BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə94/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   90   91   92   93   94   95   96   97   ...   120

yişdirilməsini  Xortidən  tələb  etdi.  Lakin  Hitlerin  tələbi  yerinə 
yetirilmədi.  Belə  olduqda  Hitler  Macarıstandakı  hadisələri  başqa 
vasitələrlə öz xeyrinə dəyişmək xəttini seçdi. 1944-cü il martın 12- də 
Hitler  Marqaret-1  adı  altında  Macarıstanın  işğalı  planını  təsdiqlədi. 
Az sonra Almaniya orduları Macarıstanın əsas sənaye şəhərlərini işğal 
etdi.  Oktyabrın  15-də  Xorti  radio  ilə  çıxış  edərək  ölkəsinin 
müharibədən  çıxdığını  bildirdi.  Lakin  generalitet  bu  əmrə  tabe 
olmadı.  Belə  olduqda  oktyabrın  16-da  Xorti  hakimiyyəti  Hitlerin 
əlaltısı  olan  Ferens  Salaşiyə  verdi.  Kallayi  hökuməti  istefaya  getdi. 
Buna  qədər  Berlində  səfir  olan  Dem  Stoyai  baş  nazir  təyin  edildi. 
Stoyai  hökuməti  almanlarla  sıx  əməkdaşlıq  etdi.  Sentyabr  ayında 
Stoyai hökuməti də istefaya getdi. Onu Lakatoşi hökuməti əvəz etdi. 
Sentyabrın  23-də  sovet  orduları  Macarıstan  ərazisinə  daxil  oldu. 
Lakin  Macarıstan  hələ  də  Almaniyanın  ən  yaxın  müttəfiqi  olaraq 
qalırdı. Ölkədə ümumxalq üsyanı qaldırmaq mümkün olmadı. Salaşi 
rejimi ölkədə gizli fəaliyyət  göstərən Azadlıq Komitəsinin üzvlərini 
həbs  etdi.  Macar  və  alman  orduları  sovet  hərbi  hissələrinə  ciddi 
müqavimət göstərdilər. Ağır döyüşlər getdi. Yalnız 1945-ci il fevralın 
13-də Budapeşt azad olundu. Bir ay sonra isə bütün Macarıstan ərazisi 
işğaldan azad edildi. Macarıstanın tarixində yeni dövr başlandı. 
285 


X
 
BÖLÜM 
RUMINİYA 
Birinci dünya müharibəsinin Rumıniya üçün nəticələri 
Rumıniya  1916-cı  ilin  avqust  ayında  Antanta  bloku  ölkələri 
tərəfdən  müharibəyə  qoşuldu.  Aparılan  hərbi  əməliyyatlardakı 
çətinliklər  ölkədə  ağır  sosial-iqtisadi  vəziyyət  yaratdı.  Müharibənin 
son  mərhələsində  Rumıniyanın  siyasi  həyatı  sabitsizlik  və  hökumət 
böhranları  ilə  səciyyələnirdi.  Bir-birinin  ardınca  baş  verən 
dəyişikliklər hakimiyyət böhranını daha da dərinləşdirdi. 1918-ci ilin 
yanvar  ayında  baş  nazir  İon  Bratianu  istefaya  çıxdı.  Baş  nazir 
A.Marqiloman  oldu.  Sosial-iqtisadi  vəziyyət  yenə  də  ağır  idi. 
Qiymətlər artdı. Rumın pulunun Oeu) alıcılıq qabiliyyəti aşağı düşdü. 
Hərbi  əməliyyatların  aparılması  çətinləşdi.  Müharibədə 
Rumıniya  məğlub  oldu.  Mayın  7-də  A.Marqiloman  hökuməti 
Buxarestdə  Almaniya  bloku  ölkələri  ilə  sülh  bağladı.  Sülh 
müqaviləsinin  şərtlərinə  görə  Rumıniya  Cənubi  Dobrucanı  bütün 
sərvətləri  ilə  birlikdə  50  il  istismar  etmƏk  hüququnu  Almaniyaya 
verdi.  Bu  sülh  Antanta  ölkələrinin  mövqelərinə  mənfi  təsir  etsə  də 
müharibənin  ümumi  gedişində  Rumıniyanın  əvvəlki  müttəfiqlərinin 
qələbələrinə əngəl ola bilmədi. 
Rumın  kralı  Ferdinand  Buxarest  sülh  müqaviləsini  təsdiq 
etməkdən  boyun  qaçırdı.  Belə  olduqda  Marqiloman  istefa  verməyə 
məcbur oldu. Hakimiyyətə Liberal Partiyasının lideri Jonel Bratianu 
qayıtdı. Fəhlə, əsgər və kəndli hərəkatı artdı. Lakin hökumət müxtəlif 
sosial  proqramları  həyata  keçirərək  cəmiyyətdəki  qarşıdurmanı  və 
inqilabi hərəkatı zəiflətdi. 
Müharibənin  sonunda  Almaniya  blokundan  ayrılan  Rumıniya 
yenidən  Antanta  bloku  tərəfə  keçərək  Avstriya-Macanstana  qarşı 
hərbi  əməliyyatlara  başladı.  Rumıniya  orduları  Transilvaniya  və 
Bukovinada  döyüşürdü.  Avstriya-Macarıstanın  tərkibində  olan 
Transilvaniyada Rumıniyaya birləşmək hərəkatı gücləndi. Dekab 
286 


rın  1-də  Transilvaniya  Rumıniyaya  birləşdirildi.  Xarici  siyasət 
sahəsində  Bratianu  hökumətinin  geniş  planları  hazırlanmışdı. 
Rumıniyanın  xarici  siyasətinin  başlıca  məqsədi  rumın  torpaqlarını 
bütövləşdirməyə nail olmaq idi. 
Rumıniya  Paris  sülh  konfransına  qalib  dövlətlərin  cərgəsində 
qatıldı.  Rumınlar  Paris  sülh  konfransında  Transilvaniya,  Banat, 
Cənubi  və  Şimali  Bukovinanı,  Bessarabiyanı  birləşdirmək  istəyinə 
çatmadıqda  Versal  sülh  müqaviləsini  imzalamadı.  Rumıniya 
Macarıstana qarşı hərbi əməliyyatlara başladı. Lakin Antanta ölkələri 
Rumıniyanı  bu  məsələdə  müdafiə  etmədilər.  Eyni  zamanda  onun 
sərhədlərini dəqiqləşdirməyə də tələsmədilər. 
Qalib  dövlətlər  cərgəsində  olmasına  baxmayaraq,  müharibə 
Rumıniya iqtisadiyyatına mənfi  təsir  göstərdi.  Müharibə nəticəsində 
sənaye məhsulu istehsalı xeyli azaldı. Ölkə iqtisadiyyatı bərbad hala 
düşmüşdü.  Rumıniya  iqtisadiyyatında  xarici  kapital  mühüm  rol 
oynayırdı.  Sənayedəki  kapitalın  78%-i  xarici  dövlətlərə  məxsus  idi. 
Əgər müharibədən əvvəl rumın iqtisadiyyatında Almaniya və Avstriya 
kapitalı  mühüm  rol  oynayırdısa,  müharibədən  sonra  onların  yerini 
ingilis və fransız kapitalı tutdu. Neft sənayesindəki sərmayələrin 3/4 
hissəsi  xarici  kapitala  məxsus  idi.  Rumıniyanın  neft  sənayesində 
İngiltərə, Hollandiya, Belçika və ABŞ kapitalı üstünlük təşkil edirdi. 
Xarici  kapital  qoyuluşu  nəticəsində  Transil-  vaniyada  zəngin  enerji 
məhbələri, dağ-mədən, metallurgiya və neft sənayesi inkişaf etdi. 
Dünya  müharibəsinin  Rumıniya  üçün  bir  sıra  ciddi  siyasi 
nəticələri oldu. Sen-Jermen, Trianon və Neyi sülh müqavilələrinə görə 
Transilvaniya,  Bukovina,  Banatın  şərq  hissəsi,  Bessarabiya,.Mar- 
mireş,  Krişan  və  Cənubi  Dobruca  Rumıniyaya  birləşdirildi.  Bunun 
nəticəsində Rumıniyanın ərazisi iki dəfə genişlənərək 1912-ci ildəki 
130  min  kv.  km.-dən  1920-ci  ildə  295  min  kv.  km  oldu.  Ölkə 
əhalisinin  sayı  7,1  mln.  nəfərdən  15,5  mln.  nəfərə  çatdı.  Bunların 
26%-i macar, alman, yəhudi, slavyan, türk-tatar və b. idi. Zəngin təbii 
sərvətləri  və  sənaye  sahələri  olan  Transilvaniya  və  Banatın  ölkə 
ərazisinə  birləşdirilməsi  nəticəsində  iqtisadiyyat  xeyli  inkişaf  etdi. 
Neft sənayesində uğurlar qazanıldı. Lakin Rumıniya hələ də 
287 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə