BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə95/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   91   92   93   94   95   96   97   98   ...   120

aqrar ölkə olaraq qal’»'dı. Əhalinin təxminən 80%-i kənddə, 20%-i isə 
şəhərdə yaşayırdı. Kəndlilərin əksəriyyəti aztorpaqlı və torpaqsız idi. 
Hərbi əməliyyatların gedişində xalq kasıblaşmışdı. 
1919-cu  il  sentyabrın  29-da  Aleksandr  Vayda-Voyevod  başda 
olmaqla  keçid  hökuməti  yaradıldı.  Hökumət  yeni  parlament 
seçkilərinədək  hakimiyyətdə  qalmalı  idi.  Həmin  ildə  Bukovinada 
aqrar islahatın keçirilməsi haqqında dekret verildi. 
20-ci illərdə daxili və xarici siyasət 
Müharibədən  sonrakı  ilk  illərdə  Rumıniyanın  siyasi  həyatı 
müxtəlif partiyaların yaradılması və sabitsizliklə səciyyələnirdi. Ölkə 
müharibədən  çıxdıqdan  sonra  Xalq  Partiyası,  Kəndli  Partiyası  və 
Əmək Partiyası yaradıldı. 1919-cu ildə ölkə parlamentinə ilk seçkilər 
keçirildi.  Seçkilər  nəticəsində  deputatlar  palatasındakı  568  yerin 
199-nu  Milli  Partiya,  130-nu  tsaranistlər  (kəndli)  və  onlara  yaxın 
qruplar,  27-ni  milli-demokratlar,  103-nü  liberal-demokratlar,  16-nı 
mühafizəkarlar  qazandı.  Hakim  Liberal  Partiya  seçkiləri  uduzdu. 
Kabineti formalaşdırmaq Y.Maniuya tapşırıldı. Lakin o, bu təklifdən 
imtina etdikdə Milli Partiyanın digər lideri A.Vayda-Voyevoda yeni 
koalisiyalı hökumət qurdu. Koalisiyaya Transilvaniya Milli Partiyası, 
Kəndli  Partiyası  və  Milli  Demokrat  Partiyası  daxil  oldular.  Bu 
koalisiya  1919-cu  ilin  noyabr  ayından  1920-ci  ilin  martınadək 
hakimiyyətdə  oldu.  Hökumət  Antanta  dövlətləri  ilə  mövcud  olan 
ixtilaflara  son  qoymağı  vəd  etdi.  Rumıniya  hökuməti  Macarıstan 
ərazisindən ordularını geri çağırdıqdan sonra Antanta ölkələri Trianon 
sülh  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Rumıniyaya  çatacaq 
ərazilərin ona verilməsinə razılıqlarını bildirdilər. 
Martın  13-də  Xalq  Partiyasının  lideri  general  A.Averesku 
hakimiyyətə  gəldi.  Onun  qurduğu  hökumət  1921-ci  il  dekabrın  17- 
dək hakimiyyətdə oldu. Hökumətin daxili siyasətinin başlıca vəzifəsi 
ölkəni  çətin  iqtisadi  və  maliyyə  vəziyyətindən  çıxarmaq  idi. 
Parlament  buraxıldı.  Yeni  seçkilərin  vaxtı  təyin  edildi.  Deputatlar 
palatası  üzvlərinin  sayı  369  nəfər  müəyyənləşdirildi.  İyul  ayında 
keçirilən seçkilərdə Xalq Partiyası 224 yer qazandı. 
288 


Yeni hökumət geniş islahatlar həyata keçirməyə başladı. 1921-ci ildə 
mötədil aqrar islahat haqqında qanun qəbul edildi. İslahata görə kral, 
dövlət  və  kilsə  torpaqları  saxlanıldı.  Torpağın  əsas  hissəsi 
mülkədarların  və  kilsənin  əlində  cəmləndi.  Mülkədarlar  100 
hektardan  500  hektaradək  torpağa  sahib  ola  bilərdi.  Aztorpaqlı  və 
torpaqsız  kəndlilərə  də  torpaq  verildi.  Onlar  5  hektar  torpaq  ala 
bilərdilər.  Transilvaniya  və  Bessarabiyada  da  aqrar  islahat  həyata 
keçirildi. İslahat kənddə yeni ictimai münasibətlərin inkişafına kömək 
etdi. Qəbul edilən qanunla əmək münasibətləri də tənzimlənirdi. 
Averesku  hökumətinin  xarici  siyasətinin  başlıca  məqsədi 
Avropa  qitəsində  ölkənin  mövqelərini  möhkəmləndirmək,  böyük 
dövlətlərlə  sıx  münasibətlər  qurmaq  idi.  Noyabrın  1-də  rumın 
hökuməti  İngiltərə,  Fransa,  Yaponiya  və  İtaliya  ilə  Paris 
protokollarını  imzaladı.  Protokollar  Rumıniyanın  müharibədən 
sonrakı ərazi- sərhəd quruluşunu və iqtisadi məsələləri tənzimləməli 
idi.  Lakin  bu  məsələdə  hakimiyyət  daxilində  yekdillik  mövcud 
deyildi.  Hökumətin  siyasətindən  xalq  da  narazı  idi.  Bu  narazılıq 
hökumətin istefası ilə nəticələndi. Rumıniya hökuməti 1921-1922-ci 
illərdə Çexoslovakiya və Yuqoslaviya ilə birlikdə hərbi-siyasi ittifaq 
olan  Kiçik  Antantaya  qoşuldu.  Hökumətin  Avropa  işlərində 
məsləhətləşdiyi və birgə hərəkət etdiyi başlıca müttəfiqi Fransa oldu. 
1921-ci il martın 3-də Rumıniya Polşa ilə hərbi ittifaq, aprelin 23-də 
Çexoslovakiya,  iyunun  7-də  isə  Yuqoslaviya  ilə  qarşılıqlı  yardım 
haqqında müqavilələr imzaladı. 
1920-1921-ci illərdə ölkədə ictimai-siyasi mübarizə kəskinləşdi. 
1921-ci il mayın 8-də Buxarestdə Sosialist Partiyasının qurultayında 
partiyanın  sol  qanadına  daxil  olan  şəxslər  Rumıniya  Kommunist 
Partiyasını yaratdılar. Sağ və mərkəzçi qüvvələr isə Rumıniya Sosial 
Demokrat  Partiyasında  birləşdi.  Qurultayın  270  nəfər  üzvü  həbs 
edildi.  Kommunistlərin  tanınmış  rəhbərlərindən  biri  olan  Leonte 
Filipesku  qaçmağa  cəhd  edərkən  öldürüldü.  Rumıniyanın  siyasi 
həyatında kommunistlər təsirli rol oynamırdılar. Çünki onların böyük 
əksəriyyəti əsasən gəlmələrdən ibarət olan qeyri-rummlar idi. 
289 


Dekabrın  17-də  Averesku  hökuməti  istefaya  getdi.  Yeni 
hökuməti  Take  İonesku  yaratdı.  Lakin  o  da  hakimiyyətdə  çox  az 
qaldı.  Onun  yerinə  müvəqqəti  olaraq  Milli-Liberal  Partiyasının 
nümayəndəsi  Jonel  Bratianu  keçdi.  Parlament  buraxıldı.  Yeni 
seçkilərdə 
milli-liberallar 
309 
mandat 
aldılar. 
Seçkinin 
saxtalaşdırıldığını  bildirən  müxalifət  parlamenti  tərk  etdi.  Buna 
baxmayaraq,  Bratianu  daha  sərbəst  siyasət  yeritməyə  başladı. 
Hökumətin  daxili  siyasəti  iqtisadiyyatı  bərpa  etmək  səyləri  ilə 
səciyyələnirdi.  Lakin  Bratianu  hökuməti  də  qarşıya  qoyduğu 
vəzifələri  yerinə  yetirərkən  çətinliklərlə  üzləşdi.  Parlament  böhranı 
dərinləşdi. Kral parlamenti buraxdı. 
Ümumiyyətlə,  1918-ci  ilin  noyabrından  1922-ci  ilin  yan- 
varınadək ölkədə 7 baş nazir dəyişildi. 
1922-ci  ilin  mart  ayında  yeni  seçkilər  keçirildi.  Bratianu 
hökumət  yaratdı.  O,  ölkədə  maliyyə  və  sənaye  oliqarxiyasmı 
gücləndirdi.  Vergilər  artırıldı.  Bəzi  iş  yerləri  ixtisar  edildi.  Həmin 
ildən  ölkə  iqtisadiyyatında  sabitləşmə  başlandı.  Hökumət  əməyin 
səmərəliliyinin  artınlmasma  nail  oldu.  Milli  valyutanın  məzənnəsi 
sabitləşdi. 
Daxili  siyasi  həyatda  da  ciddi  dəyişikliklər  baş  verdi.  Yeni 
seçilmiş  parlament  1923-cü  ilin  mart  ayında  ölkə  konstitusiyasını 
qəbul  etdi.  Konstitusiyada  göstərilirdi  ki,  Rumıniya  konstitusiyalı 
monarxiya  dövlətidir  və  hökumət  parlament  qarşısında  məsuliyyət 
daşıyır.  Parlament  deputatlar  palatası  və  senatdan  ibarət  idi.  Kişilər 
üçün  ümumi  seçki  hüququ  təsbit  edildi.  Seçki  senzi 
müəyyənləşdirildi. İşsizlər və kənd təsərrüfatı fəhlələri seçki hüququ 
almadılar.  Vətəndaşlara  demokratik  hüquq  və  azadlıqlar  verildi. 
Bütün vətəndaşların qanun qarşısında bərabərliyi elan edildi. 1924-cü 
ildə faydalı qazıntılar barədə qanun qəbul olundu. Bu qanun faydalı 
qazıntılar 
sahəsində 
xarici 
kapitalın 
iştirakının 
həcmini 
müəyyənləşdirdi.  Xarici  ölkələr  Rumıniya  ərazisindəki  faydalı 
qazıntılardan yalnız 50% səhm ala bilərdilər. Həmin ildə qəbul edilən 
fövqəladə qanuna görə ölkədə Kommunist Partiyasının Rumıniyanın 
milli mənafelərə zidd fəaliyyəti qadağan olundu. Bu qadağa 1944-cü 
ilədək davam etdi. 
290 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə