BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə88/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   84   85   86   87   88   89   90   91   ...   120

Şober hökuməti 1930-cu il sentyabr ayının 5-də istefaya getdi. 
Prezident  Miklasın  tövsiyəsi  ilə  Voquen  kansler  oldu.  Onun 
sərəncamı  ilə  oktyabrın  1-də  parlament  buraxıldı.  Noyabrın  9-da 
parlamentə  yeni  seçkilər  keçirildi.  Voquen  noyabrın  29-da  istefaya 
getdi. Seçkilərin nəticəsində XSP 66, Avstriya Sosial-Demokrat Fəhlə 
Partiyası 72, pangermanlar 19, hcymverlərin liderlərinin yaratdıqları 
Vətən  Bloku  8  yer  aldı.  Seçkilər  sağ  partiyaların  nüfuzunun  aşağı 
düşdüyünü  göstərdi.  Xristian-Sosial  Partiyasının  nümayəndəsi  Otto 
Ender  kansler  seçildi.  Ender  hökuməti  1930-cu  il  dekabrın  4-dən 
1931-ci  il  iyunun  20-dək  hakimiyyətdə  oldu.  Hökumətin 
Avstriya-Almaniya  gömrük  ittifaqının  yaradılması  haqqında  saziş 
imzalaması  beynəlxalq  təzyiqlərə  gətirib  çıxardı.  Nəticədə  hökumət 
istefaya  getdi.  Yeni  hökuməti  Kari  Bureş  yaratdı.  Hökumətin 
tərkibinə  Xristian-Sosial  Partiyası,  landbund  və  pangermanların 
nümayəndələri daxil oldu. Yeni hökumət iqtisadi böhranın qarşısını 
almaqda  aciz  qaldı.  Avstriyaya  kreditlər  verilməsi  məsələsi  böyük 
dövlətlər tərəfindən istənilən qaydada həll olunmadığı üçün qalmaqal 
yarandığından Bureş hökuməti 
1932-
 
ci  il  may  ayının  13-də  istefaya  getdi.  May  ayının  20-də 
Xristian-Sosial  Partiyasının  nümayəndəsi  Engelbert  Dolfus  yeni 
kabinet  təşkil  etdi.  Hökumətin  tərkibinə  Xristian-Sosial  Partiyası, 
heymverlər və landbundlarm nümayəndələri daxil oldu. Daxili siyasət 
sahəsində Dolfus iqtisadi böhrana qarşı mübarizə apanuaq məqsədilə 
aşağıdakı tədbirləri həyata keçirdi: işsizlərə yardım fondu yaradıldı; 
büdcə kəsirini aradan qaldırmaq üçün vergilər artırıldı. Kommunist və 
Sosial-Demokrat  Partiyalarının  fəallaşması  qarşısında  hökumətin 
passiv hərəkəti Avstriya nasional- sosialistlərini qəzəbləndirdi. Onlar 
fəaliyyətlərini  genişləndirərək  hətta  1931-ci  ildə  qiyam  qaldırmağa 
cəhd  də  etdilər.  Lakin  Avstriyada  nasional-sosializm  Almaniyadakı 
kimi  güclü  deyil,  dəğınıq  idi.  Almaniyada  nasional-sosializm 
hakimiyyət  başına  gəldikdən  sonra  Avstriyada  müvafiq  təşkilatlar 
ikinci  alman  dövlətini  yaratmaq  ideyasını  daha  geniş  təbliğ  etməyə 
başladılar. 
267 


1933-
 
cü  il  martın  7-8-də  Dolfus  Nazirlər  Kabinetinin 
fövqəladə  iclasını  çağırdı.  İclasdan  sonra  o,  prezident  Miklasa 
hökumətin  istefaya  getməsi  barədə  ərizəni  təqdim  etsə  də  qəbul 
olunmadı.  Prezident  xalqa  müraciətlə  ölkədə  parlament  böhranının 
hökm  sürdüyünü  bəyan  etdi.  Siyasi  sistemdə  ağır  vəziyyət  yarandı. 
Martın  15-də  parlament  özünü  buraxdı.  Küçə  nümayişləri  və  açıq 
toplantılar 
qadağan 
edildi. 
Senzura 
tətbiq 
olundu. 
Sosial-demokratların  Şusbund  hərbiləşdirilmiş  təşkilatı  qadağan 
edildi. Hökumətə fövqəladə dekretlər qəbul etmək səlahiyyəti verildi. 
Aprel ayının sonunda hökumət 40 fövqəladə dekret verdi. May ayının 
26-da  Kommunist  Partiyası,  iyun  ayında  isə  Nasional-Sosialist 
Partiyası  qadağan  edildi.  Fəaliyyətlərini  gücləndirən  və  İtaliyaya 
meyl edən Xristian-Sosial Partiyası, katolik təşkilatlan və heymverlər 
iyul ayında Vətən Cəbhəsi yaratdılar. Onlar Dolfusun müdafiəçilərinə 
çevrildilər. 
Sentyabrın 20-də Dolfus hökuməti yenidən qurdu. Bu kabinetin 
tərkibinə  landbundlar  daxil  edilsə  də  onlar  hökumətdə  əsaslı  rol 
oynamadılar. 
Dolfus hökumətinin ölkədə qayda-qanunlan möhkəmləndirmək 
cəhdləri  elə  bir  nəticə  vermədi.  Avstriya  nasional-sosialistləri 
Almaniya  nasional-sosialistləri  ilə  əlaqələrini  genişləndirdilər.  Bu 
qüvvələr Dolfusun aradan götürülməsi planlarını işləyib hazırladılar. 
Noyabrın 10-da Dolfus hökumətinin qətlləri və yanğınları törədənlərə 
qarşı  ölüm  hökmünü  tətbiq  etmək  barədə  dekreti  nasional-sosialist 
təşkilatlarını  qəzəbləndirdi.  Hökumətin  tədbirləri  ciddi  müqavimətə 
rast  gəldi.  Nasional-sosialistlərin  terroru  və  təxribatı  gücləndi.  Bu 
təşkilatların  hakimiyyəti  qiyam  yolu  ilə  ələ  keçirmək  cəhdləri 
toqquşmalara  gətirib  çıxardı.  Onlar  məğlubiyyətə  uğradı.  Bundan 
sonra nasional-sosialistlər gizli fəaliyyətlərini daha da gücləndirdilər. 
Hökumət  kilsə  ilə  münasibətlərini  yaxşılaşdırdı.  1933-cü  ildə 
Vatikanla  imzalanan  konkordata  görə  təhsil  sahəsində  kilsənin 
hüquqları genişləndirildi. 
268 


1934-
 
cü ildə ölkənin siyasi sistemi daha çox İtaliya sisteminə 
bənzədildi.  Fevral  ayında  Şusbundun  qaldırdığı  üsyan  yatırıldıqdan 
sonra  ASDFP  də  qanundankənar  elan  olundu.  Ölkədəki  bütün 
partiyalar  qadağan  edildi.  Martın  2-də  Avstriya  fəhlə  və 
qulluqçularının ümumi dövlət Həmkarlar İttifaqları yaradıldı. Aprelin 
30-da 1933-cü ilin mart  ayından bəri çağrılmayan keçmiş parlament 
aprel ayının 30-da fəaliyyətini bərpa etdi. Parlament iclaslarında 471 
fövqəladə  dekret  təsdiq  edildi.  1934-cü  il  mayın  1-də  Avstriya 
konstitusiyası  qüvvəyə  mindi.  Konstitusiya  Avstriyanı  təbəqə 
prinsipinə əsaslanan xristian, alman, ittifaq dövləti elan etdi. Ölkədə 
yeganə qanuni siyasi hərəkat bütün loyal partiyaları birləşdirən Vətən 
Cəbhəsi oldu. Dövlət idarəçiliyinin quruluşu siniflərin dövründə duran 
sahə  birlikləri  olan  korporasiyalara  və  onların  əsasında  seçilən 
şuralara  əsaslanırdı.  Bu  şuralar  -  Dövlət  şurası.  Torpaq  şurası, 
İqtisadiyyat və mədəniyyət məsələləri üzrə ittifaq şurası idi. Ölkənin 
təsərrüfat fəaliyyəti 7 yarımmuxtar sahəyə - kənd və meşə təsərrüfatı, 
sənaye və dağ-mədən işi, sənətkarlıq, ticarət və nəqliyyat, maliyyə və 
sosial təminat, azad peşələr, dövlət xidmətinə bölündü. 
Avstriya  milli  özünüdərk  və  Habsburqlar  dövrünün  təbliğat 
kampaniyası  gücləndirildi.  Bununla  belə,  Avstriyada  faşizm  rejimi 
sabitliyin  qorunması  məqsədilə  kütlələrin  səfərbər  edilməsinə  deyil, 
hakimiyyətin  ənənəvi  institutlarına  əsaslanan  yumşaq  rejim  idi. 
Avstriya faşizminə qatı millətçilik, irqçilik, antisemitizm və işğalçılıq 
xas deyildi. 
Bu  isə  ölkədə  fəaliyyət  göstərən  nasional-sosialistlərin 
narazılığına  səbəb  oldu.  Hökumət  onlara  qarşı  hərəkətə  keçdi. 
Almaniya  nasional-sosialistləri  ilə  sıx  bağlı  olan  Avstriya 
nasional-sosialist  hərəkatı  sıxışdırılmağa  başlandı.  Həmin  hərəkatın 
başlıca məqsədi Avstriyanın Almaniya ilə birləşdirilməsi idi. Dolfus 
isə XSP proqramının Avstriyada Almaniyadan tamamilə fərqli olması, 
lakin İtaliyaya bənzər korporativ dövlət yaradılması inancında idi. Bu, 
Dolfusun hakimiyyəti illərində Avstriyanın xarici siyasətində 
269 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə