X
BÖLÜM
RUMINİYA
Birinci dünya müharibəsinin Rumıniya üçün nəticələri
Rumıniya 1916-cı ilin avqust ayında Antanta bloku ölkələri
tərəfdən müharibəyə qoşuldu. Aparılan hərbi əməliyyatlardakı
çətinliklər ölkədə ağır sosial-iqtisadi vəziyyət yaratdı. Müharibənin
son mərhələsində Rumıniyanın siyasi həyatı sabitsizlik və hökumət
böhranları ilə səciyyələnirdi. Bir-birinin ardınca baş verən
dəyişikliklər hakimiyyət böhranını daha da dərinləşdirdi. 1918-ci ilin
yanvar ayında baş nazir İon Bratianu istefaya çıxdı. Baş nazir
A.Marqiloman oldu. Sosial-iqtisadi vəziyyət yenə də ağır idi.
Qiymətlər artdı. Rumın pulunun Oeu) alıcılıq qabiliyyəti aşağı düşdü.
Hərbi əməliyyatların aparılması çətinləşdi. Müharibədə
Rumıniya məğlub oldu. Mayın 7-də A.Marqiloman hökuməti
Buxarestdə Almaniya bloku ölkələri ilə sülh bağladı. Sülh
müqaviləsinin şərtlərinə görə Rumıniya Cənubi Dobrucanı bütün
sərvətləri ilə birlikdə 50 il istismar etmƏk hüququnu Almaniyaya
verdi. Bu sülh Antanta ölkələrinin mövqelərinə mənfi təsir etsə də
müharibənin ümumi gedişində Rumıniyanın əvvəlki müttəfiqlərinin
qələbələrinə əngəl ola bilmədi.
Rumın kralı Ferdinand Buxarest sülh müqaviləsini təsdiq
etməkdən boyun qaçırdı. Belə olduqda Marqiloman istefa verməyə
məcbur oldu. Hakimiyyətə Liberal Partiyasının lideri Jonel Bratianu
qayıtdı. Fəhlə, əsgər və kəndli hərəkatı artdı.
Lakin hökumət müxtəlif
sosial proqramları həyata keçirərək cəmiyyətdəki qarşıdurmanı və
inqilabi hərəkatı zəiflətdi.
Müharibənin sonunda Almaniya blokundan ayrılan Rumıniya
yenidən Antanta bloku tərəfə keçərək Avstriya-Macanstana qarşı
hərbi əməliyyatlara başladı. Rumıniya orduları Transilvaniya və
Bukovinada döyüşürdü. Avstriya-Macarıstanın tərkibində olan
Transilvaniyada Rumıniyaya birləşmək hərəkatı gücləndi. Dekab
286
rın 1-də Transilvaniya Rumıniyaya birləşdirildi. Xarici siyasət
sahəsində Bratianu hökumətinin geniş planları hazırlanmışdı.
Rumıniyanın xarici siyasətinin başlıca məqsədi rumın torpaqlarını
bütövləşdirməyə nail olmaq idi.
Rumıniya Paris sülh konfransına qalib dövlətlərin cərgəsində
qatıldı. Rumınlar Paris sülh konfransında Transilvaniya, Banat,
Cənubi və Şimali Bukovinanı, Bessarabiyanı birləşdirmək istəyinə
çatmadıqda Versal sülh müqaviləsini imzalamadı. Rumıniya
Macarıstana qarşı hərbi əməliyyatlara başladı. Lakin Antanta ölkələri
Rumıniyanı bu məsələdə müdafiə etmədilər. Eyni zamanda onun
sərhədlərini dəqiqləşdirməyə də tələsmədilər.
Qalib dövlətlər cərgəsində olmasına baxmayaraq, müharibə
Rumıniya iqtisadiyyatına mənfi təsir göstərdi. Müharibə nəticəsində
sənaye məhsulu istehsalı xeyli azaldı. Ölkə iqtisadiyyatı bərbad hala
düşmüşdü. Rumıniya iqtisadiyyatında xarici kapital mühüm rol
oynayırdı. Sənayedəki kapitalın 78%-i xarici dövlətlərə məxsus idi.
Əgər müharibədən əvvəl rumın iqtisadiyyatında Almaniya və Avstriya
kapitalı mühüm rol oynayırdısa, müharibədən sonra onların yerini
ingilis və fransız kapitalı tutdu. Neft sənayesindəki sərmayələrin 3/4
hissəsi xarici kapitala məxsus idi. Rumıniyanın neft sənayesində
İngiltərə, Hollandiya, Belçika və ABŞ kapitalı üstünlük təşkil edirdi.
Xarici kapital qoyuluşu nəticəsində Transil- vaniyada zəngin enerji
məhbələri,
dağ-mədən, metallurgiya və neft sənayesi inkişaf etdi.
Dünya müharibəsinin Rumıniya üçün bir sıra ciddi siyasi
nəticələri oldu. Sen-Jermen, Trianon və Neyi sülh müqavilələrinə görə
Transilvaniya, Bukovina, Banatın şərq hissəsi, Bessarabiya,.Mar-
mireş, Krişan və Cənubi Dobruca Rumıniyaya birləşdirildi. Bunun
nəticəsində Rumıniyanın ərazisi iki dəfə genişlənərək 1912-ci ildəki
130 min kv. km.-dən 1920-ci ildə 295 min kv. km oldu. Ölkə
əhalisinin sayı 7,1 mln. nəfərdən 15,5 mln. nəfərə çatdı. Bunların
26%-i macar, alman, yəhudi, slavyan, türk-tatar və b. idi. Zəngin təbii
sərvətləri və sənaye sahələri olan Transilvaniya və Banatın ölkə
ərazisinə birləşdirilməsi nəticəsində iqtisadiyyat xeyli inkişaf etdi.
Neft sənayesində uğurlar qazanıldı. Lakin Rumıniya hələ də
287