tirildi. İdman və mədəniyyət nazirliyi yaradıldı. İctimai iş yerləri
açıldı. Milli bank tamamilə dövlətin əlinə keçdi. Hərbi sənayenin bir
hissəsi milliləşdirildi. Ərzaq bazarını sabitləşdirmək üçün Taxıl
Bürosu yaradıldı.
Hökumət daxilində baş verən ixtilaflar proqramların reallaş-
dırılmasına mane olurdu. Hökumətin siyasəti kəskin narazılıq
yaradırdı. Qadağanlara baxmayaraq, ölkədən xaricə kapital
çıxarılması güclənmişdi. 1936-1937-ci illərdə xarici banklara 100
mlrd, frank keçirilmişdi. Ölkənin qızıl ehtiyatı 55 mlrd, dollara düşdü.
Bir ildə dövlət borcu 16 mlrd, artdı. Maliyyə böhranından çıxmaq
üçün hökumət frankın devalvasiyasını keçirdi. Frankın qızıl
ekvivalenti 30% aşağı salındı. Lakin bu da böhranın qarşısını ala
bilmədi. 1937- ci ildə fransız iqtisadiyyatını yeni böhran bürüdü.
İstehsalın səviyyəsi 1929-cu illə müqayisədə 70%-ə endi. İşsizlik və
inflyasiya artdı. Vəziyyətdən çıxmaqdan ötrü Leon Blüm maliyyə
sistemi üzərində nəzarət, kapitala əlavə vergi qoymaq və xaricə
kapital çıxarılmasını qadağan etmək sahəsində əlavə səlahiyyətlər
almaq istəsə də nəticəsi olmadı. Bu məsələnin müzakirəsi zamanı
demək olar ki, bütün partiyalar onun əleyhinə çıxdılar.
İspaniyada faşistlər respublika quruluşuna qarşı qiyam
qaldırdıqda Leon Blüm hökuməti qarışmamaq siyasəti elan edərək
İngiltərə ilə yaxınlaşdı. Ölkədə faşist təşkilatlarının buraxılması
haqqında qanun verilsə də hərbi faşist təşkilatlarının fəaliyyəti
dayandırılmadı. Odlu xaçlar və digər faşist təşkilatları gücləndi.
Hakimiyyət daxilindəki narazılıq nəticəsində 1937-ci ilin fevral
ayında Leon Blüm Xalq Cəbhəsi proqramının həyata keçirilməsində
fasilə elan etdi. Ancaq yenə də xalqın narazılığı səngimədi. Belə
vəziyyətdə 1937-ci ilin iyun ayında Leon Blüm istefaya getdi. Yeni
hökuməti sağ radikal Kamil Şotan təşkil etdi. İyun ayından
1938-
ci ilin martınadək hakimiyyətdə olan Şotan hökuməti vergiləri
artırdı, frankın alıcılıq qabiliyyətini möhkəmləndirdi. İyul ayında
frankın ikinci devalvasiyası keçirildi. Əvvəlki qanunların bir qismi,
0
cümlədən 40 saatlıq iş həftəsi ləğv edildi.
Bu hökumət xarici siyasət fəaliyyətində daxili
işlərə qa-
163
rışmamaq və faşizmi şimikləndinnək xətti yeritdirdi.
1938-ci ildə Şotan hökuməti istefaya getdi. Həmin il martın
13-də Leon Blüm ikinci dəfə hökumət qurdu. Onun geniş koalisiya- lı
hökumət yaratmaq təklifi qəbul edilmədi. Bu hökumət aprel ayında
istefaya getdi. Bundan sonra hakimiyyətə radikalların nümayəndəsi
Eduard Daladye (1884-1970) gəldi. 1938-ci il aprelin 10-dan 1940-cı
ilədək hakimiyyətdə olan Daladye hökuməti daxili siyasətdə bütün
siyasi partiyaları əməkdaşlığa çağırdı. O, parlamentdə çoxluq təşkil
edən partiya nümayəndələrindən ibarət hökumət yaratmaq
praktikasından əl çəkərək bütün partiyaların nümayəndələrindən
hökumət qurdu. Daladyeyə fövqəladə səlahiyyətlər verilməsi
məsələsində Milli Məclis 575 səslə onu dəstəklədi. Yalnız 5 nəfər bu
təklifin əleyhinə səs verdi.
Bütün partiyaları ətrafında toplayan Daladye yeritdiyi milli
birlik siyasəti nəticəsində Xalq Cəbhəsinin fəaliyyətinə son qoydu.
Xalq Cəbhəsinin məğlub olmasının başlıca səbəbi onun iştirakçıları
arasında dərin ideoloji fərqlərin hökm sünnəsi idi. Xalq Cəbhəsi
kütləvi ictimai-siyasi hərəkatın aparıcı qüvvəsinə çevrilə bilmədi.
İslahatların həyata keçirilməsində ardıcıllıq yox idi.
1938-ci ilin avqust ayında hökumət müəssisələrdə əlavə iş saatı
tətbiq etdi. Poçt və teleqraf rüsumları artırıldı. Fransız iqtisadiyyatını
sağlamlaşdırmaq məqsədilə Xalq Cəbhəsinin yeritdiyi sosial
istiqamətli siyasətdən imtina olundu. Sənaye və ticarət
müəssisələrinin gəlirlərinə qoyulan vergilər azaldıldı. Birbaşa
vergilər 8% artırıldı. Sənaye məhsulunun maya dəyəri aşağı salındı.
Daladye hökuməti Münhen sövdələşməsinə qoşulduqdan sonra
geniş şəkildə daxili siyasətlə məşğul olmağa başladı. İqtisadi inkişafa
xüsusi diqqət yetirildi.
1938-ci il noyabrın 12-də hökumətin yeni fövqəladə dekretləri
verildi. Bütün gəlirlər üzərinə qoyulan vergi 2% artırıldı. Mülkiyyət
vergisi çoxaldıldı. Kommunal xidmət tarifləri yüksəldildi. 6 günlük iş
həftəsi tətbiq edildi. İctimai işlər azaldıldı.
Qiymətlər üzərində
164