Sol blok hökumətlərinin xarici siyasətində Türkiyə də
özünəməxsus yer tuturdu. Hərbi müdaxilənin uğursuz olacağını başa
düşən fransızlar Türkiyə ilə yaxınlaşıb barışıq imzaladılar. Yaxın
Şərqdə bir sıra iqtisadi problemlərini həll etdilər.
Xalq Sol blok hökumətlərinin daxili və xarici siyasətindən
narazı idi. İri sənayeçilər öz kapitallarını xəlvəti olaraq ölkədən xaricə
çıxarırdılar. Xaricə kapital çıxarılması əgər 1924-25-ci illərdə 10
mlrd,
frank idisə, 1926-cı ildə bu məbləğ 17 mlrd, franka çatmışdı.
1925-ci ilin sonu - 1926-cı ilin birinci yarısında ölkədə daxili
siyasi mübarizə gücləndi. Penleve 1926-cı ilin iyul ayında istefaya
getdi. Yeni hökuməti Aristid Brian təşkil etdi. Lakin o da tezliklə
istefa verdikdən sonra prezident hökumət təşkil etməyi yenidən
Eduard Errioya tapşırdı. Ancaq parlament bu hökumətə etimad
göstərmədi. Ölkədə hökumət böhranı yarandı.
Milli birlik hökuməti
Parlamentdə uzun müzakirələrdən sonra yeni koalisiyah
hökumət yaradıldı. Bu hökumət Milli birlik adlandırıldı.
Milli birlik hökuməti 1926-cı ilin iyul ayından 1928-ci ilədək
hakimiyyətdə oldu. Onun tərkibinə respublikaçı sosialistlərin və
radikalların nümayəndələri daxil edildilər. Hökumətin başında fransız
və beynəlxalq işgüzar dairələrinin müdafiə etdiyi Puankare durdu.
Errio, Brian və Penleve də bu hökumətə daxil edildilər. Daxili siyasət
sahəsində hökumətin qarşısında duran başlıca vəzifə ölkədə maliyyə
sabitliyini təmin etmək idi. Məqsədə nail olmaqdan ötrü maliyyə
ekspertlərindən ibarət komitə yaradıldı. Qısa müddətdə iri kapital
üzərinə qoyulan vergi ləğv edildi. 1926-cı ilin dekabr ayında maliyyə
islahatı həyata keçirildi. Frank devalvasiya edilərək müharibədən
əvvəlki alıcılıq qabiliyyətinə yaxınlaşdırıldı. Müharibə vaxtı
buraxılan istiqrazların dəyəri ödənildi. Frank sabitləşdirildi. Ölkənin
maliyyə sistemi sağlamlaşdırıldı. Puankare frankın xilasedicisi adını
aldı. Maliyyə sisteminin sabitləşməsi və
154
inkişafında ABŞ və İngiltərədən alınan kreditlər mühüm rol oynadı.
1926-
1932-ci illərdə ölkənin qızıl ehtiyatı 18 mlrd, frankdan 83
mlrd, franka çatdırıldı. Kredit sistemi möhkəmləndirildi.
1927-
ci ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlki
dövrlə müqayisədə 3 dəfə artdı. Polad əridilməsinə görə ölkə 1913- cü
il səviyyəsinə 1928-ci ildə gəlib çatdı. Bütövlükdə, ölkədə sənaye
məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə yetişdi. Fransa
ümumi sənaye məhsulu istehsalı sahəsində Almaniya və İngiltərəni
ötüb keçərək ABŞ-dan sonra ikinei yeri tutdu. Bununla belə, fransız
sənayesi texniki cəhətdən hələ də geri qalırdı. Hökumət hərbi aviasiya
sənayesini yenidən qurdu. Müstəmləkələrə kapital qoyuluşu 10%-dən
20%-dək artdı. Fransanın xarici ticarətində müstəmləkələrin xüsusi
çəkisi çoxaldı. Müstəmləkələrin payı ixracatda 28%-ə, idxalatda isə
24%-ə çatdı. Fransaya xaricdən xeyli ucuz işçi qüvvəsi gəldi.
Hökumət sosial sahədə mühüm tədbirlər həyata keçirdi. 1926- cı
ildə qocalığa və əlilliyə pensiya, işsizliyə görə yardım verilməsi
haqqında qanunlar qəbul edildi.
Milli birlik hökuməti zamanında ölkədə şovinizm meylləri
gücləndi. Faşist təşkilatları xeyli fəallaşdı. Vətənpərvər gənclər
cəmiyyəti, 1927-ci ildə isə Odlu xaçlar faşist təşkilatları yaradıldı.
Ölkədə antialman əhval-ruhiyyəsi gücləndi.
Milli birlik hökumətinin xarici siyasəti Avropada Fransanın
hegemon rolunun möhkəmləndirilməsinə yönəlmişdi. 1927-ci il
aprelin 6-da ABŞ-ın birinci dünya müharibəsinə gimıəsinin onuncu
ildönümü münasibəti ilə Brian ABŞ-la ikitərəfli münasibətlərdə
müharibələrdən imtina olunması haqqında təklif irəli sürdü. ABŞ- ın
bəyəndiyi, lakin təkcə Fransa ilə deyil, digər dövlətlərlə də çoxtərəfli
əsasda imzalanmasını təklif etdiyi bu sənəd Brian-Kelloq paktı adını
aldı. 1928-ci il avqustun 27-də Parisdə İngiltərə, Belçika, Almaniya,
İtaliya, Polşa, Fransa, Çexoslovakiya və Yaponiya bu paktı
imzalayaraq milli siyasətdə müharibələrdən imtina etmək və
mübahisəli məsələləri dinc yolla həll etmək barədə qarşılıqlı öhdəlik
götürdülər.
Beləliklə,
Fransa özünün
155