BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə96/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   92   93   94   95   96   97   98   99   ...   120

20-ci  illərdə  Rumıniya  həyatının  səciyyəvi  cəhətlərindən  biri 
kral böhranının yaranması oldu. Rumıniya kralı Ferdinandın varisi II 
Karol idi. 1925-ci il dekabrın 10-da baş nazir Bratianu onu hərbi hava 
limanının tikintisinə artıq pul xərcləndiyinə görə təqsirləndirdi. Bu isə 
qarşıdurma  yaratdı.  Parlament  Karolu  kral  və  varis  təyin  etmək 
hüququndan məhrum etdi. Buna qədər o, 1918-ci ildə də bir dəfə bu 
hüquqdan məhrum edilmişdi. Karol 1926-cı ildə xaricə getdi. Onun 
yerinə dörd yaşlı oğlu Mixay varis oldu. Lakin Karol geri qayıtmaq 
üçün orduda və milli-tsaranistlər arasında geniş təbliğata başladı. 
Martın 30-da parlament yeni seçki qanunu qəbul etdi. Qanuna 
görə  səslərin  40%-ni  və  ya  çoxunu  alan  partiya  deputat  yerlərinin 
75%-nə  yiyələnirdi.  Bu  qanun  əsasında  həmin  ilin  may  ayında 
keçirilən  seçkilərdə  Xalq  Partiyası  qələbə  çaldı.  Onlar  292,  milli- 
tsaranistlər  69,  hakimiyyətdə  olan  milli-liberallar  isə  yalnız  16  yer 
aldılar. Xalq Partiyasının lideri Averesku hökumət yaratdı. Averesku 
hökumətinin  daxili  siyasəti  rumın  milli  iqtisadiyyatının  inkişaf 
etdirilməsi  üçün  proteksionizm  tətbiq  edib  xarici  kapitalın  ölkəyə 
daha çox girməsinə mane olmaq idi. Lakin bu siyasət xarici kapitalın 
ciddi  narazılığa  səbəb  oldu.  Müxalifət  hökumətin  siyasətini  daha 
kəskin tənqid etdi. Averesku istefaya getdi. 1927-ci ilin iyul ayında 
Bratianu yenidən hökumət yaratdı. Bratianu zamanında ölkədə siyasi 
sabitsizlik  artdı.  Həmin  ilin  iyul  ayında  kral  Ferdinand  öldü.  Onun 
nəvəsi, Karolun oğlu Mixay kral oldu. Noyabnnda isə Bratianu vəfat 
etdi. Yeni hökumət yaradıldı. 
Vintil  Bratianu  hökuməti  Monarxiyanın  mühafizəsi  haqqında 
qanunu  parlamentdə  qəbul  etdirdi.  Müxalifət  isə  xaricə  qovulmuş 
Karolla  əlaqələrini  gücləndirdi.  Buna  cavab  olaraq  V.Bratianu 
Karolla əlaqələr saxlayan siyasətçiləri və zabitləri həbs etdi. 
İqtisadi vəziyyətin ağırlaşması da milli-liberalları çətinliyə saldı. 
Böhran  yarandı.  Kasıblıq  və  işsizlik  artdı.  Milli-liberallara  qarşı 
narazılıq gücləndi. Belə şəraitdə milli-tsaranistlər vergiləri azaltmağı 
və kəndlilərə kredit verməyi vəd etdiklərindən onların nüfuzu artdı. 
Milli-liberal hökumətlərin xarici siyasəti Rumıniyanın bey 
291 


nəlxalq  mövqelərinin  gücləndirilməsinə  yönəlmişdi.  1924-cü  ilin 
mart  ayında  Vyanada  keçirilən  SSRİ-Rummiya  konfransında  sovet 
hökuməti  Bessarabiyadan  de-yure  imtina  etdi.  Rumın  hökuməti  ilk 
növbədə  qonşu  dövlətlərlə  münasibətlərini  tənzimlədi.  1926-cı  ilin 
mart ayında Rumıniya ilə Polşa arasında təminat müqaviləsi bağlandı. 
Bu  müqaviləyə  görə  sərhədlərin  qorunmasına  qarşılıqlı  təminat 
verilirdi.  İki  ölkə  arasında  gizli  hərbi  konvensiya  da  bağlandı. 
Qarşılıqlı  hərbi  yardım  haqqında  öhdəlik  götürüldü.  Rumıniyanın 
digər Avropa dövlətləri ilə münasibətləri yaxşılaşdı. Həmin ilin i)oın 
ayında imzalanan rumın-fransız müqaviləsinə görə müharibə olacağı 
təqdirdə  Fransa  hərbi  yardım  etməli  idi.  Fransa  Bessarabiyanm 
birləşdirilməsini  tanıdı.  İtaliya  və  Böyük  Britaniya  ilə  əlaqələr 
gücləndi. Bu dövlətlərlə müvafiq sənədlər imzalandı. Sentyabr ayında 
İtaliya  ilə  imzalanmış  dostluq  və  qardaşlıq  haqqında  müqaviləyə 
əsasən  Rumıniya  ərazisinin  bütövlüyünün  qorunmasına  təminat 
verildi.  İtaliya  hökuməti  Rumıniyaya  200  mlrd,  lirə  istiqraz  verdi. 
İtaliyanlar  Rumıniya  neft  sənayesində  konsessiyalar  aldı.  Rumın 
hökuməti  digər  dövlətlərlə  də  münasibətlərini  yaxşılaşdırdı. 
Rumıniya  Almaniya  və  Yaponiya  ilə  hücum  etməmək  və  arbitraj 
haqqında  müqavilələr  imzaladı.  Bu  müqavilələr  Rumıniyanın 
beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə kömək etdi. 
Yaranmış  mürəkkəb  şəraitdə  Regent  Şurası  hakimiyyəti  milli- 
tsaranistlərə  vennək  məcburiyyətində  qaldı.  1928-ci  ilin  noyabr 
ayında Yuliu Maniu birinci milli-tsaranist hökumətini qurdu. 
Dekabr ayında keçirilən  seçkilərdə hələ 1926-cı  ildə birləşmiş 
Milli-Tsaranist  Partiyası  qələbə  qazandı.  Onlar  324  mandat,  milli- 
liberallar  isə  yalnız  13  mandat  aldılar.  Yenidən  baş  nazir  olan 
Y.Maniu  1931-ci  ilədək  bu  vəzifədə  işlədi.  Maniu  hökuməti  daxili 
siyasətində  ilk  növbədə  1929-cu  ilin  avqust  ayında  aqrar  islahat 
həyata keçirdi.  İmkanlı şəxslər, o cümlədən mülkədarlar kəndlilərin 
torpaqlarını satın almağa başladılar. Ölkə sənayesinə xarici kapitalın 
axını  gücləndi.  Lakin  dünya  iqtisadi  böhranı  islahatların  həyata 
keçirilməsinə mənfi təsir etdi. 
292 


Rumıniya dünya iqtisadi böhranı illərində 
Dünya  iqtisadi  böhranı  Rumıniya  iqtisadiyyatında  sənayedən 
başladı.  Sənaye  istehsalı  1931-ci  ildə  1928-ci  illə  müqayisədə  60% 
aşağı  düşdü.  Metallurgiya  zavodları  bağlandı.  Böhran  nəqliyyatın 
işini iflic etdi. Dəmiryollarında  yük daşımaları xeyli azaldı. Böhran 
ölkənin maliyyə sisteminə ciddi zərbə vurdu. Banklar iflasa uğradı. 
Sənaye  və  maliyyə  sistemindəki  böhran  aqrar  sahəyə  də  təsir  etdi. 
Kənd təsərrüfatı ağır vəziyyətə düşdü. Kəndlilər müflisləşdi. İşsizlik 
çoxaldı. Kəndlər boşaldı. 
Xarici kapitalın təsiri gücləndi. Təkcə sənayedə xarici kapitalın 
payı 75%-ə çatdı. 
Rumıniyanın  daxili  siyasi  həyatı  sabitsizliklə  səciyyələnirdi. 
Faşist  meylləri  güclənirdi.  Hökumət  daxilində  də  ixtilaflar  və 
sabitsizlik  artdı.  1929-cu  ilin  əvvəllərindən  1933-cü  ilin  sonunadək 
ölkədə 10 hökumət dəyişildi. Yoqda-Areetoyanidən (aprel 1931-ci il - 
may 1932-ci il) başqa bütün hökumətləri Milli-Tsaranist Partiya təşkil 
etdi. Ölkədən qovulmuş Karol 1930-cu ilin iyun ayında Rumıniyaya 
qayıtdı.  O,  keçmiş  aqrarilərdən  və  millətçilərdən  ibarət 
Milli-Tsaranist Partiyasına arxalanaraq  çevriliş edib özünü kral elan 
etdi.  Kral  parlamentin  fəaliyyətini  dayandıraraq  əlinə  geniş 
səlahiyyətlər  keçirdi.  O,  1930-cu  ildə  Dəmir  qvardiya  adlı  faşist 
partiyasını yaratdı. Daxili siyasət sahəsində ölkənin iqtisadi və siyasi 
həyatının  sağlamlaşdırılması  planı işlənib  hazırlandı.  Bu plana  görə 
iqtisadiyyat liberallaşdırılır və xarici kapitalın fəaliyyəti üçün əlverişli 
şərait  yaradılırdı.  İdarəçilik  sahəsində  də  islahatlar  həyata  keçirildi. 
Dövlət qulluqçularının sayı azaldıldı. 
Rumıniyanın  xarici  siyasəti təzadlı idi. Böyük dövlətlər rumın 
hökumətinə  təzyiq  edirdilər.  Buna  görə  də  Rumıniya  hərbi  xərcləri 
artırırdı. Rumın hökuməti Polşa ilə yaxınlaşdı. 1929-cu ildə Rumıniya 
ilə  Polşa  arasında  imzalanan  ikitərəfli  müqavilə  ilə  təhlükəsizlik, 
siyasi  və  iqtisadi  əməkdaşlıq  məsələləri  qaydaya  salındı.  Rumıniya 
hökuməti  Millətlər  Cəmiyyətindən  istifadə  edərək  beynəlxalq 
mövqelərini  möhkəmləndirdi.  1933-cü  ilin  fevral  ayında  Rumıniya 
Millətlər  Cəmiyyəti  xətti  ilə  fransız  istiqrazları  aldı.  Ölkə 
iqtisadiyyatında Fransa kapitalının xüsusi çəkisi 
293 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə