BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə107/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   103   104   105   106   107   108   109   110   ...   120

diqqət yetirildi. 1925-ci ilin dekabr ayında neft qanunu qəbul olundu. 
Bu qanuna görə neft mülkü saxlamaq qadağan edildi. Neft sahələri və 
mədənləri  50  il  müddətinə  icarəyə  verilə  bilərdi.  Bu  illərdə 
dağ-mədən  sənayesi  inkişaf  etdi.  1926-cı  ilin  iyul  ayında  Kalyes 
kilsəyə  dair  dekret  imzaladı.  Həmin  dekretlə  ölkədə  dini  təhsil 
qadağan  edilirdi.  Dindarlar  qeydiyyatdan  keçməli  idilər.  Kilsənin 
nüfuz dairəsi məhdudlaşdırılırdı. Dekretə görə din xadimlərinin siyasi 
fəaliyyətlə məşğul olması qadağan edilirdi. Kilsə mülkiyyət saxlaya 
bilməzdi.  Dünyəvi  məktəblərin  sayı  artırıldı.  Qanun  dindarlar,  o 
cümlədən Vatikan tərəfindən qəzəblə qarşılandı. Dindarlar övladlannı 
məktəbə,  teatra,  kinoya  və  digər  əyləncə  yerlərinə  buraxmadılar. 
Onlar  müəllimləri  öldürməyə  və  məktəbləri  yandırmağa  başladılar. 
Yerlərdə dindarlar kristeros dəstələri yaratdılar. Qarışıqlığın qarşısını 
almaqdan ötrü Kalyes bir neçə yepiskopu və arxiyepiskopu ölkədən 
qovdu. 
Dövlətin  xarici  siyasətində  dəyişiklik  əmələ  gəldi.  Əvvəlki 
illərdə ABŞ-Ia münasibətdə mövcud olan ixtilaflar aradan qaldırıldı. 
Qarşılıqlı  münasibətlər  normallaşdırıldı.  Ölkədə  ingilis  kapitalının 
nüfuzu artdı. Xarici ticarət genişləndi. 
1928-
 
ci ildə yeni prezident seçkiləri keçirildi. Kalyes prezident 
kreslosunu  Obregona  qaytarmaq  istədikdə  generallar  qiyam 
qaldırdılar.  Meksika  Regional  Əmək  Konfederasiyasının  rəhbəri, 
ticarət  və  əmək  naziri  olan  Moronesin  namizədliyini  irəli  sürmək 
istədilər.  Kalyes  cəza  tədbirlərinə  əl  ataraq  onların  bir  neçəsini 
güllələtdirdi.  Morones  isə  ticarət  və  əmək  naziri  vəzifəsindən  azad 
edildi.  Kalyesin  köməyi  ilə  Obregon  prezident  seçildi.  Lakin  onun 
prezidentliyi  çox  az  çəkdi.  İki  həftədən  sonra  bir  katolik  gənc  onu 
öldürdü. Konqres tərəfindən Emilio Portes Hil müvəqqəti  prezident 
seçildi. 
Həmin  ilin  sentyabr  ayında  Kalyes  konqresdə  çıxış  edərək 
bundan  sonra  heç  kimin  ölkəni  köhnə  qaydalarla  idarə  etmək 
iqtidannda  olmadığını,  ona  görə  də  siyasəti  dəyişməyin  zəruriliyini 
bildirdi. 
1929-
 
cu ildə Meksikada yeni həmkarlar ittifaqları təşkilatı olan 
327 


Meksika Unitar Həmkarlar İttifaqları Konfederasiyası yaradıldı. 
Mart  ayında  Kalyes  yeni  rejimin  bütün  tərəfdarlannın 
qurultayını keçirərək Milli İnqilabi Partiyanı yaratdı. Bu, hakimiyyət 
partiyası idi. Qurultay prezidentliyə Hilin namizədliyini irəli sürmək 
istəsə də Kalyesin göstərişi ilə Ortis Rubionun namizədliyi göstərildi. 
30-cu illərdə daxili və xarici siyasət 
1929-cu  ildə  ölkədə  yeni  prezident  seçkiləri  keçirildi.  Ortis 
Rubio prezident seçildi. Kalyes isə hərbi nazir oldu. Hökumət general 
Eskoberin  qiyamını  amansızlıqla  yatırdı.  Qiyamçıların  bir  hissəsi 
güllələndi.  Bir  hissəsi  isə  xaricə  qovuldu.  Yeni  prezident  az  sonra 
Kalyesin tərəfdarları olan nazirləri işdən azad etmək istədikdə kəskin 
narazılıq  və  qarşıdurma  yarandı.  Kalyes  mətbuatda  onun  azad 
edildiyini bildirdi. Ortis Rubio 1932-ci ildə istefaya getdi. 
1932-ci  il  seçkilərində  Abelyardo  Rodriges  prezident  seçildi. 
Onun  hakimiyyəti  1934-cü  ilədək  sürdü.  Həmin  illərdə  daxili 
siyasətdə  bir  sıra  tədbirlər  həyata  keçirildi.  1930-cu  ildə 
dayandırılmış aqrar islahatın həyata keçirilməsinə başlanıldı. 1933-cü 
ildə Kardenas Milli İnqilabi Partiyada altiillik planı qəbul etdirdi. Bu 
plan torpaq islahatının sürətləndirilməsini, milli sənayenin inkişafını 
və  xarici  kapitalın  fəaliyyətini  məhdudlaşdırmağı  nəzərdə  tuturdu. 
Həmin  ildə  mülkədar  torpaqları  kəndlilərə  paylandı.  1934-cü  ildə 
verilən  aqrar  kodeksə  görə  torpaq  daha  sərfəli  şərtlərlə 
bölüşdürülməli idi. Lakin hakim partiyanın siyasəti xalqda narazılıq 
yaratdı.  Belə  şəraitdə  Milli  İnqilabi  Partiya  daxilində  güclü 
müxalifətçi  qrup  yarandı.  Meksika  inqilabının  fəal  iştirakçısı  olan 
general Lasaro Kardenasın başçılığı ilə bu qrup hökumətə qarşı çıxdı. 
Növbəti  prezident  seçkilərində  Kalyesin  razılığı  ilə  Kardena- 
sın namizədliyi irəli sürüldü. Kalyes onu digərləri kimi öz iradəsinə 
tabe edəcəyini düşünürdü. 
1934-cü ilin iyul ayında keçirilən seçkilərdə bütün 24 ştatı 
328 


gəzən, təxminən 2 mln. səs alaraq prezident seçilən Lasaro Kardenas 
dekabrın  1-də  qarşıdakı  6  il  üçün  prezidentliyə  başladı.  O,  1940-cı 
ilədək bu vəzifədə qaldı. Lakin Kardenas Kalyesin və ordunun əlində 
alət  olmadı.  Kardenas  ilk  çıxışlarında  bildirdi  ki,  o,  xalq  tərəfindən 
seçildiyi  üçün  həqiqi  prezident  olmalıdır,  sarayının  qapıları  xalqın 
üzünə  açıqdır.  O,  Kalyes  ailəsinin  böyük  gəlir  götürdüyü  yerləri 
bağladı.  Dinə  qarşı  olan  qanunçuluğu  yumşaldaraq  dindarların 
hüquqlarını bərpa etdi.  Bununla da dindarlar Kardenası  fəal  şəkildə 
müdafiə  etdilər.  Vəziyyəti  belə  görən  Kalyes  təxribatçılıqla  məşğul 
olmağa  başladı.  Kalyes  1935-ci  il  iyunun  11-də  bəyanat  verərək 
Kardenasın  siyasətini  pislədi.  Tətilçilərə  qarşı  repressiyanın 
keçirilməsini tələb etdi. Lakin iyunun 14-də Kardenas tətil hərəkatına 
qarşı  cəza  tədbirləri  tətbiq  etmək  fikrində  olmadığını  bəyan  edərək 
xalqı rejimin müdafiəsinə qalxmağa çağırdı. Xalq Kardenası müdafiə 
etdi. Həmkarlar təşkilatları Kalyesə cavab sənədini qəbul etdilər. Belə 
olduqda Kalyes və onun tərəfdarları yeni təxribat törətdilər. Buna görə 
də Kardenas 1936-cı il aprelin 10-da Kalyesi və onunla birgə fəaliyyət 
göstərən  Moronesi,  Leonu  və  Orteqanı  ölkədən  sürgün  etdi.  Dövlət 
aparatında həmin şəxslərin tərəfdarları hələ də qaldığı üçün təmizlik 
işləri gücləndirildi. İdarəçiliyə gənclər gətirildi. 
Kardenas eyni zamanda Almaniyada Hitlerin hakimiyyət başına 
gəlməsinə  tərəfdar  çıxan  Qızılı  köynəklilər  təşkilatının  fəaliyyətini 
qadağan  etdi.  Beləliklə,  Kardenas  ölkə  daxilində  böyük  nüfuz  və 
üstünlüklər qazandı. 
Kardenas həmkarlar ittifaqlarına, demokratik ziyalılara, kiçik və 
orta  sahibkarlara  arxalanaraq  bir  sıra  islahatlar  həyata  keçirməyə 
başladı.  Əmək  haqqı  artırıldı.  Kollektiv  müqavilələr  sistemi 
möhkəmləndirildi. Əməklə kapital arasında ziddiyyətlər yumşaldıldı. 
Hökumət  1934-1940-cı  illərdə  aqrar  islahat  həyata  keçirdi.  Həmin 
illərdə  1  mln.  nəfərədək  kəndli  18  mln.  hektar  torpaq  sahəsi  aldı. 
Hindu icmalarına da (exida) torpaq verildi. Kardenas hökuməti kənd 
təsərrüfatı kooperativlərini yaratdı. 
329 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə