BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə99/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   95   96   97   98   99   100   101   102   ...   120

Dekabrın  29-da  liberal  U.L.Makenzi  Kinqin  yaratdığı  hökumət 
fəaliyyətə  başladı.  Hökumətin  tərkibində  üstünlük  Liberal 
Partiyasının  sağ  qanadına  məxsus  idi.  Hökümət  iqtisadiyyatın 
yenidən  qurulmasına  başladı.  Dövlət  tənzimlənməsindən  imtina 
edildi.  1923-  cü  ildən  başlayaraq  iqtisadi  vəziyyətin  yaxşılaşması 
nəticəsində fermerlərin müdafiə etdikləri proqressistlər siyasi qüvvə 
kimi  səhnədən  silindi.  20-ci  illərdə  ölkədəki  iqtisadi  yüksəliş  ilk 
növbədə  sənayenin  yeni  sahələri  olan  aviasiya  və  maşınqayırma 
sahələrinin  inkişafı  hesabına  baş  verdi.  Emal  sənayesi  inkişaf  etdi. 
Hərbi  əməliyyatların  getdiyi  xarici  ölkələrdən  Kanadaya  yeni  ucuz 
işçi  qüvvəsi  gəldi.  1923-28-ci  illərdə  Kanadaya  gələnlərin  sayı  800 
min nəfəri ötüb keçirdi. İqtisadi  yüksəlişdə xarici kapital xüsusi rol 
oynayırdı.  Amerikan  kapitalının  rolu  artdı.  Daxili  və  xarici  ticarət 
genişləndi.  Kənd  təsərrüfatı  məhsulları  istehsalı  çoxaldı.  Fenner 
təsərrüfatı gücləndi. Taxıl istehsalı artdı. Ölkə taxıl ixracatçısı adını 
qonıyub  saxladı.  Kanada  böyük  dövlətə  çevrilməyə  başladı.  1924- 
28-ci illərdə parlamentdə müzakirələr əsasən gömrük tariflərinə dair 
aparıldı.  1925-ci  ildə  Taxıl  aktı  qəbul  edildi.  Qanunun  qəbulundan 
sonra  taxıl  istehsalı  çoxaldı.  Fermer  birlikləri  yarandı.  İqtisadi 
yüksəliş  ölkənin  partiya-siyasi  həyatının  sabitləşməsinə  də  kömək 
etdi. 
1925-ci  il  oktyabrın  29-da  parlamentə  keçirilən  seçkilərdə 
Mühafizəkarlar  Partiyası  əvvəlki  50  yer  əvəzinə  117,  liberallar  117 
yer əvəzinə 101, Milli Proqressist Partiyası 64 yer əvəzinə 24, fəhlə 
nümayəndələri 2, müstəqillər isə 1 yer aldılar. Parlamentin tərkibi 235 
nəfərdən  245  nəfərədək  artırıldı.  Parlamentin  ilk  iclasını 
general-qubernator  lord  Binq  açdı.  Yeni  hökuməti  Makenzi  Kinq 
qurdu.  Lakin  1926-cı  il  iyunun  28-də  bu  hökumət  istefaya  getdi. 
İngilis  general-qubernator  növbədənkənar  seçki  təyin  etməkdən 
boyun qaçırıb mühafizəkar A.Meygenə yeni kabineti formalaşdırmağı 
tapşırdıqda  konstitusiya  böhranı  yarandı.  Meygen  yalnız 
iyul-sentyabr aylarında baş nazir vəzifəsində işlədi. Böhran parlament 
seçkiləri vasitəsilə, demokratik yolla nizama salındı. Seç 
300 


kilər 1926-cı il sentyabrın 14-nə təyin edildi. Mühafizəkarlar əvvəlki 
seçkilərdə  qazandıqları  117  yer  əvəzinə  91  yer  aldılar.  Nəticədə 
Meygen  baş  nazir  və  Mühafizəkarlar  Partiyasının  rəhbəri 
vəzifələrindən  istefa  verdi.  Liberallar  116,  liberal  proqressistlər  9, 
fəhlə nümayəndələri 3, Milli Proqressist Partiyası 13, fenner birlikləri 
11  yer  qazandılar.  Parlamentin  ilk  iclasını  dekabrın  10-da  yeni 
general-qubernator Uillinq Don açdı. Kinq hökumət yaratdı. Hökumət 
Böyük Britaniya imperiyasını saxlamaqla dominionlara imperiya ilə 
bərabər  hüquqlar  verməyi  təklif  etdi.  Eyni  zamanda  ölkədə 
sosial-siyasi  proseslər,  millətçilik  və  separatçılıq  gücləndi. 
Seçkilərdən sonra fransızdilli əhalinin yaşadığı Kvebekdə millətçilik 
hərəkatı daha da genişləndi. 
Xarici siyasət 
Xarici  siyasət  sahəsində  Meygen  hökuməti  ümumimperiya 
işlərində Kanadanın iştirakını fəallaşdımıaq və rolunu gücləndirmək 
xəttini  götürmüşdü.  Kanada  hökuməti  1921-ci  ilin  iyun  ayında 
keçirilən ümumimperiya konfransında iştirak etdi. Konfransda vahid 
imperiya xarici siyasətinin yeridilməsi barədə razılıq əldə edildi. 
Kanada Vaşinqton konfransında iştirak etmək üçün rəsmi dəvət 
aldı. Lakin konfransda Kanadanın rolu diqqəti o qədər də cəlb etmirdi. 
Çünki  Kanada nümayəndəsi  R.Borden Böyük Britaniya nümayəndə 
heyətinin tərkibində idi. 
Kanadanın 20-ci illərdə həyata keçirdiyi xarici siyasət doktrinası 
Makenzi  Kinqin  bilavasitə  rəhbərliyi  ilə  hazırlanmışdı.  Bu  siyasət 
ABŞ  və  Böyük  Britaniya  ilə  əlaqələri  sıxlaşdırmağı,  lakin  heç  bir 
ikitərəfli  və  beynəlxalq  öhdəlik  götünnəməyi  nəzərdə  tuturdu.  Kinq 
hökuməti  beynəlxalq  fəaliyyətində  Borden-Meygen  siyasətindən 
imtina  etdi.  Kanada  hökuməti  Böyük  Britaniyanın  Türkiyəyə  qarşı 
hərbi  müdaxiləsində  iştirak  etmədi.  Nəticədə  Böyük  Britaniya  ilə 
dominionu arasında ixtilaf yarandı. Buna görə 
301 


də  Kanada  Lozan  konfransında  iştirak  etmədi.  İngilis  hökumətinin 
Lozan  konvensiyasını  təsdiq  etmək  xahişi  də  Kanada  hökuməti 
tərəfindən  rədd  olundu.  Bununla  da  Kinq  hökuməti  ölkənin 
suverenliyi xəttinə əməl etdi. Kanada 1923-cü ildə keçirilən imperiya 
konfransında  Böyük  Britaniyanın  dominionları  ilə  birlikdə  vahid 
xarici  siyasət  yeritmək  konsepsiyasına  qarşı  çıxdı.  Konfrans 
Kanadanın  müstəqil  xarici  siyasət  yeritmək  istəyini  aydın  şəkildə 
göstərdi. Kinq Kanadaya təyin olunan ingilis general-qubernatorunun 
səlahiyyətlərinin  azaldılması  təklifini  irəli  sürdü.  O,  1926-cı  ildə 
keçirilən  imperiya  konfransında  da  iştirak  etdi.  Konfransda  bütün 
dominionların bərabər hüquqlara malik olması təsbit edildi. Buna dair 
Balfur  bəyannaməsi  qəbul  olundu.  Dominionlara  geniş  hüquqlar 
verildi.  Onlar  müharibə  və  sülh  məsələlərini  müstəqil  həll  etmək 
hüququ qazandılar.  General-qubernatora  yalnız rəmzi  status  verildi. 
Kanadanın həyatında onun rolu getdikcə zəifləyirdi. 
Kanada  1927-ci  ildə  ABŞ,  Fransa  və  Yaponiya  ilə  diplomatik 
münasibətlər qurdu. 1924-cü ildə diplomatik cəhətdən tanıdığı SSRİ 
ilə  münasibətlərini  1927-ci  ilin  may  ayında  kəsdi.  Elə  həmin  ildə 
Kanada  Millətlər  CəmiyyətiiTin  qeyri-daimi  üzvü  seçildi.  1928-  ci 
ilin  avqust  ayında  isə  Kanada  hökuməti  Brian-Kelloq  paktına 
qoşuldu. Kanada hökuməti ABŞ-la münasibətlərini yaxşılaşdırdı. 
30-cu illərdə daxili siyasət 
Dünya  iqtisadi  böhranı  Kanada  iqtisadiyyatına  ağır  təsir  etdi. 
Sənaye  məhsulu  istehsalı  xeyli  aşağı  düşdü.  Xırda  banklar  sıradan 
çıxdı.  Ölkədəki  40 bankdan  yalnız 10-u qaldı. Dağ-mədən və meşə 
sənayesi böhrana düşdü. İqtisadi böhran kənd təsərrüfatına sarsıdıcı 
zərbə endirdi. Kənd təsərrüfatı məhsulları istehsalı azaldı. 
Böhranın  ağır  vaxtında  -  1930-cu  ilin  iyun  ayında  keçirilən 
seçkilər  nəticəsində  R.B.Bennet  başda  olmaqla  mühafizəkarlar 
hakimiyyətə gəldi. Hökumət böhran əleyhinə ciddi tədbirlər həyata 
302 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə