Panavropa planını həyata keçirməyə başladı. Lakin ABŞ və Almaniya
Fransanın Avropada hegemon rol oynamasına qarşı çıxdıqlarından bu
planın reallaşdırılması çətinliklərlə üzləşdi.
1927-ci ildə ölkədə seçki islahatı həyata keçirildi. Parlament iri
partiya və koalisiyaların seçkidə iştirakını fəallaşdırmaq üçün əvvəlki
mojaritar sistem bərpa edildi. Yeni seçki qanunu əsasında
1928-
ci il aprelin 22-29-da deputatlar palatasına seçkilər keçirildi.
Seçkilərdə sağ partiyalar 266 mandat, Sol blok isə 256 mandat aldı.
Puankare yenidən hökumət təşkil etdi. O, 1928-ci ilin aprel ayından
1929-
cu ilin iyulunadək baş nazir vəzifəsində işlədi. Hökumətin
daxili siyasəti başlıca olaraq iqtisadiyyatın səmərəliliyinin
artırılmasına və sosial problemlərin həllinə yönəlmişdi. Puankare
hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində frank sabitləşdi,
sənaye məhsulu istehsalı artdı, əmək məhsuldarlığı yüksəldi, istehsal
və kapitalın təmərküzləşməsi gücləndi, xaricə kapital ixracı
genişləndi. Puankare hökumətinin dini siyasəti, xüsusən missioner
məktəblərin açılmasına icazə verməsi narazılıqla qarşılandı.
Puankare xəstəliyi ilə əlaqədar olaraq istefaya getdikdən sonra
yeni baş nazir Aristid Brian oldu. Brian yalnız iyul ayından oktyabr
ayınadək bu vəzifədə işlədi. Ondan sonra 1929-cu ilin oktyabr
ayından - 1931-ci ilədək baş nazir Andre Tardye oldu. Hökumət daxili
siyasətdə beşillik planın yerinə yetirilməsini irəli sürdü.
Bu məqsədlə
dövlət büdcəsindən 5 mlrd, frank ayrıldı.
Dünya iqtisadi böhranı başqa ölkələrə nisbətən Fransada bir az
gec, 1930-cu ilin payızında başlandı. Böhranın gec baş verməsinin
əsas səbəbləri son illərdə fransız iqtisadiyyatı üçün əlverişli şəraitin
mövcudluğu, frankın alıcılıq qabiliyyətinin
3
diksək olması və
Almaniyadan alman təzminatlarla bağlı idi. Buna baxmayaraq,
Fransada böhran digər ölkələrə nisbətən dərin oldu. Sənaye istehsalı
aşağı düşdü. İxrac üçün işləyən sənaye sahələri zərər çəkdi. İpək
istehsalı azaldı. İqtisadiyyat üzərində dövlət nəzarətinin qurulmasını
tələb edən qüvvələrin fəaliyyəti gücləndi. Orta təbəqə müflisləşdi.
1930-1932-ci illərdə kiçik tacirlərin sayı 100
min nəfər azal-
156
Sol blok hökuməti
Seçki ərəfəsində sollar yenidən birlik yaratdılar. Onlar strateji
əhəmiyyətli sahələrin və müəssisələrin milliləşdirilməsi hesabına
dövlət bölməsini genişləndirmək, hərbi xərcləri azaltmaq, vahid
dövlət sığorta sistemi yaratmaq, əmək münasibətlərini tənzimləmək
proqramını irəli sürdülər. 1932-ci ilin may ayında keçirilən seçkilərdə
sollar qələbə çaldılar. Onlar 368, radikallar 157, Fəhlə
İnternasionalının fransız bölməsi 129 mandat aldı. Baş nazir sol
partiyaların dəstəyi ilə Eduard Errio seçildi. Sol blok hökuməti
yaradıldı. 1932-1934-cü illərdə ölkədə 5 dəfə hökumət dəyişdi.
1931-ci ildə Huver moratoriumu qəbul edildikdən sonra Fransa
Almaniyadan istədiyi təzminatı ala bilmədi. Almaniyaya qarşı
təbliğat kampaniyası gücləndi. Xarici siyasətin dəyişdirilməsi ölkədə
fəal müzakirə obyektinə çevrildi. Fransanın Hind-Çin, Mərakeş və
Əlcəzairdəki müstəmləkələrində üsyanlar baş verdi. Hökumət 1932-ci
ilin noyabr ayında SSRİ ilə hücum etməmək haqqında paktı imzaladı.
İki ölkə arasında qarşılıqlı ticarət əlaqələri genişləndirildi.
1933-
cü ildən 1934-cü il fevralın 7-dək Fransanın baş naziri
Eduard Daladye oldu. Bu dövrdə ölkə prezidenti Şari Lebren idi.
Almaniyada nasional-sosializm hakimiyyət başına gəldikdən
sonra Fransada da faşist təşkilatları gücləndi. Ölkədə millətçi
qrupların və faşist təşkilatlarının güclənməsinin başlıca səbəbi
Almaniyadan gələn təhlükə ilə bağlı idi. Almaniya xarici siyasətinin
məqsədləri Fransa cəmiyyətini qorxuya salmışdı. Fransız faşist
təşkilatlarının əsas məqsədi ölkədə parlament quruluşunu ləğv etmək
və diktatura yaratmaq idi. 1934-cü il fevralın 6-da Parisdə faşist
qiyamı baş verdi. 20 min faşist küçələrə çıxaraq rüşvətxor məmurların
və deputatlar palatasının qovulmasını tələb etdilər. Aksen fransez,
Feso, Mübariz xaçlar. Kral cəngavərləri və Vətənpərvər gənclər
təşkilatları xüsusilə fəal idilər. Polis qiyamçıları darmadağın edərək
ölkədə faşist təhlükəsinin qarşısını aldı.
Faşistlərin hərəkətinə
158