İnklüziv təhsil layihəsi


İnklüziv təhsilin Skandinaviya modeli



Yüklə 470,82 Kb.
səhifə3/4
tarix26.05.2023
ölçüsü470,82 Kb.
#113356
1   2   3   4
Dünya təcrübəsində və Azərbaycanda inklüziv təhsilin təşkili

İnklüziv təhsilin Skandinaviya modeli

Dünyanın müxtəlif ölkələrində mövcud olan müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki, onlara yanaşma adətən eyni fəlsəfəyə malikdir. Müasir təhsilin ümumi tendensiyalarından danışarkən toxunulan ilk problemlərdən biri inklüziv təhsildir. İnsan haqlarının inkişafı, təhsil prosesinin müasirləşməsi, qloballaşma kimi kütləvi proseslər hər bir dövlətin inklüziv təhsil anlayışına daha həssas yanaşmasını tələb edir. Hazırda bu məsələ ilə ilgilənməyən az ölkənin adını çəkmək olar ki, bu da əsas etibarilə onların ağır sosial-iqtisadi durumu, qeyri-sabit siyasi quruluşu və s. səbəblərlə izah oluna bilər. İnklüziv təhsil kimi qayəsində humanizm elementləri duran problemlərin həllinə sosial rifahı yüksək olan ölkələrdə xüsusi diqqətlə yanaşılır. Bu baxımdan, yazımızın mövzusu Skandinaviya dövlətlərində inklüziv təhsilin strukturu və fəaliyyətidir.
FİNLANDİYAda inklüziv təhsil qanunvericilik səviyyədə öz əksini tapıb. Yerli qanunlara görə, sağlamlığında məhdudiyyəti olan şəxslərin təhsili üçün diferensiallaşmış mühitin formalaşdırılması başlıca şərtdir. Milli tədris proqramına edilmiş xüsusi dəyişikliklərə əsasən, belə məhdudiyyəti olan uşaqlar da digərləri kimi kütləvi məktəblərdə təhsil ala bilərlər. Bundan əlavə, dövlət tədris-məsləhət mərkəzləri fəaliyyət göstərir ki, onlar da fiziki qabiliyyətləri məhdud olan uşaqlara, onların valideynləri və pedaqoqlarına təhsil prosesində yardım edir. Mərkəzdə təşkil edilən uzunmüddətli kurslarla yanaşı, mütəxəssislərin məktəblərdə daha qısamüddətli treninqlər vasitəsilə prosesə müdaxilə halları tez-tez müşahidə olunur. Pedaqoqları hər növ fiziki məhdudiyyəti olan uşaqlarla işləmək üçün ciddi hazırlaşdırırlar. Bu baxımdan müəllimin tək təhsildən deyil, tibb və psixologiyadan da hazırlıqlı olması başlıca şərtdir. Finlandiyanın bu sahədə mütərəqqi dövlətlərdən biri olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən 7 mərkəzə müraciətlər sabit xarakter daşımır. Valideynlər reabilitasiya mərkəzlərinə gec müraciət edirlər. Bu da onunla əlaqədardır ki, ölkədə sağlamlıqlarında məhdudiyyət olan uşaqlara dair vahid milli baza yoxdur.
Ölkədə inklüziv təhsilin reallaşması üçün pedaqoq hazırlığı ilə dövlət məşğuldur. Məsələn, Laplandiya Unversitetində “Məllimlərin tədrisi” adlı proqram fəaliyyət göstərir. “Elm və təhsilin müasir problemləri” elektron elmi jurnalının verdiyi məlumata görə, bu proqramdan müəllim olmaq istəyən hər bir mütəxəssis yararlana bilər. Bələdiyyələr səviyyəsində isə iş bu formada təşkil olunub: bir sinifdə iki qrup formalaşdırılır - adi uşaqlar və fiziki məhdudiyyəti olan uşaqlar üçün. Dərsi iki müxtəlif müəllim aparır. Ehtiyacdan irəli gələrək bu müəllimlərə xüsusi pedaqoq və köməkçi də qoşula bilər. Belə siniflərdə uşaqların sayı təqribən 25 nəfərdən ibarət olur. Adətən uşaqların valideynləri yaşadıqları ünvan üzrə məktəblərə müraciət edirlər. Məktəbdə direktordan tutmuş, müəllim, xüsusi pedaqoq, onun köməkçisi və tibb bacılarınadək hər kəs uşağın təhsili ilə yaxından məşğul olur. Bu qrup mütəmadi olaraq toplaşıb hər bir uşağın durumu ilə bağlı məsləhətləşmələr aparır. Əgər daha ciddi problem yaranarsa, psixoloqa müraciət edilir.
Bununla yanaşı, məktəblərdə fəaliyyət göstərən ayrıca siniflər də var ki, sırf fiziki məhdudiyyətli uşaqların tədris problemləri ilə məşğuldurlar. Bu siniflərin ayrıca mövcudluğu həmin uşaqlardakı məhdudiyyətlərin daha dərin xarakterli olması ilə əlaqədardır. Belə siniflərdə iki xüsusi pedaqoq və köməkçiləri tədris proqramının həyata keçirilməsinə cavabdehdirlər.
İSVEÇdə də sağlamlığında məhdudiyyət olan uşaqların kütləvi məktəblərdə təhsil alma hüquqları qanunla təsbit edilir. Bu məktəblərin maliyyə və sosial dəstəyini dövlət göstərir. Müəllim hazırlayan universitetlərin hamısında xüsus tədrisə dair kurslar mövcuddur. İnklüziv düşüncə tərzinin əsaslarını öyrənmək hər bir fənn müəllimi üçün mütləqdir. İsveçdə inklüziv təhsilin təşkili prosesindəki əsas çağırış tədris proqramına və onun reallaşdırılması yollarına dair vahid yanaşmaya nail olunmasıdır.
Yerli idarəetmə orqanları səviyyəsindəki təcrübəyə əsasən, qüsurlu uşaqlar da adi məktəblərdə təhsil alırlar. Ancaq həftədə bir neçə saat onlara xüsusi pedaqoq tərəfindən ayrıca sinifdə dərs keçilir. Xüsusi pedaqoqların qarşısında duran məqsəd məhdudiyyəti olan uşağı adi uşaqların təhsil aldıqları siniflərdə oxumağa hazırlamaqdır. Uşağın məktəbdə hər hansı problemi yaranarsa, Pedaqoji Şura toplaşır və qərar verir. Verilən qərar vəziyyətin müxtəlifliyindən asılı olur. Ola bilər ki, uşaq hətta məktəbdən birbaşa xəstəxanaya da göndərilsin.
NORVEÇdə xüsusi təhsil ehtiyacları olan şəxslərin təhsil alma hüquqlarına dair qanun fəaliyyət göstərir. Paralel olaraq fərqli kateqoriyalı məhdudiyyətli uşaqlara yardım mərkəzləri də mövcuddur. Məsələn, erkən autizm, görmə və eşitmə qabiliyyəti zəif olan uşaqlar belə mərkəzlərdə hər növ yardım görürlər. İnklüziv təhsilin həyata keçirilməsi üçün lazım olan pedaqoqlar isə universitetlərdə hazırlanır. Gələcək pedaqoqların keçdikləri xüsusi pedaqoji kurs var ki, burada inklüziv təhsilə geniş yer ayrılır. Pedaqoji təhsil alan tələbələr eyni zamanda, Avropa Birliyi ölkələrində bu istiqamətdə müxtəlif təcrübələr keçmək imkanına da malikdirlər.
Sağlamlığında məhdudiyyət olan uşaq ümumi məktəblərdə digər həmyaşıdları ilə birlikdə təhsil alır. Norveçdə adətən hər məktəbdə bir neçə belə uşaq olur və onlar bütün uşaqlarla eyni sinifdə oxuyurlar. Belə siniflərdə müəllimin köməkçisi də dərslərdə iştirak edir. Onun bütün diqqəti yalnız fiziki imkanları məhdud olan uşağa yönəlir. Norveç məktəblərində belə uşaqlar məktəbdə daimi müşayiətdədirlər. Müşahidə edən şəxsin kimliyini məktəb özü müəyyən edir. İnklüziv təhsil bələdiyyələrin səlahiyyətləri çərçivələrinə daxildir. Məktəbləri maliyyə və avadanlıq baxımından da məhz yerli idarəetmə orqanları təmin edirlər.
Daha bir Skandinav ölkəsi olan 
Yüklə 470,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə