|
![](/i/favi32.png) Biznes əlaqələriBeynəlxalq texnoloji mübadilənin yolları
|
səhifə | 20/38 | tarix | 27.01.2023 | ölçüsü | 83,27 Kb. | | #99553 |
| Biznes əlaqələri 80 SUAL31. Beynəlxalq texnoloji mübadilənin yolları
Beynəlxalq texnoloji mübadilə iki əsas istiqamətdə həyata keçirilir:
- birincisi o, ölkələr arasında istənilən elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi;
- ikincisi isə konkret texnoloji proses üçün nəzərdə tutulmuş elmi-texniki bilik və təcrübənin mübadiləsi mümkünləşir.
Texnologiyalar kommersiya və qeyri-kommersiya yolları ilə ötürülür. Birinci halda texnoloji mübadilə qeyri-kommersiya yolu ilə həyata keçirilr:
- elmi-texniki kəşflər;
- sərgi, yarmarka, simpoziumların keçirilməsi;
- kadr mübadiləsi;
- mütəxəssis miqrasiyası;
- tələbə və aspirant hazırlıqları;
- elm və texnika sferalarında əməkdaşlıq üçün beynəlxalq təşkilatların fəaliyyəti və s. vasitələri ilə bu mübadilə prosesi yaranır.
İkinci halda mübadilə əsasən kommersiya vasitəsilə həyata keçirilir:
- ixtiralardan istifadə hüquqlarının lisenziya razılaşmaları vasitəsilə ötürülməsi (patent, nou-hau, əmtəə nişanları, sənaye nümunələri, texniki sənədlər):
- müxtəlif sənaye avadanlıqlarının təçhizatı;
- texniki köməyin göstərilməsi;
- injinirinq xidmətləri;
- mütəxəssis xidmətləri;
- elmi-texniki, istehsal kommersiyası və s.
32. Müqavilə üzrə idarəetmə
Müqavilə üzrə idarəetmə – bir (yerli və ya xarici) şirkət tərəfindən digər (yerli və ya xarici) şirkətin kapitalının idarə etməsi üzrə birgə sahibkarlıq fəaliyyətidir.
Müqavilə üzrə idarə etmə — aşağı risklə xarici bazara çıxışı təmin edərək ən qısa zamanda gəlir əldə etməyə imkan yaradır.
İdarəetmə müqavilələrinin məzmunu:
1. Baş şirkətin idarə etmə hüquqlarını idarə edən şirkətə transfer edilməsi. Bu halda sahibkar idarə etmə prosesinə qarışmaq hüquqlarından məhrum olur.
Dostları ilə paylaş: |
|
|