Rumıniya dünya iqtisadi böhranı illərində
Dünya iqtisadi böhranı Rumıniya iqtisadiyyatında sənayedən
başladı. Sənaye istehsalı 1931-ci ildə 1928-ci illə müqayisədə 60%
aşağı düşdü. Metallurgiya zavodları bağlandı. Böhran nəqliyyatın
işini iflic etdi. Dəmiryollarında yük daşımaları xeyli azaldı. Böhran
ölkənin maliyyə sisteminə ciddi zərbə vurdu. Banklar iflasa uğradı.
Sənaye və maliyyə sistemindəki böhran aqrar sahəyə də təsir etdi.
Kənd təsərrüfatı ağır vəziyyətə düşdü. Kəndlilər müflisləşdi. İşsizlik
çoxaldı. Kəndlər boşaldı.
Xarici kapitalın təsiri gücləndi. Təkcə sənayedə xarici kapitalın
payı 75%-ə çatdı.
Rumıniyanın daxili siyasi həyatı sabitsizliklə səciyyələnirdi.
Faşist meylləri güclənirdi. Hökumət daxilində də ixtilaflar və
sabitsizlik artdı. 1929-cu ilin əvvəllərindən 1933-cü ilin sonunadək
ölkədə 10 hökumət dəyişildi. Yoqda-Areetoyanidən (aprel 1931-ci il -
may 1932-ci il) başqa bütün hökumətləri Milli-Tsaranist Partiya təşkil
etdi. Ölkədən qovulmuş Karol 1930-cu ilin iyun ayında Rumıniyaya
qayıtdı. O, keçmiş aqrarilərdən və millətçilərdən ibarət
Milli-Tsaranist Partiyasına arxalanaraq çevriliş edib özünü kral elan
etdi. Kral parlamentin fəaliyyətini dayandıraraq əlinə geniş
səlahiyyətlər keçirdi. O, 1930-cu ildə Dəmir qvardiya adlı faşist
partiyasını yaratdı. Daxili siyasət sahəsində ölkənin iqtisadi və siyasi
həyatının sağlamlaşdırılması planı işlənib hazırlandı. Bu plana görə
iqtisadiyyat liberallaşdırılır və xarici kapitalın fəaliyyəti üçün əlverişli
şərait yaradılırdı. İdarəçilik sahəsində də islahatlar həyata keçirildi.
Dövlət qulluqçularının sayı azaldıldı.
Rumıniyanın xarici siyasəti təzadlı idi. Böyük dövlətlər rumın
hökumətinə təzyiq edirdilər. Buna görə də Rumıniya hərbi xərcləri
artırırdı. Rumın hökuməti Polşa ilə yaxınlaşdı. 1929-cu ildə Rumıniya
ilə Polşa arasında imzalanan ikitərəfli müqavilə ilə təhlükəsizlik,
siyasi və iqtisadi əməkdaşlıq məsələləri qaydaya salındı. Rumıniya
hökuməti Millətlər Cəmiyyətindən istifadə edərək beynəlxalq
mövqelərini möhkəmləndirdi. 1933-cü ilin fevral ayında Rumıniya
Millətlər Cəmiyyəti xətti ilə fransız istiqrazları aldı. Ölkə
iqtisadiyyatında Fransa kapitalının
xüsusi çəkisi
293