BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə114/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   110   111   112   113   114   115   116   117   ...   120

гага  alındı.  Bu  ölkələrə  gəliş-gediş  ciddiləşdirildi.  Qəbul  edilən 
qətnaməyə  uyğun  olaraq  siyasi  müdafiə  üzrə  fövqəladə  məsləhət 
komitəsi yaradıldı. Müşavirədə müharibə dövründə Latın Amerikası 
ölkələrinin xammal bazası rolu oynaması bir daha təsdiqləndi. ABŞ 
Latın  Amerikasının  16  ölkəsi  ilə  gömrük  rüsumlarını  qarşılıqlı 
azaltmaq  barədə  saziş  imzaladı.  Müşavirənin  yekununda  Amerika 
dövlətlərarası  müdafiə  şurası  yaradıldı.  Müşavirədə  müharibədən 
sonrakı  dünya  quruluşu  məsələləri  də  müzakirə  edildi.  Beynəlxalq 
təhlükəsizlik  məsələləri  üzrə  təşkilat  yaratmaq  tövsiyə  olundu. 
Konfransdan sonra Latın Amerikasında ABŞ-ın rolu xeyli gücləndi. 
Beləliklə, bütün Latın Amerikası ölkələri ABŞ-ın ətrafında Almaniya 
blokuna  qarşı  daha  sıx  birləşdilər.  Aprelin  1-də  ABŞ  prezidenti 
Ruzvelt  Qərbi  Avropada  hərbi  əməliyyatların  aparılmasına  dair 
strateji planı təsdiq etdi. 
Mayın  26-da  Londonda  Almaniyaya  və  onun  müttəfiqlərinə 
qarşı müharibədə ittifaq, müharibədən sonra isə əməkdaşlıq haqqında 
sovet-ingilis,  iyunun  11-də  isə  sovet-amerikan  müqavilələrinin 
imzalanması  antihitlerçi  koalisiyanı  möhkəmləndirdi.  Tərəflər 
qarşılıqlı  yardım  göstərmək  barədə  öhdəlik  götürdülər.  Beləliklə, 
imzalanan  sənədlər  antihitlerçi  koalisiyanın  formalaşmasını  başa 
çatdırdı. Braziliya Almaniya və İtaliyaya müharibə elan etdi. Meksika 
da müharibəyə qoşuldu. Alman bloku ölkələrinə qarşı ikinci cəbhənin 
açılması məsələsinin müzakirəsini keçirmək zərurətə çevrildi. 
Müharibənin ikinci dövrü. 
İkinci cəbhə haqqında məsələ 
Müharibənin ikinci dövrü 1942-ci ilin iyun ayından 1944-cü ilin 
yayınadək  davam  etdi.  ABŞ-ın  müharibəyə  qoşulmasından  sonra 
Avropada  ikinci  cəbhənin  açılması  məsələsi  üçtərəfli  məna  kəsb 
etməyə  başladı.  İkinci  cəbhənin  açılması  haqqında  məsələ  ABŞ, 
Böyük Britaniya və SSRİ münasibətlərində mühüm yer tutdu. 
349 


ikinci  cəbhənin  açılması  Almaniya  bloku  ölkələrinin  məğlub 
edilməsinə və müharibənin tezliklə başa çatmasına kömək etməli idi. 
Aparılan  üçtərəfli  yazışmalar  1942-ci  ilin  may-iyun  aylarında 
V.M.Molotovun  Vaşinqtona  və  Londona,  Böyük  Britaniyanın  baş 
naziri  U.Çerçilin  isə  həmin  ilin  avqust  ayında  Moskvaya  səfərləri 
zamanı müzakirə edildi. Lakin ikinci cəbhənin açılması məsələsinin 
müzakirəsi  heç  də  rəvan  getmirdi.  Bununla  belə,  sovet-  amerikan, 
sovet-ingilis  bəyannamələrində  tərəflər  Avropada  ikinci  cəbhənin 
açılmasının vacibliyini göstərdilər. 
Üçtərəfli  münasibətlərdə  SSRİ-yə  ABŞ  və  Böyük  Britaniya 
yardımlarının  göstərilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Bu 
yardımlar  həm  antihitlerçi  koalisiyanı  möhkəmləndirdi,  həm  də 
sovet-alman 
cəbhəsindəki 
vəziyyəti 
müttəfiqlərin 
xeyrinə 
dəyişdirməyə başladı. 
1942-ci  ilin  yayında  vəziyyətin  ağırlığını  görən  Almaniya 
rəhbərliyi  əsirlikdə  olan  müxtəlif  millətlərin  nümayəndələrindən 
ibarət legioner dəstələr yaratmağa başladı. Bunlardan biri, əsasən türk 
xalqlanndan  ibarət  heç  də  könüllü  olmadan  yaradılan  162-ci 
Türküstan  diviziyası  SSRİ-yə  qarşı  hərbi  əməliyyatlara  qoşuldu. 
Almaniyada  əsirlikdə  olan  təxminən  70  min  azərbaycanlının  20-25 
mini diviziyanın tərkibində sovet hissələrinə qarşı döyüşlərdə iştirak 
etdi.  Lakin  bu,  azərbaycanlıların  nasional-sosializmlə  ittifaq 
qurmaları demək deyildi. Onları yalnız bolşevizmə olan ümumi nifrət 
birləşdirirdi.  Həmin  şəxslərin  bir  qismi  könüllü,  bir  qismi  isə 
canlarını  qurtarmaq  üçün  legioner  dəstələrə  qoşulmuşdular. 
Almaniyaya dəvət olunan M.Rəsulzadə və Azərbaycan mühacirətinin 
digər  nümayəndələri  təkcə  azərbaycanlıları  nasizim  fəlakətindən 
qurtarmaqla  kifayətlənmir,  eyni  zamanda  müharibənin  gələcək 
yekunlarından respublikanın müstəqilliyini bərpa etmək üçün istifadə 
etməyə  çalışırdılar.  Lakin  Azərbaycanın  müstəqilliyi  məsələsində 
Almaniya rəhbərliyi ilə ixtilaf yarandığından o, bu ölkəni tərk etdi. 
Əsirlikdə  olan  bir  çox  yəhudilər  də  azərbaycanlı  ad-familiyası 
götünnəklə canlarını nasizim fəlakətindən qurtanrdılar. 
350 


Avqust ayında yapon donanmasının etdiyi növbəti hücum cəhdi 
də uğursuz nəticələndi. 
Antihitlerçi  koalisiyanın  üzvü  olan  dövlətlər  Afrikada  da  uğur 
qazandılar. 1942-ci ildə Almaniyanın qərbdən bir sıra diviziyalarını 
ayırıb  Şimali  Afrikaya  çıxarması  müttəfiqlərin  vəziyyətini 
çətinləşdirdi.  Buna  cavab  olaraq  həmin  ilin  payızında  ingilislər 
general  Montqomeri  başda  olmaqla  Misirdəki  qüvvələrini 
gücləndirdilər.  Oktyabrın  22-də  ingilis  orduları  Məşəl  adı  altında 
Əl-Əlarrieyn rayonundan ümumi hücuma keçərək düşmənin qarşısını 
kəsdilər. Noyabrın 8-də general Eyzenhauer başda olmaqla Əlcəzairə 
ingilis-  amerikan  ordu  hissələri  çıxarıldı.  Onlara  qarşı  Fransadakı 
Peten hökumətinin 200 minlik ordusu dayansa da müqavimət göstərə 
bilməyərək  məğlub  oldu.  Afrikadakı  uğurlu  əməliyyatların  təkcə 
hərbi deyil, eyni zamanda mühüm diplomatik-siyasi əhəmiyyəti var 
idi. Almaniya və İtaliya Afrikadakı fransız mülklərinin sərvətlərindən 
məhrum oldu. Bundan sonra Fransa antihitlerçi koalisiyaya meyl etdi. 
1942-ci  ildə  1943-cü  ilin  əvvəllərində  Atlantik  okeanında 
kommunikasiyaları  ələ  keçirmək  uğrunda  alman  donanması  total 
dəniz  müharibəsinə  başladı.  1943-cü  ilin  mart  ayında  Amerika 
sahillərində  ən  böyük  dəniz  döyüşü  oldu.  Döyüşdə  40-dək  alman 
sualtı  qayığı  iştirak  edirdi.  Onlar  düşmənin  21  gəmisini  batırdılar. 
Lakin sualtı qayıqlardan müdafiə olunmağın mükəmməl texnikasına 
sürətlə yiyələnən amerikanlar itkilərini azaltdılar. Nəticədə Almaniya 
böyük sualtı müharibədə uğursuzluğa düçar oldu. Atlantika uğrunda 
döyüş başa çatdı. 
Stalinqrad  ətrafında  alman  qüvvələrinin  məğlub  edilməsi 
antihitlerçi  koalisiyanı  gücləndirdi.  Almaniyanın  müttəfiqlərindən 
olan İtaliya, Rumıniya və Macarıstanın antihitlerçi koalisiyaya daxil 
olan  dövlətlərlə  separat  sülh  bağlamaq  cəhdləri  uğursuzluqla 
nəticələndi. 
Antihitlerçi  koalisiyanın  möhkəmləndirilməsində  1943-cü  il 
yanvarın 14-24-də Kasablankada Ruzvelt və Çerçilin iki ölkənin 
351 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə