BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə92/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   88   89   90   91   92   93   94   95   ...   120

1922-ci ildə İştvan Betlen Birlik Partiyasını yaratdı. Bu partiya 
təxminən 25 il hakimiyyətdə qaldı. Həmin il ümumi seçki hüququ və 
parlamentə gizli səsvermə ləğv olundu. Milli ruh gücləndirildi. 
Betlen hökuməti 1920-ci ildə qəbul edilmiş aqrar islahatı həyata 
keçirdi. 230 min kəndli torpaq aldı. Kənd təsərrüfatı inkişaf etdi. 
Macarıstan 1924-1929-cu illərdə 
1924-
 
cü  ildən  etibarən  Macarıstan  iqtisadiyyatında  sabitləşmə 
və  yüksəliş  başlandı.  Qərbi  Avropa  dövlətləri,  ABŞ  və  Millətlər 
Cəmi)^əti Macarıstana istiqrazlar verdi. 1924-28-ci illərdə Macarıstan 
1,5  mlrd,  penge  istiqraz  aldı.  Maliyyə  sistemi  sabitləşdi.  Sənaye 
sürətlə inkişaf etməyə başladı. Xarici ticarət dövriyyəsi artdı. Maliyyə 
yardımlanndan  düzgün  istifadə  edilməsi  sayəsində  Macarıstanda 
sənaye istehsalı 1927-ci ildə müharibədən əvvəlki səviyyəyə çatdı. 
1925-
 
ci  ilin  aprel  ayında  Macarıstan  Sosialist  Fəhlə  Partiyası 
yaradıldı.  Həmin  ilin  avqust  ayında  isə  Vyanada  Macarıstan 
Kommunist  Partiyasının  birinci  qurultayı  keçirildi.  Qurultayda 
mövcud rejimə qarşı mübarizə proqramı irəli sürüldü. Lakin bu illərdə 
Macarıstanda  fəhlə  hərəkatı  xeyli  zəif  idi.  Kommunist  Partiyası  və 
Sosialist Fəhlə Partiyası bu hərəkatın Önündə getsə də onların sosial 
bazası  demək  olar  ki,  yox  idi.  Hökumətin  uğurlu  sosial-iqtisadi 
siyasəti bu partiyaları güclü sosial dayaqdan məhrum etmişdi. 
Xarici  siyasət  sahəsində  macar  hökumətinin  qarşıya  qoyduğu 
başlıca  vəzifə  Trianon  sülh  müqaviləsinə  yenidən  baxılmasına  nail 
olmaq idi. Lakin beynəlxalq şərait bu istəklərin həyata keçirilməsinə 
imkan vermirdi. Bununla belə, bəzi dövlətlər, o cümlədən İtaliya sülh 
müqaviləsinin şərtlərinə  yenidən baxılması məsələsində Macarıstanı 
müdafiə edirdi. Macar hökuməti xarici siyasətdə regiona xüsusi diqqət 
yetirirdi. Balkan ölkələri ilə münasibətlər yaxşılaşdırıldı. 1927-ci ilin 
aprel ayında İştvan Betlen İtaliyaya səfər etdi. Səfər zamanı iki ölkə 
arasında dostluq, məsləhətləşmə 
279 


və  arbitraj  haqqında  müqavilə  və  bu  müqaviləyə  əlavə  olaraq 
Macarıstana italyan silahının satılması barədə gizli sənəd imzalandı. 
Bu illərdə macar hökumətinin xarici siyasəti ABŞ, İngiltərə və İtaliya 
tərəfindən müdafiə edilirdi. 
Macarıstan dünya iqtisadi böhranı illərində 
1929-cu ilin ortalarından başlayan dünya iqtisadi böhranı macar 
iqtisadiyyatına  sarsıdıcı  zərbə  vurdu.  Yığılıb  qalan  sənaye  və  kənd 
təsərrüfatı məhsullan satışı reallaşmadı. Sənaye istehsalı aşağı düşdü. 
Yüngül  sənaye  sahələri  böhrandan  ziyan  çəkdi.  Orta  və  xırda 
müəssisələr  iflasa  uğradı.  Buna  baxmayaraq,  sənaye  böhranı 
istehsalın  və  kapitalın  təmərküzləşməsini  sürətləndirdi.  Böhran 
maliyyə  sistemini  sıradan  çıxardı.  Şəhər  əhalisi  və  qulluqçuların 
vəziyyəti pisləşdi. İşsizlərin sayı xeyli artdı. Sənayedə işsizlərin sayı 
241 min, kənd təsərrüfatında isə 600 min nəfərə çatdı. Dünya iqtisadi 
böhranı  macar  hökumətini  çətin  vəziyyətə  saldı.  1931-ci  ilin 
fevral-mart  aylannda  Xorti  iqtisadi  və  siyasi  böhran  məsələlərini 
müzakirə etmək üçün Dövlət Şurasını çağırdı. Şura iclasında İştvan 
Betlen hökumətinin tədbirləri kəskin tənqid edildi. 
Həmin  ilin  iyun  ayında  keçirilən  seçkilərdə  hakim  Birlik 
Partiyası  qələbə  çalsa  da  qazanılan  mandatların  sayı  əvvəlki  illə 
müqayisədə  az  idi.  Parlamentin  birinci  iclasında  İştvan  Betlen 
hökuməti  yaranmış  sosial-iqtisadi  vəziyyət  üçün  təqsirkar  hesab 
edildi. Hökumət istefa verdi. Avqustun 21-də baş nazir vəzifəsinə qraf 
Dyula Karoyi təyin edildi. Hökumətin başlıca vəzifəsi ölkəni iqtisadi 
böhrandan çıxarmaq idi. Sentyabrın 19-da hökumət ölkədə fövqəladə 
vəziyyət  tətbiq  etdi.  Lakin  həyata  keçirilən  tədbirlər  ciddi  nəticə 
vermədi. Dyula Karoyi hökuməti istefaya getdi. Əvvəllər hərbi nazir 
vəzifəsində işləmiş general Dyula Gembeş 1932-ci il oktyabrın 2-də 
baş  nazir  təyin  edildi.  O,  hakim  partiyanın  adını  dəyişdirərək  Milli 
Birlik  Partiyası  adlandırdı.  Sosial-  Demokrat  Partiyasının  fəaliyyəti 
qadağan olundu. Gembeş 95 
280 


maddədən ibarət hökumət proqramını irəli sürdü. Bu proqram macar 
millətinin dirçəldilməsini və ölkənin böhrandan çıxarılmasını nəzərdə 
tuturdu. D.Gembeş fövqəladə vəziyyəti ləğv etdi. 1933-cü ildə sənaye 
məhsulunun  ümumi  həcmi  1927-ci  illə  müqayisədə  2,8  mlrd, 
pengedən 1,7 mlrd, pengeyə düşdü. 
Dünya iqtisadi böhranı illərində Macarıstanın xarici siyasətində 
Avropa  ölkələri  ilə  münasibətlər  xüsusi  yer  tuturdu.  İtaliya  ilə 
münasibətlər  inkişaf  etdirildi.  Macarıstanın  Kiçik  Antanta  ölkələri 
olan  Çexoslovakiya,  Yuqoslaviya  və  Rumıniya  ilə  münasibətləri 
kəskin  olsa  da  Böyük  Britaniya  və  Fransa  ilə  münasibətlər  inkişaf 
etdirildi.  Macar-alman  münasibətləri  də  rəvan  inkişaf  edirdi.  Macar 
hökuməti  Avstriya  ilə  münasibətlərini  yaxşılaşdırdı.  1931-ci  il 
yanvann  26-da  dostluq,  qarşılıqlı  yardım  və  əməkdaşlıq  haqqında 
Avstriya-Macanstan  müqaviləsi  imzalandı.  Macarıstan  hökuməti 
dünya  iqtisadi  böhranı  illərində  bolşevizmin  yayılmasına  qarşı 
mübarizədə Avropa ölkələri ilə ittifaqda çıxış edirdi. 
Macarıstan iqtisadi böhran qurtardıqdan 
ikinci dünya müharibəsinin başlanmasınadək olan müddətdə 
1934-cü  ildən  başlayaraq  Macarıstan  iqtisadiyyatında  böhran 
arxada qaldı. Ağır və yüngül sənaye məhsulları istehsalı artdı. Xarici 
ticarət  genişləndi.  Xarici  kapital,  xüsusən  alman  kapitalı  macar 
iqtisadiyyatında  hakim  rol  oynamağa  başladı.  Baş  nazir  Dyula 
Gembeş fəal daxili siyasət yeridirdi. O, Milli Birlik Partiyasını kütləvi 
partiyaya  çevirdi.  1934-cü  ildə  Millətin  iradəsi  adlı  yeni  millətçi 
təşkilat  yaradıldı.  Hərbi  sənaye  bərpa  edildi.  Ordu  gücləndirildi. 
Mətbuat və digər təbliğat vasitələri hökumətə tabe etdirildi. Lakin bu 
tədbirlər  təkcə  cəmiyyətdə  deyil,  hökumət  daxilində  də  narazılıqlar 
yaratdı.  Nəticədə  1935-ci  ilin  əvvəllərində  keçmiş  baş  nazir  Betlen 
hökumətin tərkibindən çıxdı. Regent Xorti parlamenti buraxaraq yeni 
seçkilər təyin etdi. Həmin ilin mart ayında keçirilən seçkilərdə Milli 
Birlik Partiyası qələbə çaldı. Bundan sonra ölkədə Xorti rejimi daha 
da gücləndirildi. 
281 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə