BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə103/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   99   100   101   102   103   104   105   106   ...   120

Ordu  da  hakimiyyətdən  narazı  idi.  Yüksək  zabitlər  sui-qəsd 
hazırladılar.  Qəsdçilərin  başçısı  general  Feliks  Uriburu  idi. 
Argentinanın  neft  siyasətindən  narazı  olan  ABŞ  da  qiyamçıları 
müdafiə etdi. 1930-cu ilin sentyabr ayında Buenos-Ayresdə hökumət 
əleyhinə  nümayişlər  başlandı.  İzdihamlı  nümayişlərin  başlıca  tələbi 
İrihoyenin istefası idi. Qan tökülməsini istəməyən İrihoyen vəzifəsini 
Martinesə  verdi.  İrihoyen  sentyabrın  6-da  həbs  edilərək  Martin 
Qarsiya adasına sürgün edildi. Az sonra Martines də hakimiyyətdən 
uzaqlaşdırıldı.  Müvəqqəti  prezident  Uriburu  oldu.  O,  əyalətlərin 
qanunverici 
məclislərini 

konqresləri 
buraxdı. 
Uriburu 
Mühafizəkarlar Partiyası əsasında Milli Demokrat Partiyasını yaratdı. 
1931-ci  ilin  noyabr  ayında  keçirilən  prezident  seçkilərində  general 
Aqustino  Xusto  qalib  gəldi.  O,  1932-ci  il  fevralın  20-dən  1937-ci 
ilədək ölkənin prezidenti oldu. Yeni prezident İrihoyenin hakimiyyəti 
illərində  daxili  siyasətdə  həyata  keçirilən  sosial-iqtisadi  tədbirləri 
təftiş  etdi.  Xusto  liberal  siyasət  yeritməyə  başladı.  1931-ci  ildə 
Argentina  fəhlələri  konfederasiyasının  bazasında  Ümumi  Əmək 
Konfederasiyası  yaradıldı.  1932-ci  il  fevral  ayında  İrihoyen 
sürgündən azad edildi. 
Hökumət  böhrandan  çıxmaqdan  ötrü  dövlət-inhisarçı 
tənzimlənməsinə  keçdi.  Argentinada  bu  tənzimləmə  özünü  sağ 
mühafizəkar variantda göstərdi. 
Xarici  siyasət  sahəsində  hökumət  İngiltərə  ilə  əməkdaşlığa 
xüsusi  diqqət  yetirirdi.  Argentina  nümayəndə  heyəti  1933-cü  ilin 
sonlarında  keçirilən  VII  Panamerikan  konfransında  iştirak  etdi. 
Brian-Kelloq  paktına  qoşuldu.  Xarici  işlər  naziri  Saavedr  Lamasın 
hazırladığı hücum etməmək və barışıq haqqında paktı ABŞ hökuməti 
imzaladı. ABŞ-la münasibətlər yaxşılaşdırıldı. Amerikan kapitalının 
ölkədə normal fəaliyyət göstərməsi üçün şərait yaradıldı. 
1935-
 
ci  ilin  sentyabr  ayında  Argentina  prezidenti  Xusto, 
Braziliya  prezidenti  Varqas  və  Uruqvay  prezidenti  Terra  qayda- 
qanunun qorunmasına dair üç ölkə arasında müqavilə imzaladılar. 
313 


Müqavilə regional təhlükəsizliyin qorunması sahəsində əməkdaşlıqda 
mühüm addım idi. 
1937-ci  ildə  yeni  prezident  seçkiləri  keçirildi.  ABŞ-la 
münasibətlərin  yaxşılaşdırılmasının  tərəfdarı  olan  Roberto  Ortis 
prezident seçildi. O, 1940-cı ilədək bu vəzifədə qaldı. Yeni prezident 
fəal  daxili  siyasət  yeridərək  konstitusiya  rejimini  bərpa  etdi. 
Konqreslər  ölkə  həyatında  yenidən  əsaslı  rol  oynamağa  başladılar. 
Demokratik  təsisatlar  bərpa  edildi.  Müxalifət  partiyalarının  normal 
fəaliyyət göstərməsi üçün şərait yaradıldı. 
Xarici  siyasət  sahəsində  bir  sıra  addımlar  atıldı.  ABŞ-la 
münasibətlər  istiləşdirildi.  Ölkədə  amerikan  kapitalının  fəaliyyətinə 
əlverişli  şərait  yaradıldı.  Argentinada  ABŞ-ın  mövqeləri 
möhkəmləndi. 
Argentina ikinci dünya müharibəsi illərində 
İkinci  dünya  müharibəsinin  başlanması  Argentinanın  daxili 
siyasətinə ciddi təsir etdi. 1939-cu il sentyabrın 4-də prezident Ortis 
müharibədə  ölkəsinin  bitərəf  olduğunu  bildirdi.  Bu  vəziyyət 
Argentinanın iqtisadi inkişafına, xüsusən xarici ticarət dövriyyəsinin 
artmasına kömək etdi. Argentina məhsullarına xaricdə olan tələbatın 
artması  iqtisadi  inkişafa  təkan  verdi.  Sənayenin  yeni  sahələri 
yaradıldı.  İşsizlik  demək  olar  ki,  ləğv  edildi.  İqtisadi  yüksəliş  baş 
verdi. 
Hökumət ölkədə fəaliyyət göstərən faşist təşkilatlarını buraxdı. 
Lakin  Ortis  xəstə  olduğu  üçün  dövlətin  qarşısında  duran  vacib 
məsələləri  çevik  həll  etmək  mümkün  olmurdu.  Buna  görə  də  o, 
vəzifəsini  vitse-prezident  Ramon  Kastilyoya  verdi.  Kastilyo 
1940-1943-cü  illərdə  ölkə  prezidenti  vəzifəsini  yerinə  yetirdi. 
Hakimiyyəti  öz  əlində  cəmləşdirərək  mövcud  rejimi  daha  da 
sərtləşdirdi. 
Xarici siyasət sahəsində Argentina hökuməti Almaniya və onun 
müttəfiqləri ilə əlaqələrini genişləndirdi. Argentina ordusu 
314 


Almaniyadan gələn mütəxəssislər tərəfindən alman tipində quruldu. 
Bu isə antihitlerçi koalisiyaya daxil olan ölkələr tərəfindən narazılıqla 
qarşılandı. Argentinaya edilən təzyiqlər çoxaldı. Daxili ictimai-siyasi 
vəziyyət gərginləşdi. 
Müharibə  illərində  hökumətin  yeritdiyi  daxili  və  xarici 
siyasətdən narazı olan xalq kütlələri və hərbçilər 1943-cü il iyunun 4- 
də  paytaxta  daxil  olaraq  hökumət  binasını  ələ  keçirdilər.  Hökumət 
devrildi.  Yeni  hökumətin  başında  Kampo-de-Mayo  qarnizonunun 
rəisi Arturo Rauson durdu. Az sonra o, bu vəzifəni keçmiş müdafiə 
naziri  general  Ramirisə  verdi.  Ramiris  Argentina  Respublikasının 
müvəqqəti prezidenti  elan edildi.  İyunun 11-də  Böyük  Britaniya və 
ABŞ bu hökuməti tanıdı. 1944-cü ilin fevral ayında Ramiris istefaya 
getdi.  Yeni  prezident  general  Farral  oldu.  1945-ci  ilin  fevral-mart 
aylarında  xarici  işlər  nazirləri  səviyyəsində  Meksikada  keçirilən 
Panamerikan konfransında iştirak etdikdən sonra Argentina hökuməti 
martın  27-də  Almaniya  bloku  ölkələrinə  müharibə  elan  etdi. 
Müharibəni  qalib  dövlətlərin  cərgəsində  başa  vuran  Argentinanın 
tarixində yeni dövr başlandı. 
315 


XIII
 
BÖLÜM 
BRAZİLİYA 
Birinci dünya müharibəsinin Braziliya üçün nəticələri 
Braziliya birinci dünya müharibəsinə 1917-ci il oktyabrın 26- da 
Antanta dövlətləri tərəfindən qoşulsa da hərbi əməliyyatlarda iştirakı 
məhdud  oldu.  Hökumət  ingilislərə  kömək  üçün  hərb  gəmilərini 
Atlantik  okeanına  göndərdi.  Müttəfiqlərinə  əsasən  qəhvə,  qənd,  ət, 
kauçuk, faydalı qazıntılar verməklə və ingilislərin iştirak etdiyi dəniz 
əməliyyatlarında donanma ilə keşik çəkməklə kömək edirdi. 
Müharibə  Braziliyanın  Avropa  dövlətləri  ilə  əvvəllər  mövcud 
olmuş  ənənəvi  ticarət  əlaqələrini  pozdu.  Ümumi  xarici  ticarət 
dövriyyəsi  aşağı  düşdü.  Qəhvə  və  qənd  ixracı  azaldı.  Buna 
baxmayaraq,  iqtisadiyyat  xeyli  inkişaf  etdi.  6  min  yeni  müəssisə, 
əsasən  toxuculuq,  yeyinti  və  yüngül  sənaye  sahələri  tikildi. 
Müharibənin  gedişində  iş  yerləri  açıldı.  İşsizlik  aşağı  düşdü.  Lakin 
istehsal texnikasında ciddi dəyişiklik olmadı. Sənaye müəssisələrinin 
əksəriyyəti kiçik manufakturalar tipində idi. Braziliya hələ də aqrar- 
sənaye  ölkəsi  olaraq  qalırdı.  Əhali  əsasən  əkinçilik  və  maldarlıqla 
məşğul olurdu. 
Braziliya  birinci  dünya  müharibəsinin  gedişində  ABŞ-la  daha 
da  yaxınlaşdı.  Hərbi  əməliyyatlar  aparıldığından  Braziliya  ilə 
əlaqələri  azalan  ingilis  kapitalının  ölkə  iqtisadiyyatında  mövqeləri 
xeyli zəiflədi. 
Müharibənin başa çatması Braziliya iqtisadiyyatına mənfi təsir 
etdi.  Döyüşən  ölkələr  Braziliyanın  toxuculuq,  yüngül  və  yeyinti 
sənayesi  məhsullarına  ehtiyac  duymadıqlarından  ixracat  azaldı. 
Xarici  ticarət  dövriyyəsi  aşağı  düşdü.  Nəticədə  1919-cu  ildə  ölkə 
iqtisadiyyatında durğunluq əmələ gəldi. 1921-1922-ci illərdə ölkə 
316 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə