Macarıstan 1919-1923-cü illərdə
Avqustun 4-də rumın ordulan Budapeştə daxil oldu. Peydi
hökuməti devrildi. Devrilməmişdən əvvəl bu hökumət inqilabi
tribunalları ləğv edərək köhnə quruluşu bərpa etdi. Siyasi məhbusları
azadlığa buraxdı. Milliləşdirilmiş müəssisələr sahiblərinə qaytarıldı.
Hakimiyyətə iri fabrik sahibi olan İştvan Fridrix gəldi. Buna
baxmayaraq, ölkədə üç hakimiyyət mərkəzi formalaşmışdı: Buda-
peştdən şərqdəki əraziləri nəzarətdə saxlayan rumın ordusunun
hakimiyyəti; İştvan Fridrix hökuməti; Dunay ətrafında yerləşən kontr-
admiral Mikloş Xortinin milli ordusu. Real güc Xortinin tərəfində idi.
Ölkədə qarışıq vəziyyət yaranmışdı. Belə şəraitdə cəmiyyət möhkəm
idarəçiliyə ehtiyac duyurdu. Antanta ölkələrinin razılığı ilə rumın
orduları Budapeştdən çıxarıldıqdan sonra Xortinin hərbi hissələri
noyabrın 14-də paytaxta daxil oldu. Noyabrın 16-da Xorti özü
Budapeştə gəldi. İştvan Fridrix onu təntənə ilə qarşıladı. Xorti bundan
əvvəl Avstriya-Macarıstan monarxiyası donanmasının komandanı
olmuş, sonralar isə özünü ali baş komandan elan etmişdi. Noyabrın
23-də Xortinin təklifi ilə yeni mərkəzləşdirilmiş koalisiyah hökumət
yaradıldı. Bu hökumətə Karoy Qusar başçılıq etdi. Hökumət 1920-ci
il yanvarın 25-də Milli Məclisə seçkilər təyin etdi. Fevralın 13-də
Macarıstanda monarxiya bərpa olundu. Qusar hökuməti istefaya
getdi. Yeni baş nazir vəzifəsinə vəkil Şandor Şimoni-Şemodan təyin
edildi. Martın 1-də Xorti Macanstan Dövlət Şurasında regent - macar
krallığının hökmdarı seçildi. Regent parlamenti çağıra və buraxa
bilərdi. Onun əlində qanunvericilik səlahiyyətləri cəmləndi. O, həm
də ordunun ali baş komandanı idi. Regent səfirləri təyin və qəbul
edirdi. Müharibə və sülh məsələsinin parlamentdə təsdiqi daha çox
Xortinin iradəsindən asılı idi. Xorti sağ radikal hərəkatın və
tədbirlərin əleyhinə çıxırdı. Beləliklə, Macarıstanda hakimiyyət
strukturlarının formalaşdırılmasmda şəxsiyyət amili başlıca rol
oynadı.
1920-ci ilin yanvar ayında Parisdə Antanta
ölkələri ilə macar
277