Sosial-demokratlar 9,1 mln. səs və ya 153 mandat, millətçilər 4,3 mln.
səs və ya 73 mandat, kommunistlər 3,3 mln. səs və ya 45 mandat,
nasional-sosialistlər isə 810 min səs və ya 12 mandat qazandılar.
1928-ci ilin iyun ayında sosial-demokratların nümayəndəsi German
Müller Böyük koalisiya hökumətini yaratdı. Müller hökuməti sosial
sığorta, qocalara və müharibə əlillərinə pensiya verilməsi işini
qaydaya saldı. Hökumət inhisarlara faizsiz kreditlər verdi. 1928-ci
ildə Bens və Daymier maşınqayırma zavodları birləşdirildi.
Böyük koalisiya hökuməti alman hərbi gücünü dirçəltmək
proqramını həyata keçirdi. Almaniya artıq 1929-cu ildə 13 ölkəyə,
0
cümlədən Fransa, İspaniya və Belçikaya silah satırdı. 1928-ci il
avqustun 10-da hərbi dəniz qüvvələri yaradılması proqramının həyata
keçirilməsinə başlandı.
Böyük koalisiyanın hakimiyyəti illərində ölkədə Milli Partiya
gücləndi. Dəmir dəbilqəlilər bu partiya ilə daha da yaxınlaşdılar. Əgər
1928-ci ildə onun üzvlərinin sayı 620
min nəfər idisə, 1929- cu ildə 1
mln. nəfərə çatdı. Həmin təşkilatlar Veymar konstitusiyasının ləğvini
qətiyyətlə tələb edirdilər.
Nasional-sosialist hərəkatı da gücləndi. 1926-cı ildə bu
partiyanın üzvlərinin sayı 17, 1929-cu ildə isə 120 min nəfərə çatdı.
Hitlerin Bavariya və Prussiyaya daxil olmasını qadağan edən qərarlar
qüvvədən düşdü. Xalq içərisində fəallıqlarını xeyli artıran
nasional-sosialistlər təkcə 1928-ci ildə ölkə ərazisində 20 min mitinq
keçirdilər. Ölkədə mövcud olan fəhlə hərəkatına qarşı təkcə
nasional-sosialistlər deyil, eyni zamanda hökumət də kəskin mövqe
tuturdu. 1929-cu il mayın 1-də Berlində nümayişə çıxan 200 min
fəhləni polis gülləbaran etdi. Az sonra Qırmızı cəbhəçilər ittifaqının
fəaliyyəti qadağan olundu.
84
Almaniya dünya iqtisadi böhranı illərində
Dünya iqtisadi böhranı yarandıqda Müllcr hökuməti Daues
planına yenidən baxmağı Qərb ölkələrindən xahiş etdi. Hökumət
geniş tədbirlər həyata keçirə bilməyərək 1930-cu il aprelin 30-da
istefaya getdi. Hakimiyyətə gələn Katolik-Mərkəz Partiyasının
nümayəndəsi H.Bryuninq hökuməti təzminat məsələsi ilə məşğul
olmağa başladı. Bu məqsədlə amerikan bankiri O.Yunqun başçılığı ilə
komissiya yaradıldı. 1930-cu ilin may ayında Haaqada keçirilən
konfransda təzminat məsələsinin yeni həllinə dair Yunq planı qəbul
edildi. Həmin plana görə Almaniya 59 il müddətinə təxminən 113,9
mlrd, marka təzminat ödəməli idi.
Dünya iqtisadi böhranı istehsala kəskin zərbə vurdu. Dağ-
mədən və avtomobilqayınna sənayesində istehsal aşağı düşdü.
Bütövlükdə 1929-cu illə müqayisədə 1932-ci ildə ölkədə istehsal
təxminən 40%, gəlir 42%, xarici ticarət dövriyyəsi isə 60% azaldı.
Markanın alıcılıq qabiliyyəti aşağı düşdü. Bir sıra iri banklar iflasa
uğradı. Polad əridilməsi əgər 1929-cu ildə 16,1 mln.
ton idisə,
1932-
ci ildə 5,6 mln. tona, çuqun əridilməsi isə 29%-ə endi. Kiçik
müəssisələr iflasa uğradı. Kütləvi işsizlik yarandı. İşsizlərin sayı
1929-cu ilin sonunda 3,4, 1930-cu ilin sonunda 4,4, 1932-ci ildə isə
təxminən 8 mln. nəfərə çatdı. Ümumi əmək haqqı fondu 2 dəfə azaldı.
Belə ağır sosial-iqtisadi şəraitdə hökumət təzminatı ödəmək
imkanında olmadığını bəyan etdi.
H.Bryuninq hökuməti böhran əleyhinə ciddi proqram həyata
keçinnəyə başladı. 1930-cu il dekabrın l-də verilən yeni fövqəladə
dekretə görə işsizlərə edilən yardımlar, sosial proqramlara ayrılan
xərclər azaldılır və vergilər çoxaldılırdı. Hökumət bank sisteminin
sağlamlaşdırılması siyasətini həyata keçirdi. Nəticədə iri bank və
kompaniyaların bir çoxunun səhm paketləri dövlət mülkiyyətinə
çevrildi. Qiymət yə əmək haqqı siyasəti mərkəzləşdirildi. Lakin bu
tədbirlər kifayət qədər səmərəli olmadı. Şəhər və kəndlərdə sosial
ziddiyyətləri kəskinləşdirən böhran nasional-sosialist təbliğatı üçün
85