АКР və kommunist yığıncaqları rəsmi olaraq qadağan edildi. Ölkədə
minillik dövlətin - Üçüncü reyxin yaradılmasına başlandı. Hökumət
1933-cü il martın 24-də xalqın və dövlətin fəlakətli vəziyyətini aradan
qaldırmaq haqqında qanunu parlamentdən keçirərək fövqəladə
səlahiyyətlər aldı. Buna görə hökumət reyxstaq və reyxsrata aid
məsələlər istisna olmaqla bütün digər sahələrdə qanunlar verə və
siyasi partiyaları buraxa bilərdi.
Ölkə həyatında mətbuat və nəşriyyat mühüm rol oynadığından
bütün çap işinə Hitlerin özü nəzarət edirdi. Xalqın vahid milli ideya
ətrafında birləşdirilməsində mətbuata böyük əhəmiyyət verilirdi.
İmperiyanın quruluşu dəyişikliyə uğradı. 1933-cü ilin aprel
ayında landtaqlar yerli ərazilərin hökumətlərini formalaşdınnaq
səlahiyyətindən məhrum edildilər. Aprelin 7-də qəbul edilən
vilayətlərin imperiya ilə qovuşması haqqında qanuna əsasən ərazi
administrasiyalarının başında duran valilər (ştathaltcr) nasional-
sosialistlərin nümayəndələrindən təyin olunmağa başladılar. Bir il
sonra, 1934-cü il yanvarın 30-da qəbul edilən qanuna görə landtaqlar
tamamilə ləğv olundu. Ştathalterlər imperiya hökumətinə tabe
edildilər. Bir ay sonra reyxsrat da fəaliyyətini dayandırdı.
1933-
cü il mayın 2-də həmkarlar ittifaqları qadağan olundu.
Bütün fəhlələr başlıca məqsədi əməyin mənafeyini qorumaq olan
Vahid alman əmək cəbhəsinə daxil edildilər. Əsas hüquqlar və
mətbuat azadlığı demək olar ki, ləğv edildi. Arzu olunmayan şəxslər
təqiblərə məruz qaldılar.
1933-
cü il iyunun 23-də Almaniya Sosial-Demokrat
Partiyası qadağan edildi. Əmlakı müsadirə olundu. Digər partiyalar da
özlərinin fəaliyyətlərini dayandırdılar. İyulun l4-də Nasional-
Sosialist Partiyasından başqa bütün partiyaların buraxılması haqqında
qanun qəbul edildi.
Reyxstaqın yandırılmasında təqsirli bilinən bolqar kommunisti
G.Dmitrov və bir qrup kommunist üzərində 1933-cü ilin sentyabr
ayında Leypsiqdə məhkəmə prosesi başlandı.
Amma Dmitrov məh
89