BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə89/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   85   86   87   88   89   90   91   92   ...   120

İtaliya ilə münasibətlərə üstünlük  verildiyini  göstərirdi. Avstriyanın 
İtaliya  və  Fransa  ilə  yaxınlaşması  nəticəsində  sonralar,  1935-ci  ilin 
aprel  ayında  keçirilən  beynəlxalq  konfransda  Avstriyanın 
müstəqilliyinə 
təminat 
verildi. 
Anşlüs 
ideyası 
pisləndi. 
Nasional-sosialistlər  sıxışdırılmalarma  cavab  olaraq  qiyama  cəhd 
etdilər. Hökumət bir neçə avstriyalı nasional-sosialisti edam etdirdi. 
Bundan sonra onlar sui-qəsd hazırladılar. 1934-cü il iyulun 25-də 14 
nəfər nasional- sosialist tərəfindən hökumət binasında girov götürülən 
kansler  Dolfus  yaralandı.  Qiyamçılar  Dolfus  hökumətinin  istefaya 
getdiyini və Rintelenin yeni kabinet yaratdığını elan etdilər. Dolfus az 
sonra öldü. Lakin qiyamçılar məğlub edildilər. Prezident Miklas yeni 
kansler  vəzifəsinə  Kurt  Şuşniqi  təyin  etdi.  Vitse-kansler  vəzifəsini 
heyin  ver  Ştaremberq  tutdu.  Bundan  sonra  ölkədə  alman  maliyyə 
kapitalının  nüfuzu  artdı.  1936-cı  ilin  aprel  ayında  ümumi  hərbi 
mükəlləfiyyət bərpa edildi. Ordunun sayı artırıldı. Nasional- sosialist 
təşkilatlarının  güclənməsi  hökuməti  müvafiq  tədbirlər  görməyə 
məcbur  etdi.  May  ayında  Ştaremberq  vitse-kansler  vəzifəsindən 
uzaqlaşdırıldı.  Heymverlər  isə  tərksilah  olunaraq  ləğv  edildi.  İyun 
ayında dövlətin müdafiə edilməsi haqqında qanun qəbul olundu. 
Şuşniqin  hakimiyyəti  illərində  Avstriyanın  xarici  siyasəti 
Almaniya  ilə  yaxınlaşmağa  yönəlsə  də  ehtiyatlı  olmaqla  Böyük 
Britaniya  və  Fransa  ilə  münasibətlərin  qorunub  saxlanılmasını  da 
nəzərə 
alırdı. 
Almaniyanın 
Avstriyadakı 
nasional-sosialist 
təşkilatlarının  işinə  qanşması  hökumətin  vəziyyətini  ağırlaşdırdı. 
1936-cı il iyulun 11-də Almaniya ilə Avstriya arasında üç maddədən 
ibarət saziş bağlandı. Sazişə görə alman hökuməti Avstriya dövlətinin 
suverenliyini  tanıyırdı;  dövlətlər  bir-birilərinin  daxili  işlərinə 
qarışmırdılar;  Avstriya  hökuməti  Almaniya  ilə  münasibətdə  özünü 
alman dövləti kimi aparırdı. 
Almaniya-Avstriya 
sazişi  imzalandıqdan  sonra  Vyana 
həbsxanalarında  saxlanılan  avstriyalı  nasional-sosialistlər  azadlığa 
buraxıldılar.  Noyabrın  3-də  Şuşniq  kabinetdə  dəyişikliklər  edərək 
alman- 
270 


pərəst  şəxslərə  vəzifələr  verdi.  Bundan  sonra  Almaniya  ilə 
münasibətlər  daha  da  sıxlaşdırıldı.  Noyabrın  21-də  iki  maddədən 
ibarət gizli protokol imzalandı. Protokola görə tərəflər kommunizmə 
qarşı  birgə  mübarizə  apannalı  və  ilkin  məsləhətləşmə  olmadan 
Balkanlarda  heç  bir  yeni  iqtisadi  sazişlərdə  iştirak  etməməli  idilər. 
Protokola  əsasən  Avstriyanın  xarici  siyasəti  Almaniyanın  nəzarəti 
altına  keçirdi.  Az  sonra  Avstriyanın  Almaniyaya  birləşdirilməsi 
ideyası daha geniş təbliğ edilməyə başladı. 1938-ci il fevralın 12-də 
Şuşniqlə  Hitler  arasında  Berxteshagendə  görüş  keçirildi.  Görüşdə 
Almaniyanın  etimad  göstərdiyi  Zeys-İnkvartın  hökumətin  tərkibinə 
daxil  edilməsi  və  həbsdə  olan  nasional-sosialistlərin  azad  edilməsi 
Şuşniqə  təklif  edildi.  Şuşniq  Vyanaya  qayıtdıqdan  sonra  Hitlerin 
tələblərini  yerinə  yetirdi.  Hökumət  Avstriyanın  Alnianiyaya 
birləşdirilməsinə  dair  plebisit  keçirdi.  Plebisitdə  iştirak  edənlər  bu 
məsələyə səs verdi. Martın 11-də Şuşniq istefaya getdi. O, radio ilə 
çıxış  edərək  xalqı  və  silahlı  qüvvələri  alman  ordusuna  müqavimət 
göstərməməyə çağırdı. Kansler vəzifəsinə prezident Miklas tərəfindən 
Zeys-İnkvart  təyin  edildi.  Zeys-İnkvart  Almaniyanın  Avstriyaya 
birləşdirilməsinin  hüquqi-siyasi  əsaslarını  işləyib  hazırladı.  Martın 
12-də alman orduları Avstriya ərazisinə girdi. Növbəti gün hökumət 
Avstriyanı  alman  dövləti  elan  etdi.  Almaniya  hökuməti  isə  öz 
növbəsində  Avstriyanı  rəsmi  olaraq  Ostmark  (Şərq  markası)  adı 
altında  Üçüncü  reyxin  tərkibinə  qatdı.  Beləliklə,  vahid  xalq,  vahid 
ölkə,  vahid  fürer  yaradıldı.  Bununla  da,  Avstriyanın  anşlüsü  başa 
çatdı. 
271 


IX
 
BÖLÜM 
MACARISTAN 
Birinci dünya müharibəsinin ölkə üçün nəticələri 
Macarıstanda  yaranmış  ağır  sosial-iqtisadi  və  siyasi  vəziyyət 
1918-ci  ilin  payızında  inqilabın  başlanmasına  gətirib  çıxardı. 
Avstriya-Macarıstan ordusunun italyan cəbhəsində ağır məğlubiyyətə 
uğraması  kral  IV  Karlın  hakimiyyətini  və  Vekerle  hökumətinin 
mövqelərini  tamamilə  zəiflətdi.  IV  Kari  çoxmillətli  monarxiyanı 
dağılmaqdan xilas etmək məqsədilə oktyabrın 16-da ölkənin federativ 
dövlətə  çevrildiyini  elan  etdi.  Lakin  bu  tədbir  də  imperiyanın 
süqutunun  qarşısını  ala  bilmədi.  Oktyabrın  23-də  Vekerle  istefaya 
getdi.  Payız  qızıl  gülləri  adlandırılan  milli-  demokratik  inqilabın 
gedişində  monarxiya  ləğv  edildi.  Ölkə  siyasi  hadisələrlə  zəngin  bir 
dövrə  qədəm  qoydu.  Macarıstan  Sosial-  Demokrat  Partiyasının 
plenumunda  Milli  Şura  yaratmaq  barədə  qərar  qəbul  edildi.  İstiqlal 
Partiyasının  lideri  qraf  Mixay  Karoyi  (1875-1955)  başda  olmaqla 
Milli  Şura  yaradıldı.  Milli  Şuranın  tərkibinə  istiqlalçılar, 
sosial-demokratlar və radikalların nümayəndələri daxil oldu. Tezliklə 
bütün ölkə ərazisində Milli Şuranın nüfuzu gücləndi. 
Rumın və çex milli şuraları da monarxiya ilə əlaqələrini kəsdilər. 
Çexiya  Avstriyanın  tərkibindən  çıxıb  müstəqil  dövlət  oldu. 
Müstəqilliyini  elan  edən  Slovakiyanın  Çexiya  ilə  birləşməsi 
nəticəsində  Çexoslovakiya  dövləti  yaradıldı.  Avstriya  da  respublika 
elan  edildi.  Beləliklə,  Habsburqların  hakimiyyəti  yalnız  Macarıstan 
ərazisində qaldı. IV Karlın tapşırığı ilə Macarıstanın Ershersoqu İosif 
oktyabrın 29-da Xadiki baş nazir təyin etdi. Bir gün sonra o, hökumət 
yaratdı.  Lakin  vəziyyət  yaxşılığa  doğru  dəyişmədi.  Ağır  vəziyyətə 
düşən xalq hiddətlənmişdi. Oktyabrın 30-da Budapeştdə 
272 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə