BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə97/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   93   94   95   96   97   98   99   100   ...   120

artdı. Rumıniya Kiçik Antantanı gücləndirmək xəttini götürdü. 
Rumıniya  Türkiyə  və  digər  dövlətlərlə  də  münasibətlərini 
yaxşılaşdırdı. 
Rumıniya iqtisadi böhranın başa çatmasından 
dünya müharibəsinin başlanmasınadək olan müddətdə 
Dünya  iqtisadi  böhranı  başa  çatdıqdan  sonra  da  Rumıniyanın 
siyasi həyatında sabitsizlik müşahidə olunurdu. Hakimiyyət uğrunda 
milli-tsaranistlər və milli-liberallar arasında kəskin mübarizə gedirdi. 
1933-cü  ilin  noyabr  ayında  Vayda-Voyevodanın  milli-tsaranist 
hökuməti  istefaya  getdi.  Milli-liberallar  yenidən  hakimiyyətə 
qayıtdılar. Lakin Dükanın hökuməti yalnız bir ay fəaliyyət göstərdi. 
Dekabr  ayının  sonlarında  baş  nazir  vəzifəsinə  ağır  sənayeçi 
dairələrinə  yaxın  olan  Q.Tataresku  təyin  edildi.  Onun  hökuməti 
1937-ci  ilin  sonunadək  hakimiyyətdə  qaldı.  Tataresku  hökumətinin 
daxili  siyasətinin  başlıca  vəzifəsi  dünya  iqtisadi  böhranının 
nəticələrini aradan qaldırmaq, sənaye və kənd təsərrüfatında istehsalı 
qaydaya salmaq və işsizlik problemini həll etmək idi. 
Tatareskunun hakimiyyəti illərində Rumıniya dövlətinin xarici 
siyasəti beynəlxalq münasibətlərin bir sıra ümumi cəhətlərini özündə 
əks  etdirirdi.  Bu  zaman  Avropada  faşist  təhlükəsinin  artması 
Rumıniyaya  da  müvafiq  təsir  göstərdi.  Ölkədə  faşizm  ruhlu 
konstitusiyanın  qəbul  edilməsi  tələbləri  gücləndi.  Hakim  dairələrin 
içərisində Almaniya ilə ittifaq bağlamaq meylləri artdı. Belə şəraitdə 
Rumıniya  Balkanlarda  mövcud  mövqelərini  qoruyub  saxlamağa 
çalışırdı. 
Rumıniya 
Balkanlarda 
təhlükəsizlik 
və 
əməkdaşlıq 
məsələlərində  mühüm  amillərdən  birinə  çevrildi.  Rumın 
diplomatiyası  1934-cü  ildə  Türkiyə,  Yunanıstan,  Yuqoslaviya  ilə 
birlikdə  Balkan  paktını  imzalayaraq  Balkan  Antantasını  yaratdı. 
Paktın  imzalanmasında  başlıca  məqsəd  Cənub-Şərqi  Avropada 
təhlükəsizlik və əməkdaşlıq məsələlərini tənzimləmək idi. Həmin ildə 
SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlər quruldu. 
Rumıniya hökuməti eyni zamanda beynəlxalq müqavilələrə də 
294 


qoşuldu.  1933-cü  ildə  təcavüzkarın  müəyyənləşdirilməsi  haqqında 
London paktını imzalamasına baxmayaraq, hökumət ölkədə fəaliyyət 
göstərən  faşistpərəst  qüvvələrə  güzəştə  gedərək  onlar  üçün  əlverişli 
şərait  yaratdı.  1935-36-cı  illərdə  Rumıniya  Cənub-  Şərqi  Asiyada 
kollektiv  təhlükəsizlik  sistemi  yaratmaq  üçün  cəhdlər  etdi. 
Rumıniyanın  xarici  işlər  naziri  olan  Nikolae  Titulesku  kollektiv 
təhlükəsizlik  sisteminin  yaradılması  sahəsində  mühüm  tədbirlər 
həyata  keçirdi.  Lakin  onun  fəaliyyəti  Almaniya  və  İtaliyada 
narazılıqla  qarşılandı.  1936-cı  ilin  avqust  ayında  kral  II  Karol 
N.Tituleskunu  vəzifəsindən  azad  etdi.  Fransaya  mühacirət  etməyə 
məcbur olan keçmiş xarici işlər naziri ömrünün sonunadək bu ölkədə 
yaşadı. 
1937-ci  il  seçkilərində  milli-liberallar  məğlub  oldular.  Milli- 
tsaranistlər  səslərin  çoxunu  qazanaraq  hökumət  yaratdılar.  Ölkənin 
baş naziri O.Qoqa oldu. Az sonra kral bu hökuməti istefaya göndərdi. 
1938-ci il fevralın 10-da II Karolun şəxsi diktaturası quruldu. Patriarx 
Miron Kristea başda olmaqla yeni hökumət təşkil olundu. 1923-cü il 
konstitusiyası  ləğv  edildi.  Parlament  buraxıldı.  Fevralın  27-də  yeni 
konstitusiya  qəbul  edildi.  Konstitusiyaya  görə  qanunverici  və 
icraedici  hakimiyyət  krala  keçdi.  Bundan  sonra  hökumət  parlament 
qarşısında  deyil,  yalnız  kral  qarşısında  məsuliyyət  daşıyırdı. 
Həmkarlar  ittifaqlarının  fəaliyyətləri  qadağan  edildi.  Kral  martın 
30-da bu hökuməti istefaya göndərdi. Yeni hökuməti təkrarən Miron 
Kristea  qurdu.  Bütün  siyasi  partiyaların  fəaliyyəti  qadağan  edildi. 
Əslində  ölkədə  çevriliş  baş  verdi.  Faşistpərəst  hərbiləşdirilmiş 
dəstələr  yaradıldı.  Çevrilişdən  sonra  ölkədə  vahid  partiya  yaradıldı. 
Bu, Milli Dirçəliş Partiyası oldu. 
1939-cu  ilin  mart  ayında  baş  nazir  vəzifəsinə  Airmand 
Kalinesku  gətirildi.  Onun  baş  nazir  kreslosunda  qalması  həmin  ilin 
sentyabr  ayınadək  davam  etdi.  Aprel  ayında  dəmir  qvardiyaçılar 
çevriliş  cəhdi  etdi.  Lakin  qəsdin  üstü  açıldı.  Onlar  həbs  edildilər. 
Qəsdçilərin  liderləri  Kodreanu  10  il  həbs  cəzasına  məhkum  edildi. 
Sonra isə edam olundu. 
Kalinesku  hökuməti  xarici  siyasətdə  başlıca  istiqamət  olaraq 
Almaniya ilə münasibətləri istiləşdirməyə başladı. Rumıniya iqtisadi 
və siyasi cəhətdən Almaniya ilə yaxınlaşdı. Almaniya ilə 
295 


imzalanan  iqtisadi  saziş  ölkə  iqtisadiyyatında  alman  kapitalının 
rolunu artırdı. 
Sentyabr ayının əvvəllərində faşistlər ikinci dəfə çevriliş etdilər. 
Kalinesku öldürüldü. 
Sentyabrın  29-da  Rumıniyanın  yeni  baş  naziri  K.Ardetoiani 
oldu.  Hökumət  Almaniya  ilə  münasibətləri  daha  da  istiləşdirdi. 
Bundan  sonra  Rumıniya  ilə  SSRİ  arasında  münasibətlər 
soyuqlaşmağa başladı. 1940-cı il iyunun 26-da SSRİ ordu hissələrini 
Bessa-  rabiya  və  Şimali  Bukovinaya  yeridərək  işğal  etdi.  İşğal 
olunmuş  ərazilərdəki  rumınlar  ölkənin  təhlükəsizliyini  təmin 
etmək*adı  altında  SSRİ-nin  uzaq  rayonlanna  köçürüldülər.  Onların 
bir qismi Azərbaycanda yerləşdirildi. İşğaldan sonra Rumıniyada ağır 
vəziyyət yarandı. Hökumət istefaya getdi. 
Noyabrın  24-də  hökumətin  başçısı  yenidən  Tataresku  təyin 
edildi.  Bu  hökumət  Almaniya  ilə  daha  da  yaxınlaşaraq  1940-cı  il 
mayın 28-də Almaniya ilə neft müqaviləsi imzaladı. Az sonra həmin 
hökumət də istefaya getdi. 
Rumıniya ikinci dünya müharibəsi illərində 
Dünya  müharibəsinin  başlanması  Rumıniyanın  siyasi  həyatına 
ciddi təsir göstərdi. Kral 1940-cı il sentyabrın 3-də İon Antoneskunu 
baş nazir vəzifəsinə təyin etdi. Yeni hökumətə Dəmir qvardiyaçılar da 
daxil  oldu.  Onun  rəhbəri  Horia  Sima  hökumətin  tərkibinə  girdi. 
Sentyabrın 4-də kral  II Karol oğlu  I Mixayın xeyrinə taxt-tacdan əl 
çəkdi. O, Portuqaliyaya mühacirət edərək ömrünün sonunadək burada 
yaşadı.  Sentyabrın  6-da  Rumıniya  legioner  dövlət  oldu.  Ölkə 
Almaniyanın müttəfiqinə çevrildi. Dövlətin faktiki rəhbəri Antones- 
ku  oldu.  Antonesku  hökuməti  1938-ci  il  konstitusiyasını  ləğv  etdi. 
Rumıniya  kral  diktaturasından  hərbi-avtoritar  dövlətə  çevrildi. 
Ölkədə  gərgin  ictimai-siyasi  şərait  yarandı.  İkinci  dünya 
müharibəsinin  gedişində  Rumıniya  ilə  Macarıstan  arasında 
münasibətlər  daha  da  kəskinləşdi.  1940-cı  il  avqustun  30-da  ikinci 
Vyana  arbitrajı  Transilvaniyanm  şimal  və  şimal-şərq  hissəsini 
Rumıniyadan  ayırıb  Macarıstana  verdi.  Bolqarıstan-Rumıniya 
münasibətləri də gərginləşdi. Sentyabrın 7-də Bolqarıstan Cənubi 
296 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə