BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə116/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   112   113   114   115   116   117   118   119   120

Stalin,  Ruzvelt  və  Çerçilin  iştirakı  ilə  Evrika  şərti  adı  altında 
Tehran konfransı 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək keçirildi. 
Müharibə  illərində  SSRİ-nin  beynəlxalq  hava  xətlərində  yalnız 
Bakı-Tehran  xətti  işlədiyindən  Stalin  İrana  gedərkən  və  qayıdarkən 
Azərbaycanda  oldu.  Konfransda  dövlət  başçıları  ikinci  cəbhənin 
açılması  və  müharibənin  aparılması  məsələlərini  müzakirə  etdilər. 
Müvafiq  qərarlar  qəbul  olundu.  Çerçil  ikinci  cəbhənin  Aralıq 
dənizindən  və  Balkanlardan,  Ruzvelt  və  Stalin  isə  Avropanın 
şimalından  açılmasını  təklif  edirdilər.  Uzun  müzakirələrdən  sonra 
ikinci cəbhəni 1944-cü ilin may ayında Overlord adı altında Fransanın 
şimalından və cənubundan 35 ingilis-amerikan diviziyası çıxarmaqla 
açmaq barədə qərar qəbul olundu. 
Müttəfiq  dövlətlər  Türkiyənin  antihitlerçi  koalisiya  tərəfindən 
müharibəyə  qoşulmasına  və  Yuqoslaviya  partizanlarına  yardım 
edilməsinə  dair  tədbirlər  barədə  razılığa  gəldilər.  Çerçilin  Türkiyə 
prezidenti  İsmet  İnönü  ilə  görüşməsi  tövsiyə  edildi.  Amma  Stalin 
Türkiyəni antihitlerçi koalisiyasından kənarda saxlamağa çalışırdı. 
Stalin 
Yaponiyanın 
bitərəflik 
haqqında 
sovet-yapon 
müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən 
iki-üç ay sonra SSRİ-nin bu ölkəyə müharibə elan edəcəyini bildirdi. 
Konfransda Almaniyanın taleyi məsələsi müzakirə olundu.  Üç 
dövlət  başçısı  Almaniya  ərazisindən  bir  daha  yeni  müharibə  törə- 
dilməməsi üçün tədbirlər həyata keçirəcəklərini bəyan etdilər. Ruzvelt 
Almaniyanı  beş  dövlətə  -  Prussiya;  Hannover  və  Almaniyanın 
şimal-qərb  rayonları;  Saksoniya  və  Leypsiq;  Hessen  əyaləti, 
Darmştadt,  Kessel,  Reyndən  cənuba  olan  rayonlar,  Vestfaliyanın 
qədim  şəhərləri;  Bavariya,  Baden  və  Vürtenberqə  bölməyi  təklif 
edirdi. Bundan başqa onun təklifinə əsasən Almaniyadan Hamburq və 
Kil  kanalı  rayonu  ayrılaraq  ya  Birləşmiş  Millətlərin,  ya  da  dörd 
dövlətin idarəçiliyinə verilməli. Rur və Saar vilayətləri də Birləşmiş 
Millətlərin nəzarətinə keçməli idi. Çerçil bu təklifi bəyəndi. Almaniya 
haqqında məsələ Avropa məsləhət 
355 


komissiyasının 
müzakirəsinə 
verildi. 
Almaniyanın 
demokratikləşdirilməsi,  hərbsizləşdirilməsi  və  ölkədə  nasizmin 
kökünün  kəsilməsi  həyata  keçirilməli  idi.  Buna  çox  vaxt  Üç  D- 
demokratikləş- dinnə, demilitarizasiya və denasifikasiya da deyilir. 
Konfransda  Polşa  haqqında  məsələ  də  müzakirə  edildi.  Polşa 
dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və 
tarixi  həqiqətə  uyğun  həll  etmək  barədə  qərar  qəbul  olundu. 
Keniqsberq  və  onun  ətraf  rayonlarının  SSRİ-yə  verilməsi  barədə 
prinsipcə razılıq əldə edildi. 
İran,  onun  ərazisi  və  xalqlarının  taleyi  ilə  bağlı  məsələlərin 
müzakirəsi nəticəsində Üç dövlətin İran haqqında bəyannaməsi qəbul 
edildi.  Tərəflər  İranın  tam  müstəqilliyi,  suverenliyi  və  ərazi 
toxunulmazlığını  təmin  etmək  istəklərini  bildirdilər.  Avropada 
müharibə qurtardıqdan sonra tərəflər hərbi hissələrini İran ərazisindən 
çıxarmaq barədə razılığa gəldilər. 
Konfransın  böyük  tarixi  əhəmiyyəti  var  idi.  Tehran  konfransı 
müttəfiq  dövlətlərin  müharibənin  tezliklə  qurtarmasına  yönəldilən 
birgə  səylərini  göstərdi.  Antihitlerçi  koalisiyanı  möhkəmləndirdi. 
Almaniya  blokunun  böhranının  dərinləşdirilməsində  mühüm  rol 
oynadı, 
Tehran  konfransından  sonra  Çerçil  və  Ruzvelt  1943-cü  il 
dekabrın  4-6-da  Qahirədə  görüşərək  Avropa  strategiyası  ilə  bağlı 
məsələləri  müzakirə  etdilər.  Onlar  Overlord  və  Envil  (Cənubi 
Fransaya  qoşun  çıxarılmasının  köməkçi  əməliyyatı)  adlan  altında 
keçiriləcək  əməliyyatları  1944-cü  ilin  başlıca  əməliyyatları  olaraq 
qəbul etdilər. 
Çerçil  və  İnönü  Adanada  görüşərək  Türkiyənin  antihitlerçi 
koalisiyaya qoşulması məsələlərini müzakirə etdilər. İnönü Türkiyəni 
müharibəyə qoşmağa razılığını bildirdi. 
356 


Müharibənin üçüncü dövrü. 
Almaniya və müttəfiqlərinin məğlub olması 
Dünya  müharibəsinin  üçüncü  dövrü  1944-cü  ilin  yayından 
1945-ci  ilin  sentyabr  ayınadək  olan  müddəti  əhatə  edir.  Bu  dövrdə 
Almaniya bloku ölkələri zəiflədi. Mərkəzi və Cənub-Şərqi Avropam 
antifaşist müqavimət hərəkatı bürüdü. Almaniyanın hərbi- strateji və 
iqtisadi  vəziyyəti  pisləşdikcə  müttəfiqi  olan  ölkələrdə  müharibədən 
çıxmaq və Berlinlə əlaqələri kəsmək barədə çağırışlar eşidilirdi. Bu 
mərhələdə Almaniya və onun müttəfiqləri məğlub edildi. 1944-cü il 
iyunun  4-də  müttəfiqlər  Romaya  daxil  oldular.  İtaliyanı  üsyan  və 
antifaşist hərəkat bürüdü. 
İyun  ayının  6-da  Şimali  Fransanın  qərbində,  Normandiya 
sahillərində La-Manş zonasında ingilis-amerikan aviasiyası düşmənin 
müdafiə  mövqelərini  bombardman  edərək  desant  çıxardı.  Hərbi 
əməliyyatlara  6  min  gəmi  cəlb  edildi.  Beləliklə,  Avropada  ikinci 
cəbhə amerikan generalı D.Eyzenhauerin komandanlığı altında açıldı. 
İkinci  cəbhənin  açılması  Almaniyanın  beynəlxalq  mövqelərini 
sarsıdaraq  antihitlerçi  koalisiyanı  gücləndirdi.  Alman  bloku 
ölkələrində çaşqınlıq yaratdı. 
Sentyabr ayının 7-də Bolqarıstan Almaniya ilə münasibətlərini 
rəsmi şəkildə kəsdiyini bildirdi. Bir gün sonra ona müharibə elan etdi. 
Müttəfiqlər  Bolqarıstanla  oktyabrın  26-28-də  Moskvada  keçirilən 
danışıqlarda barışıq sazişini imzaladılar. 
Sentyabrın  12-də  Moskvada  SSRİ,  ABŞ  və  Böyük  Britaniya 
adından  Rumıniya  ilə  barışıq  sazişi  imzalandı.  Sazişdən  sonra 
Rumıniya Almaniyaya müharibə elan etdi. 
Sentyabrın  19-da  Moskvada  müttəfiqlərlə  Finlandiya  arasında 
keçirilən  danışıqların  nəticəsində  banşıq  sazişi  imzalandı.  Sənəddə 
Finlandiya  ərazisinin  hərbi  cəhətdən  işğalı  nəzərdə  tutulmamışdı. 
Barışığın  şərtlərinə  görə  Finlandiya  qoşunlarını  sovet-fin 
sərhəddindən  geri  çəkməli,  Almaniya  silahlı  qüvvələrini  tərksilah 
etməli, bəzi ərazilərini Sovet İttifaqına verməli və SSRİ-yə 300 mln. 
ABŞ dolları həcmində təzminat ödəməli idi. 
357 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə