BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə104/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   100   101   102   103   104   105   106   107   ...   120

ni  dərin  böhran  bürüdü.  Bu  illərdə  kanqaseyro-quldur  hərəkatı 
genişləndi.  Böhran  nəticəsində  müflisləşən  əhali  mülkədar 
torpaqlarım  zorla  tutmağa  başladı.  Prezident  Epitasio  Pessoa 
(1919-1922) ölkəni böhrandan çıxarmaq üçün bir sıra tədbirlər həyata 
keçirdi.  Pessoanın  hakimiyyəti  illərində  suvanna  qurğuları, 
dəmiryolları  və  elektrik  stansiyaları  tikildi.  İbtidai  və  dünyəvi 
məktəblər  dövlət  tərəfindən  maliyyələşdirilməyə  başlandı.  Ordu, 
aviasiya və hərbi dəniz donanmasına xüsusi diqqət yetirildi. Bütün bu 
tədbirlər  ölkədə  sosial  gərginliyi  aşağı  saldı.  Buna  baxmayaraq, 
Braziliyada həmin illərdə inqilabi hərəkat da mövcud idi. 
Pessoanın  hakimiyyəti  illərində  amerikan  və  ingilis  kapitalı 
ölkədə öz mövqelərini möhkəmləndirdilər. Amerikan kapitalı xüsusən 
dağ-mədən,  kimya,  əczaçılıq  və  avtomobilqayırma  sənayesində 
üstünlük təşkil edirdi. Ölkədə fəaliyyət göstərən xarici səhmdarların 
yarısı  amerikanlar  idi.  ABŞ-la  Braziliya  arasında  ticarət  əlaqələri 
genişləndi. 
20-ci illərdə daxili və xarici siyasət 
20-ci  illərin  əvvəllərində  Braziliyada  ictimai-siyasi  hərəkat 
gücləndi.  Rio-de-Janeyro,  San-Paula  və  b.  şəhərlərdə  kommunist 
qrupları yaradıldı. Kommunist qruplarının 1921-ci ilin noyabr ayında 
Rio-de-Janeyroda  keçirilən  müşavirəsində  Kommunist  Partiyası 
yaratmaq  məqsədilə  birləşdirici  qurultay  çağırmaq  qərara  alındı. 
1922-ci  ilin  mart  ayında  9  kommunist  qrupu  Rio-de-Janey-  roda 
qurultay çağıraraq Braziliya Kommunist Partiyasını yaratdılar. Lakin 
partiyanın  sosial  dayaqları  xeyli  zəif,  təşkilatçılıq  işi  də  aşağı 
səviyyədə idi. Xalq Kommunist Partiyasını müdafiə etmirdi. 
Yaranmış mürəkkəb şəraitdə hərbçilər də siyasi proseslərə qo- 
şulmağa başladılar. 20-ci illərin əvvəllərində Braziliyada tenentist- lər 
(leytenantlar)  hərəkatı  yarandı.  Onlar  sosial-iqtisadi  məsələlərin 
həllini  deyil,  əsasən  azad  Braziliya  Respublikasının  yaradılması 
tələbini irəli sürürdülər. Tenentistlərə görə yalnız azad respublika 
317 


yaradıldıqdan sonra sosial-iqtisadi məsələləri həll etmək olardı. 
1922-ci  il  noyabrın  15-də  keçirilən  prezident  seçkilərində  Ar- 
turo da Silva Bemardes qalib gəldi. 1926-cı ilədək hakimiyyətdə olan 
Bemardesin  daxili  siyasəti  ölkə  iqtisadiyyatının  böhrandan 
çıxarılmasına  yönəlmişdi.  Bundan  ötrü  fövqəladə  qanunlar  verildi. 
Sol  təmayüllü  mətbuat  və  partiyalar  bağlandı.  Bemardes  federal 
hökumətin  idarəçilik,  maliyyə  və  siyasi  sahədə  hüquqlarını 
genişləndirmək məqsədi  ilə 1924-cü ilin  may  ayında konstitusiyada 
dəyişiklik  etdi.  İşçilərin  əmək  problemlərini  tənzimləməkdən  ötrü 
Milli  Əmək  Şurası  yaradıldı.  İyulun  5-də  general  İsidor  Lopes  və 
Mikel Kosta başda olmaqla 6 min zabit San-Paulo ştatında hökumət 
əleyhinə  qiyam  qaldırdı.  Qısa  müddət  ərzində  qiyam  daha  da 
genişləndi.  Payızda  bütün  ölkəni  qiyam  bürüdü.  Vəziyyətdən 
çıxmaqdan ötrü hökumət mühasirə vəziyyəti elan etdi. Bundan sonra 
ictimai-siyasi vəziyyət tədricən sabitləşdi. 
1922-26-cı  illərdə  ölkə  iqtisadiyyatına  ABŞ-m  təsiri  daha  da 
artdı. Bütün idxalatın 1/3 hissəsi, ixracatın isə 50%-i ABŞ-ın payına 
düşürdü.  ABŞ-dan  Braziliyaya  daş  kömür,  avtomobil  və  müxtəlif 
cihazlar gətirilirdi. 
1926-cı  il  noyabrın  15-də  keçirilən  prezident  seçkilərində 
Vaşinqton  Luis  qalib  gəldi.  O,  1930-cu  ilədək  bu  vəzifədə  qaldı. 
Hökumət  daxili  siyasətdə  mühasirə  vəziyyətini  ləğv  etdi.  Bir  sıra 
sosial  və  siyasi  tədbirlər  həyata  keçirdi.  Həmkarlar  təşkilatları  tam 
fəaliyyət  sərbəstliyi  aldı.  Cəmiyyət  həyatında  mövcud  olan  kəskin 
ziddiyyətlər yumşaldıldı. 
Ölkəyə  xarici  kapitalın  nüfuz  etməsi  üçün  əlverişli  şərait 
yaradıldı.  1929-cu  ildə  ABŞ-m  Braziliyaya  kapital  qoyuluşunun 
ümumi  həcmi  1913-cü  illə  müqayisədə  8,5  dəfə  artaraq  476  mln. 
dollar  təşkil  etdi.  Bundan  fərqli  olaraq  Braziliyada  Böyük 
Britaniyanın mövqeləri zəifləyirdi. 
Dünya  iqtisadi  böhranı  Braziliya  iqtisadiyyatına  ağır  zərbə 
vurdu.  Aqrar-sənaye  böhranı  və  dünya  bazarında  qiymətlərin  aşağı 
düşməsi Braziliyada kənd təsərrüfatı istehsalını aşağı saldı. İş yerləri 
bağlandı. Kütləvi işsizlik yarandı. 
318 


20-ci  illərdə  fəhlə  və  həmkarlar  ittifaqları  təşkilatları  öz 
fəaliyyətlərini  genişləndirdilər.  1927-ci  ildən  Kommunist  Partiyası 
leqal  fəaliyyət  göstərməyə  başladı.  Lakin  geniş  xalq  kütlələri  bu 
partiyanın arxasınca getmirdi. 
1929-cu  ildə  həmkarlar  ittifaqlarının  birləşdirici  qurultayı 
keçirildi.  Qurultayda  Braziliya  Ümumi  Əmək  Konfederasiyası 
yaradıldı. 
30-cu illərdə daxili və xarici siyasət 
1930-cu  il  martın  1-də  ölkədə  növbəti  prezident  seçkiləri 
keçirildi.  Minas-Jerans  ştatı  nümayəndələrinin  yaratdığı  Mineyras 
bloku  müxalifətdə  olan  Paulist  qrupu  ilə  yaxınlaşaraq  Mühafizəkar 
mərkəzçi  blokunu  yaratdılar.  Blokun  namizədi  San-Paulu  ştatının 
qubernatoru  Juliu  Prestes  oldu.  Onların  rəqibləri  isə  Liberal  alyans 
yaratdı.  Alyansı  tenentistlər,  ziyalılar,  tələbələr  və  zəhmətkeşlər 
müdafiə  edirdi.  Bu  alyans  prezidentliyə  Rau-Qrandi-di  Sul  ştatının 
qubernatoru,  47  yaşlı  Jetuliu  Domellas  Varqasın  namizədliyini  irəli 
sürdü. Seçkilər çox gərgin keçdi. Saxtalaşdırılan seçkilərdə paulistlər 
qalib gəldi. Prestesə 1 mln.-dan çox, Varqasa isə 660 min səs verildi. 
Liberal alyans seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edərək 
silahlı üsyana hazırlaşmağa başladı. 
1930-cu  il  oktyabrın  3-də  Varqas  və  onun  tərəfdarları  üsyan 
qaldırdı.  Hərbçilər  və  mülkədarlar  onlara  kömək  etdilər.  Hələ 
vəzifəsini  təhvil  verməyən  keçmiş  prezident  Vaşinqton  Luisin  ordu 
hissələrinin köməyi ilə üsyanı yatırmaq niyyəti baş tutmadı. Varqasa 
ABŞ kömək etdi. 
Seçkilərin  nəticələrini  saxtalaşdıran  Vaşinqton  Luis  devrildi. 
Hakimiyyətə  hərbi  xunta  gəldi.  Braziliyada  bu  hadisə  1930-cu  il 
liberal  inqilabı  adlandırılır.  İnqilab  nəticəsində  mühafizəkar  oliqar- 
xiyanın  hakimiyyəti  devrildi.  Dəyişikliklər  dövrü  başlandı.  Noyabr 
ayında  yenidən  keçirilən  təkrar  seçkilərdə  isə  prezident  liberalların 
nümayəndəsi  Jetuliu  Domellas  Varqas  oldu.  Varqas  noyabrın  3-də 
Müvəqqəti hökumət yaradaraq tanınmaqdan ötrü ABŞ-a müraciət 
319 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə