BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə117/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   112   113   114   115   116   117   118   119   120

Hərbi  əməliyyatların  uğurlu  aparıldığı  bir  şəraitdə  şəraitdə 
BMT-nin  yaradılması işi sürətləndirildi. 1944-cü il avqustun 21-dən 
sentyabrın 28-dək Vaşinqton yaxınlığındakı Dumbarton-Oksda ABŞ
Böyük  Britaniya  və  SSRİ  nümayəndə  heyətlərinin  konfransında 
Birləşmiş  Millətlər  Təşkilatının  yaradılması  haqqında  məsələ 
müzakirə  edildi.  ABŞ  nümayəndəsi  K.Hell,  Böyük  Britaniya 
nümayəndəsi A.Kadoqan və SSRİ-nin ABŞ-dakı səfiri A.Qro- mıko 
başlıca məqsədi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaqdan ibarət 
olan  BMT-nin  yaradılması  barədə  razılığa  gəldilər.  Təşkilatın 
fəaliyyət prinsipləri müəyyənləşdirildi. Konfransın qərarlarına əsasən 
BMT-nin əsas orqanları Təhlükəsizlik Şurası, Baş Məclis, Beynəlxalq 
məhkəmə və katiblikdən ibarət olmalı idi. Bundan başqa İqtisadi və 
Sosial  Şura  yaratmaq  qərara  alındı.  Təşkilata  üzvlük  və  onların 
səlahiyyətləri barədə məsələlər də razılaşdırıldı. 
Sentyabrın  28-də  konfrans  iştirakçıları  Ümumi  beynəlxalq 
təhlükəsizlik  təşkilatının  yaradılmasına  dair  təkliflər  adlı  yekun 
sənədini  imzaladılar.  Bu  sənəd  BMT  nizamnaməsinin  əsasını  təşkil 
etdi. 
Almaniyanın  gələcək  taleyi  məsələsi  oktyabrın  9-da  Böyük 
Britaniyanın  baş  naziri  U.Çerçilin  Moskvada  SSRİ  rəhbərləri  ilə 
danışıqlarında  müzakirə  edildi.  Danışıqlarda  Çerçil  Almaniyam  üç 
dövlətə  -  Prussiya,  Saar  vilayəti  və  Avstriya-Bavariya  dövlətlərinə 
bölməyi  təklif  etdi.  Lakin  bu  məsələ  üç  dövlət  başçısının  növbəti 
konfransınadək təxirə salındı. 
Danışıqlarda Polşa məsələsi də müzakirə edildi. Tərəflər polyak 
mühacirət  hökumətinin  və  Polyak  Milli  Azadlıq  Komitəsinin 
nümayəndələri ilə görüşdülər. SSRİ Polyak Milli Azadlıq Komitəsini 
Böyük  Britaniya  isə  mühacirət  hökumətini  müdafiə  etdiyindən 
onların  arasında  ixtilaf  yarandı.  Bu  məsələ  barədə  heç  bir  razılığa 
gəlinmədi. 
Danışıqlarda  Balkan  məsələsi  müzakirə  edildi.  Tərəflər 
Yuqoslaviyada 
bütün 
səyləri 
işğaldan 
azad 
olunmağa 
yönəldəcəklərini  bildirdilər.  Balkan  ölkələri  SSRİ  ilə  Böyük 
Britaniya arasında nüfuz dairələrinə görə bölüşdürüldü. 
358 


Macarıstan 1944-cü il oktyabrın 11-də imzaladığı ilkin barışıq 
sazişinin  şərtlərinə  görə  müharibədən  çıxdı.  Almaniyaya  müharibə 
elan etdi. Macar hökuməti Çexoslovakiya, Yuqoslaviya və Rumıniya 
torpaqlarının  Macarıstan  tərkibinə  daxil  edilməsi  haqqında  bütün 
əvvəlki  qərarlarını  ləğv  etdi.  Macarıstan  sərhədləri  bərpa  olundu. 
Bütün  müttəfiq  ölkələrin  hərbi  əsirləri  tezliklə  azadlığa  buraxıldı. 
Macarıstanla  yekun  barışıq  sənədi  1945-ci  il  yanvar  ayının  20-də 
imzalandı. 
1944-cü  il  oktyabr  ayının  əvvəllərində  Almaniya  ordusu 
Yunanıstanı  və  Albaniyanı  tərk  etdi.  Yunanıstana  ingilis  ordu 
hissələri  çıxarıldı.  Norveç  də  azad  edildi.  Beləliklə,  Almaniya 
Avropadakı  bütün  müttəfiqlərindən  məhrum  oldu.  Keçmiş 
müttəfiqləri isə bir-birinin ardınca ona müharibə elan etdilər. 
Müttəfiq ordularının hücumlarının gücləndirilməsi Almaniyanı 
daha  ağır  vəziyyətə  saldı.  ABŞ,  SSRİ  və  Böyük  Britaniya  dövlət 
başçıları  əlaqələrini  daha  da  gücləndirdilər.  Antihitlerçi  koalisiyaya 
daxil olan üç dövlət başçısının Krım konfransı Arqonavt adı altında 
Yaltada Livadiya sarayında 1945-ci il fevral ayının 4-11-də keçirildi. 
Konfransa gələrkən Ruzvelt və Çerçil fevralın 2-də yolüstü Maltada 
görüşdülər.  Konfransda  üç  dövlət  başçısı  məğlub  edildikdən  sonra 
Almaniya ilə davranmaq, beynəlxalq təhlükəsizlik təşkilatı yaratmaq, 
Polşa,  Avropanın  azad  edilməsi  haqqında  bəyannamələri, 
Yuqoslaviya,  hərbi  məsələlər  və  b.  məsələləri  müzakirə  edərək 
sənədləri  imzaladılar.  Hərbi  məsələlərin  müzakirəsi  zamanı 
müttəfiqlər cəbhələrdə fəaliyyətin əlaqələndirilməsini vacib saydılar. 
Almaniya  ilə  bağlı  məsələdə  danışıqsız  təslim  olmanın  şərtləri  və 
məğlub ediləcək reyxlə davranmanın ümumi prinsipləri razılaşdırıldı. 
Avropa məsləhət  komissiyası  Almaniyanın  danışıqsız təslim olması 
şərtlərini və ona nəzarət edilməsi məsələlərini işləyib hazırlamalı idi. 
Almaniyanın  danışıqsız  təslim  edilməsi  adlandırılan  bu  sənəddə 
təslim  olmanın  şərtləri  öz  əksini  tapmışdı.  Sənədə  görə  Almaniya 
işğal zonalarına bölünməli idi. Şərq işğal zonasını sovet, şimal-qərb 
zonasını ingilis, cənub-qərb işğal zo 
359 


nasını  amerikan  qoşunları  tutmalı  idi.  İşğal  dövründə  Almaniya 
ərazisində  ali  hakimiyyət  orqanları  müttəfiq  dövlətlərin  silahlı 
qüvvələrinin ali baş komandanları olmalı idi. Almaniya üzrə Nəzarət 
Şurası  yaradılırdı. Şura işğal  zonalarında fəaliyyəti əlaqələndirməli, 
hərbi, siyasi və iqtisadi məsələləri həll etməli idi. Nəzarət Şurasının 
nəzdində  əlaqələndirmə  komitəsi  yaradılırdı.  Nəzarət  Şurasında 
qərarlar yekdilliklə qəbul edilirdi. 
Almaniyanın  işğal  edilməsində  və  onun  üzərində  nəzarətdə 
Fransaya  bərabər  hüquqlar  vermək  barədə  razılığa  gəlindi.  Böyük 
Britaniya  və  ABŞ  -ın  işğal  zonaları  hesabına  Fransaya  işğal  zonası 
ayrıldı. 
Konfransda  Almaniyadan  təzminatın  alınması  məsələsi 
müzakirə  olundu.  Almaniyanın  ödəyəcəyi  20  mlrd,  dollarlıq 
təzminatın  10  mlrd,  dolları  Sovet  İttifaqına  çatmalı  idi.  Almaniya 
təzminatı  üç  formada  -  milli  sərvətlərinin  alınması  və  hərbi 
potensialının  ləğv  edilməsi;  cari  məhsullarının  alınması;  alman  işçi 
əməyindən  istifadə  olunması  hesabına  ödəməli  idi.  Bu  sahədə 
fəalij^əti  əlaqələndirməkdən  ötrü  təzminata  dair  müttəfıqlərarası 
komissiya yaradıldı. 
BMT  nizamnaməsini  tam  şəkildə  işləyib  hazırlamaqdan  ötrü 
1945-ci  il  aprel  ayının  25-də  San  Fransiskoda  konfrans  keçirmək 
barədə  razılıq  əldə  olundu.  1942-ci  il  yanvarın  1-də  Birləşmiş 
Millətlərin  bəyannaməsini  imzalayan  və  1945-ci  il  martın  1-dək 
ümumi  düşmənə  müharibə  elan  edən  dövlətlərin  konfransa  dəvət 
olunması  barədə  qərar  qəbul  edildi.  BMT  Təhlükəsizlik  Şurasında 
qərarların  yekdilliklə  qəbul  edilməsi  barədə  Ruzveltin  təklifi 
bəyənildi. 
Krım konfransında Polşa məsələsi polyak hökuməti və Polşanın 
gələcək  sərhədləri  baxımından  müzakirə  edildi.  Fikir  ayrılıqlarına 
baxmayaraq,  üç  dövlət  başçısı  Polşanın  şərq  sərhədlərinin  Kerzon 
xətti boyunca keçməsi və ona ərazilər verilməsi  barədə qərar qəbul 
etdilər. 
Konfrans  Avropanın  azad  edilməsi  haqqında  bəyannaməni 
bəyəndi. 
360 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə