BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə87/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   83   84   85   86   87   88   89   90   ...   120

Korporativ  ideologiya  Avstriya  cəmiyyətini  böhrandan 
çıxarmağa yönəlmişdi. Bu, klassik liberal doktrinaya alternativ olaraq 
yaradıldı.  Korporativ  ideologiyada  cəmiyyətin  siyasi  və  iqtisadi 
cəhətdən  deyil,  adamların  mənəvi  inkişafı,  sosial  yaradıcılığı  və 
insani münasibətlər baxımından yenidən qurulması irəli sürülürdü. Bu 
məsələdə sosial katolisizm və faşizm həmfikir idi. 
Korporativizm yeni siyasi layihə olaraq əslində Avstriyada ilkin 
faşist  hərəkatının  yaranmasına  kömək  etdi.  İlkin  faşizmin 
yaranmasında  katolisizm  də  mühüm  rol  oynadı.  Faşizmin  Avstriya 
variantı  başqa  ölkələrdəki  müvafiq  hərəkatlardan  o  qədər  də 
fərqlənmirdi.  Bu  hərəkatın  əsasını  hərbiləşdirilmiş  özünümüdafiə 
dəstələri  olan  heymverlər  tuturdular.  Lakin  onlar  müstəqil  siyasi 
qüvvəyə çevrilə bilmədilər. 
1923-
 
cü  ilin  aprel  ayında  Zeypel  hökumətinin  strukturunda 
yenidənqurma  edildi.  Nazirliklərin  sayı  azaldıldı.  Nəqliyyat,  daxili 
işlər və ədliyyə nazirlikləri ləğv edildi. Onların səlahiyyətləri əsasən 
kanslerə verildi. Orduda islahatlar həyata keçirildi. Siyasi partiyalara 
geniş  sərbəstlik  verildi.  İcraedici  hakimiyyətin  mərkəzləşdirilməsi 
Avstriya cəmiyyətinin faşistləşdirilməsində ilk addım oldu. 
Həmin  ildə  Sosial-Demokrat  Partiyası  hərbiləşdirilmiş  təşkilat 
olan  Şusbund  (Müdafiə  İttifaqı)  yaratdı.  Onun  tərkibinə  100  min 
sosial-demokrat,  kommunist  və  b.  daxil  oldu.  Şusbundun 
yaradılmasında başlıca məqsəd partiyanın mühafizəsini və keçirdiyi 
tədbirlərdə  qayda-qanunu  qorumaq  idi.  Əslində  Şusbund  partiyanın 
silahlı qüvvəsi funksiyalarını yerinə yetirirdi. 
Oktyabrın  21-də  parlamentə  keçirilən  seçkilərdə  165  deputat 
yerindən  83-nü  Xristian-Sosial  Partiyası,  10-nu  isə  pangermanlar 
qazandılar. Digər partiyalar da mandat qazana bildilər. 
1924-
 
CÜ 
ilin  payızında  Zeypel  hökuməti  istefaya  getdi.  Onun 
əvəzində  həmin  il  noyabrın  20-də  Xristian-Sosial  Partiyasının 
liderlərindən  biri  olan  Rudolf  Ramek  pangermanlarla  birlikdə 
koalisiyalı hökumət yaratdı. Yeni hökumət daxili və xarici 
264 


siyasətində  əvvəlki  hökumətin  yeritdiyi  xətti  davam  etdirirdi. 
Avstriya-Almaniya  münasibətləri  yaxşılaşdı.  Ölkə  iqtisadiyyatında 
alman  kapitalının  təsiri  artdı.  Xırda  banklar  iflasa  uğradı.  Millətlər 
Cəmiyyəti 1925-ci ilin dekabr ayında istiqrazlara görə nəzarəti və baş 
komissarın  fəaliyyətini  1926-cı  il  iyunun  30-dan  etibarən 
dayandıracağını bildirərək onun icazəsi olmadan Avstriyaya istiqraz 
verilməsini qadağan etdi. Belə vəziyyətdə oktyabr ayının ortalarında 
Ramek  hökuməti  istefaya  getdi.  Oktyabnn  20-də  Zeypel 
Xristian-Sosial  Partiyası  və  pangermanlarm  nümayəndələrindən 
ibarət  yeni  koalisiyalı  hökumət  qurdu.  Hökumət  geniş  sosial 
proqramlar  həyata  keçirdi.  İşsizlərə  30  həftədən  çox  müddət  üçün 
yardım  verildi.  Hökumət  ölkə  iqtisadiyyatının  səmərələşdirilməsi 
siyasətini yeridirdi. 
1927-ci  ilin  yanvar  ayından  faşistlər  daha  da  gücləndi.  Faşist 
qüvvələri  olan  heymverlər  fəaliyyətlərini  xeyli  genişləndirdilər. 
Yanvarın 30-da faşistlər Şattendorf şəhərində fəhlə nümayişinə atəş 
açdılar.  Bir  fəhlə  və  8  yaşlı  uşaq  öldürüldü.  Bu  hadisə  geniş 
əks-sədaya  səbəb  oldu.  İyulun  14-də  qətli  törədənlərə  məhkəmənin 
bəraət  verməsinə  etiraz  əlaməti  olaraq  iyulun  15-də  fəhlələr  Vyana 
küçələrinə çıxdı. Onlara qarşı polis yeridildi. Küçələrdə barrikadalar 
quruldu.  İyulun  17-də  tətil  yatırıldı.  87  fəhlə  öldürüldü.  1057  nəfər 
yaralandı. Yüzlərlə adam həbs edildi. 
Aprelin  24-də  parlamentə  keçirilən  seçkilərdə  Xristian-Sosial 
Partiyası və pangermanlar blok yaradaraq seçkiyə getdilər. Xristian- 
Sosial  Partiyası  73,  sosial-demokratlar  71,  pangermanlar  12, 
landbundlar isə 9 mandat qazandılar. Seçkilərdən bir ay sonra, may 
ayında  Xristian-Sosial  Partiyasının,  pangermanlarm  və  landbund- 
ların nümayəndələri Zeypel başda olmaqla yeni hökumət yaratdılar. 
Ölkədə  faşist  hərəkatı  daha  da  gücləndi.  1928-ci  ilin  avqust 
ayında  Avstriyadakı  faşist  təşkilatlarının  birləşdirici  müşavirəsi 
keçirildi. Onun ilk füreri Rixard Şteydi oldu. Lakin bu illərdə ölkədə 
antifaşist hərəkat xeyli zəif idi. 
Xarici siyasət sahəsində Avstriya hökuməti amerikan kapitalının 
ölkəyə nüfuz etməsinə şərait yaratmışdı. 
265 


Dekabrın  əvvəllərində  parlamentin  hər  iki  palatasında  onun 
sədri  Miklas  respublika  prezidenti  seçildi.  Bundan  sonra  yeni 
hökumət  formalaşdırıldı.  1929-cu  il  aprelin  3-də  Zeypel  hökuməti 
gözlənilmədən  istefaya  getdi.  May  ayının  4-də  böyük  iş  adamı, 
Xristian-Sosial  Partiyasının  nümayəndəsi  Ştreruvis  kabinet  təşkil 
etdi.  Yeni  hökumət  daxili  və  xarici  siyasətdə  əvvəlki  xətti  davam 
etdirirdi. Bu hökumətin zamanında da ölkədə faşist hərəkatı gücləndi. 
Sentyabrın 25-də Ştreruvis hökuməti də gözlənilmədən istefaya getdi. 
Bir  gün  sonra  kansler  vəzifəsinə  Vyana  polisinin  rəhbəri  Şober 
seçildi. Hökumətin tərkibinə Xristian-Sosial Partiyası, pangermanlar 
və landbundlarm nümayəndələri daxil edildilər. 
Avstriya dünya iqtisadi böhranı illərində 
Dünya  iqtisadi  böhranı  Avstriyanın  sosial-siyasi  və  iqtisadi 
həyatına  ciddi  təsir  etdi.  Kortəbii  antifaşist  hərəkatı  yatırıldıqdan 
sonra  fəaliyyətlərini  genişləndirən  faşist  təşkilatları  dünya  iqtisadi 
böhranı  illərində  hpkumətin  siyasətinə  təsir  göstərməyə  başladılar. 
Belə vəziyyətdə Şober hökuməti heymverləri xalq hərəkatı kimi elan 
etdi. 
1929-cu  il  oktyabr  ayının  7-də  böyüklüyünə  görə  Vyananın 
ikinci  bankı  olan Bodenkreditanştalt iflasa uğradı.  Ölkənin  maliyyə 
sistemi  pozuldu.  Hökumət  maliyyə  böhranının  qarşısını  almaqdan 
ötrü bankların birləşdirilməsi xəttini götürdü. İqtisadi böhran Avstriya 
sənayesində mərkəzləşməni və təmərküzləşməni gücləndirdi. Böhran 
illərində  işsizlərin  sayı  artdı.  Vergilər  çoxaldıldı.  Mənzil  haqqları 
artırıldı. 
Dekabr  ayının  7-də  yeni  konstitusiya  qəbul  edildi. 
Konstitusiyaya görə prezidentin hüquqları genişləndirildi. Parlament 
seçkilərində  iştirak  etmək  üçün  yaş  həddi  20-dən  21-ə  qaldırıldı. 
Prezident parlamentin hər iki palatasında 7 il müddətinə seçilməli idi. 
266 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə