BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə111/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   107   108   109   110   111   112   113   114   ...   120

olan  Xarici  İşlər  Nazirlərinin  Məşvərət  Məclisi  yaradıldı.  Məşvərət 
Məclisinin  1939-cu  il  sentyabrın  23-də  Panamada  keçirilən  birinci 
toplantısında  Amerika  qitəsi  dövlətlərinin  müharibədə  bitərəfliyi 
haqqında bəyannamə qəbul edildi. Bitərəflik qitə dövlətlərini bloklara 
qoşulmaqdan  kənarda  saxlayaraq  maraqlarına  cavab  verirdi.  Latın 
Amerikası  dövlətləri  hərbi  əməliyyatların  qitəyə  buraxıİmamasına 
tərəfdar  çıxdılar.  Təhlükəsizlik  zonası  haqqında  əsasnamə 
pozulardısa,  qitə  dövlətləri  fəaliyyətlərini  əlaqələndirərək  fərdi  və 
kollektiv  tədbirlər  həyata  keçinnəli  idilər.  Avropada  aparılan 
müharibə  Almaniyanın  Latın  Amerikasındakı  mövqelərini  xeyli 
zəiflətdi.  Latın  Amerikası  ölkələri  daha  çox  ABŞ-la  əlaqələrini 
sıxlaşdıraraq  onun  ətrafında  birləşməyə  başladılar.  Problemlərin 
həllində  ABŞ-ın  rolu  gücləndi.  Qitə  dövlətlərinin  ikinci  məsləhət 
məclisi  1940-cı  il  iyul  ayının  21-30-da  Havanada  keçirildi. 
Müşavirədə  müzakirə  edilən  əsas  məsələ  Avropa  dövlətlərinin 
Amerika  qitəsindəki  mülkləri  barədə  idi.  Bu  məsələ  ilə  bağlı  iki 
yekun  sənədi  qəbul  edildi:  Amerika  qitəsindəki  Avropa 
müstəmləkələri  və  mülklərinin  müvəqqəti  idarə  edilməsi  haqqında 
konvensiya və buna əlavə konvensiya. Həmin sənədlərə əsasən qitə 
dövlətləri  üçün  təhlükə  yaranardısa  onlar  həmin  ərazilərin  idarə 
olunmasını  Amerika  dövlətlərarası  ərazi  idarəetmə  komissiyasına 
verməli idilər. 
Müşavirənin ikinci mühüm nəticəsi Amerika qitəsi dövlətlərinin 
müdafiəsində  qarşılıqlı  yardım  və  əməkdaşlıq  haqqında 
bəyannamənin  qəbul  edilməsi  oldu.  Bəyannamə  qitə  dövlətləri 
arasında məsləhətləşmələri, qarşılıqlı yardımı və ölkələrin daxilində 
ciddi qayda-qanunun yaradılmasını nəzərdə tuturdu. 
Bu  zaman  Almaniyanın  Avropada  təcavüzkarlığı  genişlənirdi. 
Almaniyanın Avropada təcavüzünün genişlənməsi ilə paralel olaraq 
SSRİ  1940-cı  ilin  yayında  Bessarabiya,  Şimali  Bukovina,  Liha, 
Latviya və Estoniyanı da işğal etdi. 
1940-cı 
ilin 
ortalarınadək 
Almaniyanın 
Avstriya, 
Çexoslovakiya, Polşa, Danimarka, Norveç, Hollandiya, Belçika, Lük 
340 


semburq  və  Fransanı  işğal  edərək  böyük  silah  cəbbəxanası,  hərbi 
sənaye,  metallurgiya,  sənayenin  digər  mühüm  sahələrini,  kənd 
təsərrüfatı  məhsullarını  və  insan  ehtiyatını  əlinə  keçirməsi.  Qərbi 
Avropada hərbi qələbələr qazanması bütün Avropa üzərində şəriksiz 
hegemonluq  yaratmaq  iddialarını  gücləndirdi.  Lakin  Avropada  tam 
hegemon  olmaq  yolunda  SSRİ  və  Böyük  Britaniya  başlıca  əngəl 
olaraq qalırdılar. Sovet İttifaqına qarşı müharibəyə hazırlıq tam məxfi 
şəkildə  aparılırdı.  Almaniya  əvvəlcə  Sovet  İttifaqını  məğlub  etmək, 
sonra isə Böyük Britaniya ilə problemlərini həll etmək niyyətində idi. 
Fransanın müharibədən çıxması Böyük Britaniyanın vəziyyətini xeyli 
ağırlaşdırdı.  Almaniya  hökuməti  Böyük  Britaniyaya  l940-cı  il  iyul 
ayının 19-da müharibəni davam etdirməmək və sülh bağlamaq barədə 
təklif etdi. İngilis hökuməti bu təkliflərdən imtina edərdisə, Almaniya 
Britaniya  imperiyasını  tamamilə  darmadağın  və  məhv  etməklə 
hədələdi.  İngilis  hökuməti  ağır  vəziyyətdə  olmasına  baxmayaraq, 
Almaniyanın hədələrini rədd etdi. Belə olduqda Almaniya rəhbərliyi 
Dəniz aslanı şərti adı altında İngiltərəyə qarşı hücum planını işləyib 
hazırladı.  Bu  plan  İngiltərənin  tez  bir  zamanda  məğlub  edilməsini 
nəzərdə  tuturdu.  1940-cı  ilin  avqust  ayından  oktyabr  aymadək 
İngiltərə uğrunda döyüş getdi. Almaniya aviasiyası Londonu və digər 
ingilis  şəhərlərini  dəhşətli  bombardman  etdi.  Döyüşün  birinci 
mərhələsi  avqustun  8-dən  18-dək,  ikinci  mərhələsi  isə  avqustun 
24-dən sentyabrın 7-dək davam etdi. Dənizdə də ağır döyüşlər getdi. 
Almaniya İngiltərənin su ilə olan xarici əlaqələrini qırmağa çalışsa da 
istəyinə  çata  bilmədi.  Alman  sualtı  qayıqları  hər  ay  təxminən  100 
ingilis  ticarət  gəmisini  batırırdı.  İngiltərə  üçün  fəlakətli  vəziyyət 
yaranmışdı. Belə ağır vəziyyətdə ingilis xalqı qəhrəmanlıq nümunəsi 
göstərdi. Almaniya bu döyüşlərdə hərbi uğur qazana bilmədi. İngiltərə 
uğrunda döyüş başa çatdı. Almanlar 1733, ingilislər isə 915 təyyarə 
itirdilər.  Bundan  sonra  Almaniya  əsas  diqqətini  Şərq  istiqamətinə 
yönəltdi. Almaniyanın müttəfiqi olan İtaliya Yunanıstana soxulsa da 
341 


ingilislərin  yardımı  nəticəsində  yunanlar  onları  ərazilərindən 
çıxarıldılar. 
Həbəşistandakı  italyan  orduları  ingilis  ordularına  tabe  oldular. 
İngiltərə  Afrikada  İtaliyaya  qarşı  hərbi  əməliyyatlara  başladı.  İyul 
ayında  İtaliya  orduları  işğal  etdikləri  Somalidən  və  Keniyanın  bir 
hissəsindən  çıxdılar.  İtaliya  hərbi  hissələri  yalnız  Liviyada  qaldı. 
Bundan sonra Almaniya Yaponiya və İtaliya ilə əlaqələrini daha da 
sıxlaşdırdı.  1940-cı  il  sentyabrın  9-da  Tokioda  başlanan  danışıqlar 
sentyabrın  27-də  Almaniya-Yaponiya-Ttaliya  hərbi  paktının  (buna 
Üçlər  paktı  və  ya  Üç  dövlət  paktı  da  deyilir)  imzalanması  ilə  başa 
çatdı.  Üç  dövlət  paktına  görə  Yaponiya  Almaniya  və  İtaliyanın 
Avropada, İtaliya və Almaniya isə Yaponiyanın Şərqi Asiyada yeni 
qayda  yaratmaq  istəklərinə  hörmət  və  lazım  gəldikdə  isə  hərtərəfli 
yardım etməli idilər. Danışıqların gedişində bir sıra məxfi sazişlər də 
imzalandı. Dövlətlər arasında ümumi, hərbi və iqtisadi komissiyalar 
yaradıldı.  Ümumi  komissiya  iclaslarını  Tokio,  Berlin  və  Romada 
keçirməli  idi.  Komissiyanın  məqsədi  üç  ölkənin  siyasətini 
əlaqələndinnək,  hərbi  və  iqtisadi  komissiyaların  məqsədi  isə 
müharibənin  birgə  aparılması  və  qarşılıqlı  iqtisadi  yardım 
problemlərini  həll  etmək  idi.  Üçlər  paktının  və  ya  ittifaqının 
imzalanması  təcavüzkar  dövlətlərin  hərbi  blokunu  tamamilə 
formalaşdırdı. Blokun əsas məqsədi dünya ağalığına sahib olmaq idi. 
Az  sonra  pakta  yeni  dövlətlər  də  qoşuldu.  Bolqarıstan  1940-cı  il 
noyabrın  17-  də  (bu  haqda  məlumat  yalnız  1941-ci  il  martın  1-də 
verildi),  Macarıstan  noyabnn  20-də,  Rumıniya  noyabrın  23-də, 
Slovakiya isə noyabnn 24-də Üçlər paktına qoşuldular. 
Antihitlerçi koalisiyanın 
yaradılması və möhkəmləndirilməsi 
Almaniyanın  Avropadakı  hərbi  uğurları  və  Yaponiyanın 
Asiyadakı  təcavüzkarlığının  genişlənməsi  qüvvələr  nisbətinə  təsir 
etdi.  Fransanın  məğlub  olması  ilə  Böyük  Britaniya  özünün  başlıca 
müt- 
342 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə