BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə93/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   89   90   91   92   93   94   95   96   ...   120

Hökumətin xarici siyasətində Almaniya ilə münasibətlər xüsusi 
yer tuturdu. Gembeş Almaniyaya səfər edərək nasional-sosialistlərin 
proqramlarının həyata keçirilməsinə kömək edəcəyini bildirdi. Eyni 
zamanda  Macarıstan  1934-cü  il  fevralın  4-də  SSRİ  ilə  diplomatik 
münasibətlər qurdu. 
Martın  17-də  İtaliya,  Avstriya  və  Macarıstan  Roma 
protokollarını  imzalayaraq  aralarındakı  siyasi  və  iqtisadi 
əməkdaşlığın  istiqamətlərini  müəyyənləşdirdilər.  Roma  protokolları 
əsasən Kiçik Antantaya və Balkan paktına qarşı yönəlmişdi. 
1936-cı  ilin  oktyabr  ayında  Gembeşin  ölümündən  sonra  Xorti 
hökumət  yaratmağı  torpaq  naziri  vəzifəsini  tutan  Kalman  Daraniyə 
tapşırdı. Yeni hökumət mühafizəkar idarə formasına qayıdaraq Xor- 
tinin  hüquqlarının  genişləndirilməsi  barədə  qəran  parlamentdən 
keçirdi. Buna görə Xorti parlamentdə qəbul edilən istənilən qanunu 
iki dəfə geri qaytara bilərdi. Yeni hökumət ölkədə nasional-sosialist 
qrup olan salaşist hərəkatının genişlənməsinə kömək etdi. Hökumətlə 
hərəkatın həbsxanada yatan lideri Ferens Salaşi arasında yaxınlaşma 
baş  verdi.  Darani  hökumətinin  xarici  siyasətinin  başlıca  istiqaməti 
Almaniya,  İtaliya  və  Avstriya  ilə  münasibətləri  sıxlaşdırmaq  idi. 
1938-ci  ilin  yanvar ayında  İtaliya, Avstriya və  Maca-  nstanın xarici 
işlər  nazirləri  macar  hökumətinin  başçısı  Darani  ilə  Budapeştdə 
görüşdülər.  Görüşdə  belə  bir  ümumi  qərara  gəlindi:  bu  ölkələr 
Almaniya  ilə  sıx  əməkdaşlıq  edəcəklər;  kommunizmə  qarşı  bütün 
vasitələrlə  birgə  mübarizə  aparacaqlar;  İspaniyada  Franko  rejimini 
tanıyırlar; Avstriya və Macarıstan hökumətləri  İtaliya, Almaniya və 
Yaponiyanın Antikomintem paktını bəyənirlər. 
Almaniya Avstriyanı  özünə birləşdirdikdə Macarıstan üçün də 
təhlükə  yarandı.  Belə  olduqda  macar  hakim  dairələri  hökuməti 
dəyişib  İngiltərə,  Fransa  və  ABŞ-la  yaxşı  münasibətləri  olan  şəxsi 
hakimiyyətə  gətirməyə  qərar  verdilər.  Həmin  ilin  may  ayında  baş 
nazir  vəzifəsinə  İngiltərə  kapitalı  ilə  sıx  münasibətləri  olan  Milli 
bankın rəhbəri Bela İmredi təyin edildi. Macarıstan Çexoslovakiyaya 
qarşı ərazi iddiaları irəli sürdü. Noyabrın 2-də keçirilən birinci Vyana 
arbitrajı Slovakiyanın cənub rayonlarını, Karpatarxası Uk- 
282 


raynanı  və  Rumıniya  torpaqlarının  bir  hissəsini  Macarıstana  verdi. 
Bununla  da  Trianon  sülhü  təftiş  edildi.  1939-cu  ilin  yanvar  ayında 
Macarıstan  rəsmi  şəkildə  Antikomintem  paktına  qoşuldu.  Hökumət 
Almaniya ilə  yaxınlaşmaq xəttindən imtina etmədiyi  üçün Bela  İm- 
redi vəzifəsindən istefa verdi. Həmin ilin fevral ayında baş nazir Pal 
Teleki  oldu.  Teleki  hökuməti  beynəlxalq  aləmdə  mövcud  olan  iki 
qruplaşma arasında manevr etməyə başladı. Martın 17-də Macarıstan 
Millətlər 
Cəmiyyətindən 
çıxdı. 
Beləliklə, 
Macarıstan 
Almaniya-İtaliya-Yaponiya 
blokunun 
müttəfiqinə 
çevrildi. 
Parlamentdə  çoxluğa  sahib  olmaq  məqsədilə  Teleki  Milli  Birlik 
Partiyasını  və  Macarıstan  Həyat  Partiyasını  yenidən  qurdu.  May 
ayında  nümayəndələr  palatasına  seçkilər  keçirildi.  Xorti  zamanında 
ilk dəfə gizli keçirilən bu seçkilərdə hakim Macarıstan Həyat Partiyası 
245 mandatdan 183-nü, qatı sağ partiya olan salaşistlər isə 31 mandat 
aldı.  Digər  partiyalar  da  mandat  qazandılar.  Teleki  yeni  hökumət 
qurdu. O, özündən əvvəlki hökumətlərin daxili və xarici siyasətlərini 
davam etdirdi. Dünya artıq bu zaman müharibənin astanasında idi. 
Macarıstan ikinci dünya müharibəsi illərində 
İkinci  dünya  müharibəsinin  başlanması  Macarıstanın  daxili 
iqtisadi  və  siyasi  həyatında  ciddi  dəyişikliklərə  səbəb  oldu.  Qısa 
müddət içində macar iqtisadiyyatı hərbi relsə keçirildi. Ölkə daxilində 
ciddi rejim  yaradıldı. Faşist təşkilatları olan Vətən sevgisi və Macar 
birliyi fəaliyyətlərini xeyli gücləndirdilər. 
Macar hökuməti Rumıniya tərkibində olan və əsasən macarların 
yaşadığı  Transilvaniyanı  özünə  birləşdirmək  üçün  Almaniyadan 
razılıq  almaq  istəsə  də  Hitler  bunun  əleyhinə  çıxdı.  Belə  olduqda 
macar  hökuməti  öz  ərazisindən  alman  ordularının  keçməsinə  icazə 
vermədi.  Macarıstanı  döyüşməyən  dövlət  elan  etdi.  Macar  hakim 
dairələri  Böyük  Macarıstan  yaratmaq  üçün  fürsət  axtarmağa 
başladılar.  Transilvaniya  problemi  hökumətin  iclaslarında  daim 
müzakirə obyekti olurdu. Bu ərazini almaq üçün macar hökumətinin 
Rumıniya ilə sərhəddə ordu toplamasına Almaniya və İtaliya etiraz 
283 


etdilər,  Macanstanla  Rumıniya  arasında  bu  məsələyə  dair  aparılan 
danışıqlar  nəticəsiz  qaldı.  1940-cı  il  avqustun  30-da  ikinci  Vyana 
arbitrajı  əhalisi  2  mln.  577  min  nəfər,  ərazisi  43  min  km*  olan 
Transilvaniyanın şimal və şimal-şərq hissəsini Macarıstana verdi. Bu 
ərazidə 1 mln. nəfərdən çox rumın yaşayırdı. Milli azlıqlar haqqında 
sazişlər  imzalandı.  Lakin  ikinci  Vyana  arbitrajının  qərarları 
Macarıstandakı narazılığı aradan qaldırmadı. Həmin il oktyabrın 3-də 
Bel  İmredi  hakim  partiyadan  çıxaraq  Macar  Yeniləşmə  Partiyasını 
yaratdı.  Ölkədə  qruplar  arasında  mübarizə  gücləndi.  Xorti 
salaşistlərin  lideri  F.Salaşini  amnistiya  ilə  həbsxanadan  çıxardı. 
Bundan  sonra  Macarıstan  Almaniya  bloku  ilə  daha  çox  yaxınlaşdı. 
Noyabrın  20-də  Macarıstan  hökuməti  rəsmi  olaraq  Üçlər  paktına 
qoşuldu.  1941-ci  ilin  baharında  Yuqoslaviyaya  müharibə  elan  edən 
Macarıstan  ikinci  dünya  müharibəsinə  girdi.  Az  sonra,  aprelin  3-də 
baş  nazir  Pal  Teleki  özünü  öldürdü.  Macarıstanın  yeni  baş  naziri 
Hitler  Almaniyasına  rəğbət  bəsləyən  Laslo  Bardoşşi  oldu.  Macar 
hökumətinin  bu  hərəkətləri  Böyük  Britaniya  və  Fransada  etirazla 
qarşılandı.  Aprelin  6-da  Böyük  Britaniya  Macarıstanla  diplomatik 
münasibətlərini kəsdi. İyunun 22-də Almaniya SSRİ üzərinə hücum 
etdikdən  bir  gün  sonra  Macarıstan  Sovet  İttifaqı  ilə  diplomatik 
münasibətləri dayandırdı. Macar hökuməti dekabr ayının əvvəllərində 
İngiltərəyə,  dekabrın  11-də  isə  ABŞ-a  müharibə  elan  etdi.  Lakin 
müharibənin aparılmasında çoxlu çətinliklər mövcud idi. Müharibədə 
qələbəyə olan inam azalırdı. Baş nazir Bardoşşi 1942-ci il martın 9-da 
səhhəti ilə əlaqədar olaraq istefa verdi. Yeni baş nazir Mikloş Kallayi 
oldu.  Onun  hökumətinin  başlıca  məqsədi  Macarıstanla  ABŞ  və 
İngiltərə arasında “yanmış körpüləri” bərpa etmək idi. Hökumət ABŞ 
və İngiltərəyə yaxınlaşmaq üçün yollar axtarmağa başladı. Göstərilən 
səylər  öz  bəhrəsini  verdi.  1943-cü  ilin  sentyabr  ayında  Macarıstan 
Böyük Britaniya və ABŞ-la barışıq haqqında ilkin saziş imzaladı. Bu, 
bütövlükdə antihitlerçi koalisiyanın mənafelərinə də uyğun idi. 
Macanstanın iki blok ölkələri arasında manevr etməsi yelləncək 
siyasəti adını aldı. Bunu görən Hitler Kallayi hökumətinin də- 
284 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə