüziv təhsil sahəsində işləyəcək gənc pedaqoqları hazırlayarkən onların konkret pedaqoji situasiyaya necə reaksiya verəcəklərinə ağırlıq salınır, bu istiqamətdə müxtəlif pedaqoji məsləhətlər işlənib hazırlanır. Tədris proqramına əsasən, tələbələrin hamısı xüsusi kurs keçməlidirlər. Əgər onlardan hər hansı biliklərini daha da dərinləşdirmək istəyirsə, inklüziv təhsil sahəsində əlavə ixtisaslaşmaya nail olur.
Danimarkada valideyn uşağını istədiyi təhsil müəssisəsinə yollaya bilər. Həmin məktəb isə uşağa təhsil verməyə borcludur. Xüsusi qrup psixoloqlar, loqopedlər və pedaqoqlar var ki, onlar konkret məktəbə, konkret uşağa, yaxud uşaqlar qrupuna yardım etmək üçün ezam olunurlar. İnklüziv təhsildə “diferensiallaşmış yanaşma” tətbiq olunur, yəni məhdudiyyəti olan uşaqlar da digərləri ilə yanaşı adi kütləvi məktəblərdə təhsil ala bilərlər.
Pedaqoji elmin müasir problemləri sırasında ən sosial əhəmiyyətlisi fiziki məhdudiyyətləri olan uşaqların təhsili məsələsidir. İnklüziv təhsilin ümumi təhsil sisteminin tərkibində aktuallığı və inkişafı ölkədəki sosial durumun mühüm göstəricilərindən biri hesab olunur. Belə ki, söhbət adi vətəndaş kimi sağlamlığında məhdudiyyəti olan, ancaq digərləritək yaşamaq və təhsil hüquqları olan şəxslərin cəmiyyətə inteqrasiyasından gedir. Təəssüf ki, bu problem tarix qədər yaşlı olsa da, yalnız son 30-40 ildə aktuallıq qazanıb və onun həlli istiqamətində həm qanunvericilik, həm də praktiki sahədə real addımlar atılıb. Güman ki, dünya qloballaşdıqca, insan haqları probleminin müxtəlif aspektləri həm ölkələrin öz daxilində, həm də beynəlxalq səviyyədə daha çox ictimailəşdikcə, inklüziv təhsilə diqqət də artacaq. Fiziki məhdudiyyətləri olan şəxslərin təhsil hüquqlarına dair məsələnin artıq beynəlxalq hüquqi aktların predmetinə çevrilməsi belə qənaətə gəlməyə əsas verir.
Yüklə 470,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə